"Əziz Günlük...
Səhər nələr olacaq bilmirəm. Gedim,getmiyim ?!... onu da bilmirəm . Gələrmi,gəlməzmi ?!.... Əslində gələcəm demədi ki... Ya gəlməzsə....
Bilmirəm. Öz iradəmlə savaşıram....Getməsəm ayıb olar. Görüşərik demişəm. Söz vermişəm axı... Mütləq getməliyəm.Istəməsəm də,səhər sonuncu olar... "Ayşən həmişə heç kimə deyə bilmədiyi düşüncələrini,qərarsızlıqlarını,həyatında əhəmiyyət verdiyi pis,yaxşı hər şeyi günlüyü ilə bölüşərdi.Çünki günlüyü onu etdiyi heç nə üçün günahlandırmaz,sorğu-suala tutmaz,məzkərəyə qoymazdı.
Qısacası insanlar kimi deyildi...Bu fikirlərlə də yuxuya getmişdi.
Səhər erkəndən oyandı. Mavi rəngli donunu geyindi. Uzun qara saçlarını darayıb,arxaya atdı.Ağappaq üzünü rəngləndirmək üçün çox sadə makyaj da etdi hətta. Bəli,bütün bu hazırlıq Murad üçün idi. Çünki Ayşən dərsə gedərkən belə şeylərə çox da fikir verməzdi. Amma bugün Ayşən üçün adi günlərdən deyildi. Qəribəsi isə,ziyafətə gedərkən belə makyajdan istifadə etməyən Ayşən ikicə dəfə gördüyü Murad üçün bəzənmişdi.Artıq iki saat idi ki,Ayşən kitabxanada idi. Amma Murad hələ də yox idi...
-Bir az da gözləyim. Yəqin, vacib işi çıxıb - Ayşən beləcə yarım saat daha gözlədi. Belə ki, hətta dərsə də gecikmişdi.Amma Murad gəlmədi ki gəlmədi. Ayşən kitabxanadan çıxanda gözlərinin dolduğunu hiss eləyirdi. Amma bu məyusluq əsla Murad üçün deyildi,bu Ayşənin özlüyündə yaşadığı peşmanlıq idi. Ayşən necə bir sözlə bu qədər ümidlənə bilmişdi...
Ayşən həmişəki kimi yenə bütün günahı özündə görürdü. Evə gələn kimi heç kimə bir söz demədən otağına keçdi.
Tək qalıb düşünsə rahatlayacağını düşünürdü.Ağlamamamaq üçün özünü zorla saxlayırdı.Ağlamamalı idi. Cəmi iki dəfə gördüyü bir oğlan üçünmü ağlayacaqdı?
Ayşən uzun müddət idi ki,bağlamışdı ürəyini bu hislərə. Qadağan etmişdi gözyaşlarına dəyməyən biri üçün ağlamağı gözlərinə...Amma ürəyi onu saymamış açmışdı bütün qapılarını Murada...
Indi də ürəyinin axmaqlığının cəzasını göz yaşlarıylamı çəkəcəydi Ayşən?!ƏSLA!!!!
Kim idi ki o?! Kim idi Murad?! Özündən razı,ata pulu ilə lovğalanan, özünü başqalarından üstün görən,insanları incidən bir axmaq idi...Bəs Ayşən necə etmişdi bu səhvi?!
Necə olmuşdu,görməmişdi bunları indiyə kimi?!Yenə günlüyünü açdı. Bu gün günlüyünə tək bir cümlə yazdı böyük hərflərlə Ayşən:
Əziz Günlük....
" SƏHV ETDIM !"
Getmişdimi görəsən?! Çoxmu pis olmuşdu Muradın gəlmədiyini biləndə?? Bəlkə heç gəlməmişdi... Murad Ayşənə cavab verməmişdi ki . Ayşən görüşərik deyəndə gələcəm deyə söz verməmişdi ki.... Sözündən dönməmişdi ki ... -bu sözlərlə sanki vicdanını rahatlatmaq istəyirdi Murad....
Yerinin içində bir sağa,bir sola dönürdü. Yata bilmirdi...
Günahkar olduğunu bilirdi. Ağlındakı düşüncələri susdura bilmirdi...
Murad sadəcə keçmişi yenidən yaşamaqdan qorxurdu əslində... Yenidən sevməkdən,yenidən itirməkdən.... Bu dəfə dözməzdi buna... Bu dəfə də eyni dərdə qatlaşa bilməzdi. Ayşəni incitdiyi ehtimalını düşündükcə bədəninə üşütmə düşürdü. İçindən Ayşəndən dəfələrlə üzr istəmişdi.Dikəlib çarpayısında oturdu.. Heç cürə yata bilmirdi. Qalxıb masanın üstündəki sudan bir qurtum içdi.
Sonra sağ divarda yerləşdirilmiş şkafın ən üst rəfini açarla açdı.
Şkafda bir neçə qalın qara cildli dəftər,bir dənə də böyük ağ rəngli qutu var idi...Bunlarda Muradın keçmişi var idi... Son dəfə 5 ay öncə üzləşdiyi keçmiş xatirələri .....