_AŞeKa_

81 8 0
                                    

Batmaqda olan günəşin son şüaları malikanənin bağçasında uzun müddət səssiz-səmirsiz fikirə gedən Murad və Rəşidin üstünə şığıyırdı. Murad atası ilə danışdıqlarını düşünürdü. Axı atası onu niyə anlamırdı?! Yox,bəlkə...Bəlkə elə səhv özündə idi. Nə zaman və necə bitəcəyi məlum olmayan bu gözləyiş Muradın əsəblərini korlamışdı. Tez-tez "Atam görəsən çox mu hirsləndi?" ,-deyə düşünür. Sonra tez "Yox,atam məni yaxşı tanıyır. Bilir ki ağlım başımda olsa,belə səfehlik etmərəm",-deyib bu narahatedici ehtimalı inkar edirdi. Atasından üzr istəmədikcə rahatlıq tapmayacağına əmin idi.
Rəşid isə ona heç də yad olmayan səssizliyə bürünmüşdü. Nə vaxt çətinə düşsə,özünü çarəsiz hiss etsə səssizliyi özünə çıxış yolu seçər,öz qabığına çəkilərdi. Rəşid həmişə problemləri heç kimin ağlına gəlməyən üsulla,özü də ağlasığmaz dərəcədə sürətlə həll etməsi ilə öyünərdi. Hər şeyin öz nəzarəti altında olmasına,planlı yaşamağa o qədər alışmışdı ki,düşdükləri bu vəziyyət ona əziyyət verirdi. Ağzını hər açdıqca insanları çarə ümidi ilə aldadacağını düşünüb susurdu. Üzərinə düşən öhdəliyi icra edə bilmədiyini fikirləşir,bütün ailənin məsuliyyəti altında əzilirdi.
Rəşid bu fikirlərə son verib ətrafa göz gəzdirdi. Günəşin son şüaları gözünü qamaşdırdı. Sağ tərəfində bir ayda arıqlayıb əldən düşən Murada baxdı. Dostunun nə düşündüyünü az-çox bildiyindən onu bu fikirlərdən ayırmaq üçün dilləndi:
- Ayşən necədi?
Ayşənin adını eşidən Murad üzünə soyuq su çırpılmış kimi diksindi.Son günlərdə əsəbləri o qədər gərgin idi ki,hər cüzi səsə belə reaksiya verirdi. Bir-iki saniyəsini nə baş verdiyini anlamağa sərf etdi. Sonra gözlərini günəşdən qısaraq ona baxan Muradı gördü,çöküb qaldığı kresloda dikəldi.
-Şükür,-dedi,-yaxşıdı. Ən azından mənə elə deyir.
-Yalan deməyəcək ki,yaxşıdı yəqin ki. Özünə bu qədər əziyyət vermə. -Rəşidin səsində qərarsızlıq hiss olunurdu.
-Ehh,Rəşid. Birini sevən də anlayarsan...
Sevmək...Rəşid sanki bu sözü gözləyirmiş kimi:
-Onu sevirsən,ya ona aşiqsən?
Murad təəccüb dolu nəzərlərini Rəşidə zillədi.
-Nə? Nə fərqi var ki? Sevmək,ya da aşiq olmaq eyni...
Rəşid onun sözünü kəsdi:
-Eyni şey deyil. Çox fərq var.
Murad cavab vermədi. Görünür Rəşidin danışacaqlarını eşitmək üçün səbirsizlənirdi.
-Sevmək özü ilə xoşbəxtlik gətirər,-dedi Rəşid. Səs tonunda hiss olunan əminlik sanki dediklərinin doğruluğuna dəlalət edirdi.
Dərin bir nəfəs alıb davam elədi:
- Sevgi qarşılıqlı məhəbbət,hörmət,qayğı,ən əsası xoşbəxtlik deməkdir. Eşq,yəni aşk isə özü ilə ancaq amansız acı,özü də insanı dəli etməyə yetəcək qədər acı gətirər. Aşk sözünün mənşəyini bilirsən?
-Yoo..x ,-dedi Murad.Rəşidin bunları bilməsi onu çox təəccübləndirmişdi.
-Aşk ərəb sözü "aşeka"sözündəndir və bir ağaca dolanan,zaman keçdikcə həmin ağacı qurudaraq axırına çıxan sarmaşığın adıdır. Aşk dediyimiz lənət duyğu da elə bundan ibarət deyilmi?! Ürəyimizi zamanla qurudaraq bizi ölümə sürükləmir mi?! Hə,nə deyirsən!? -Rəşidin aşkı lənətləməsinə Muradın cavabı olsa da,dostu onu gözləmədən əlavə etdi:
-Aşk dəhşətli acının,iztirablı gecələrin,sonsuz qaranlıqların adıdır. Mənə görə,aşk ölümün romantik qarşılığıdır. Aşkla sevginin fərqi budur: sevgi həyat verər,aşk isə ancaq əzab verər. Sevərkən birini,ya da nəyisə sevərsən. Digər halda isə yalnız onun sənə yaşatdığı acıya aşiq olarsan.
Rəşid sözünü bitirdikdə Murad artıq çoxdan Rəşidin ona ünvanlandığı suala cavab axtarmağa başlamışdı.
Ayşəni sevirdi,yoxsa ona aşiq idi?!

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin