Muradla Ayşənin arasındakı əlaqə artıq sıradan bir yaxınlıq deyildi... Hər görüş onları bir az daha yaxınlaşdırırdı... Hər dəfə yenidən görüşmək üzrə ayrısalar belə,içlərini bir daha görüşməmə qorxusu bürüyürdü..
Ayşən Muradın Allahdan ən böyük diləyi idi... Hər gecə Allaha onu ömrünə nəsib etməsi üçün dualar edirdi.... Murad hələ də Ayşənə olan duyğularından ona danışmamışdı.Onu itirə bilməkdən qorxurdu.Ən böyük qorxusu ilə rastlaşmaqdan çəkinirdi. Bir daha Ayşənlə dost kimi belə görüşə bilməməkdən qorxurdu... Ayşənə verdiyi seçimə görə peşman olmayacağına dair söz vermişdi. Ayşən bəlkə də Muradla danışmağı sadəcə dostluq çərçivəsi daxilində qəbul etmişdi. Böyük zorluqlarla qazandığı bu şansı itirmək istəmirdi.
Ayşən isə sadəcə çox xoşbəxt olduğunu hiss edirdi və bundan çox məmnun idi. Bu xoşbəxtliyi pozacaq,zərər verəcək heç nəyi nə düşünmək,nə də eşitmək istəyirdi. Muradla danışmaq,onu görə bilmək belə bəs edirdi Ayşənə...
Məgər, bir insan üçün bu həyatda ən vacib şey xoşbəxtllik deyilmi ?! Xoşbəxtlik - həyatımız boyunca uğruna savaşlar verdiyimiz,qazanmaq üçün ömrümüzü sərf etdiyimiz,qazandıqdan sonra isə itirməmək üçün çabaladığımızdır! X O Ş B Ə X T L İ K ! İnsanlığın tək xəyalı ...Bütün insanların ortaq məqsədidir....
Ayşən indi əlindəki bu mükəmməl dəyəri niyə itirmək istəsin ki?! Onu qorumaq üçün hər şeyi edərdi. Muradı-xoşbəxtliyini itirmək onun üçün hər şeyin sonu olardı...
-Səhər-səhər bu sevinci nəyə borcluyuq belə ? - Rəşid qəlyanaltısını etmək üçün mətbəxə gələndə Muradın şən qəhqəhələri ilə qarşılaşmışdı... -Sabahın xeyir,tənbəl ! - Tənbəl ??? Mən ??? Nəsrin, qardaşın nə danışır? Yuxuludu,diyəsən. Nolub buna ? - Dost olan sizsiniz. Mənim heç nədən xəbərim yoxdu. Bunu məndən soruşursan?? Ciddən?? - Yaxşı... Eh.. dəli qızın hazırcavablığı yenə üstündədi. Son günlərdə hamı da mənə qarşı bir hazırcavablılıq,bir əsəbilik hiss edirəm. -Birincisi,mən dəli deyiləm. İkincisi,bu saydıqlarının səbəbini uzaqda yox özündə axtar. Üçüncüsü anam gəlməmiş otur,yeməyini ye məncə! - Ooo.... Baş üstə! Sizə zəhmət deyilsə ,bir fincan çay verə bilərsiniz?
Murad bu atışmanın çox uzanacağını bildiyindən araya girməyə məcbur oldu: -Hey , aranızdakı bu axmaq atışma bitəcək ? Yoxsa daha çox gözləməli olacam? Nəsrin səndən bir şey istəyəcəm... -Əlbəttə.Buyur.. - Bir rəsm çəkməyini istəyirəm. Bir portret.... - Yaxşı... Kimin? - Mənim üçün çox dəyərli olan birini... - Çəkərəm ,amma onu görməmiş bunu necə edə bilərəmki?Portret üçün model uzun müddət qarşımda olmalıdı axı... - Şəklinə baxaraq çəkə bilməzsən? Məncə,bacararsan. Əminəm. - Olar,çəkərəm. Nə zamana bitirməliyəm? -Mümkün qədər tez bir müddətə... - Yaxşı,yaxşı... Hədiyyə olacaq? - Hə,hə...
Murad Ayşənin rəsm əsərlərinə olan marağını bilirdi. Bu hədiyyənin onu sevindirəcəyini düşünürdü. Bu Muradın Ayşənə ilk hədiyyəsi olacaqdı... Hələ Ayşən bu hədiyyəni haqqında çox eşitdiyi,amma heç görmədiyi Nəsrinin hazırladığını biləndə daha çox sevinəcəkdi. Murad yeni il üçün düşünmüşdü bu hədiyyəni... Bəlkə də, həmin gün Muradın Ayşənə tək sürprizi bu hədiyyə olmayacaqdı...Murad ikinci sürpriz haqqında ciddi-ciddi düşünməyi qərara almışdı...