Ayşən artıq saatlardır əlində olan kağıza neçənci dəfə baxdığını unutmuşdu. Ona ünvanlanmış və çox qəribə formada çatdırılmış məktubda cəmi bir cümlə var idi. Hansı ki bu cümlə Ayşənin bütün bədənini üşütməyə salmağa bəs etmişdi.
" O VƏ AILƏSİ QATİLDİR! "
Ayşən bu cümləni ilk beş-altı oxunuşda anlamamışdı,bəlkə də anlamamaq istəməmişdi. Ağlı bunu qəbul etmək istəmirdi axı. Hərflər gözünün önündə fırlanır,beyni ona oyun oynayırdı sanki... Saatlar sonra ucuna ilişib qaldığı çarpayısından qalxdı. Otaqda var-gəl etməyə başladı. Onu narahat edən suallara cavab tapmalı idi. Bu kağızı kim yazmışdı?! Leylanın qardaşımı!? Bəs niyə ona! Niyə onun oxumasını istədi ki... Muradı Leylanın ölümündə günahkar hesab etdiyini bilirdi. Murad anlatmışdı ona. Bəs ailəsini niyə qatil adlandırmışdı ??? Ailəsinin axı nə günahı ola bilərdi!!? Murada bu barədə danışmalı idi! Danışsınmı?! Ayşən cavabını bildiyi sualları dəfələrlə təkrarlayıb onları dərk etməyə çalışırdı. Bu cavablarla təkcə başa çıxa bilməyəcəyini anladığı anda isə bu barədə birinə danışmaq ehtiyacı duydu. Murad! Onla danışmalı idi!
Evə gələndən üzündən təbəəssüm əskik olmayan Muradın sevincinin səbəbi Rəşidə aydın idi. Uşaqlıqdan bəri aralarındakı ən böyük rəqabətə səbəb olan şahmatda uduzmaq ehtimalı belə Muradın sevincinə mane olmurdu. Rəşid oyunu qazanmaq üçün son gedişi etmək məqsədilə:
-Biri nəfər də yaman eşqə düşüb haa...
-Bəli!!Bir nəfər eşqə düşüb. -Murad Rəşidin məqsədini anlasa da,o qədər xoşbəxt idi ki,bu oyunu uduzmaq onu narahat etmirdi.
Fürsətdən ustalıqla istifadə edən Rəşid isə Muradı mat etməyin yolunu çoxdan tapmışdı. Vəziri ilə Muradın müdafiəsiz qalmış şahını ehmalca vurub salarkən zəfərini xəyala dalmış Murada bildirmək üçün qışqırdı:
- ŞAH - MAT !!!Rəşidin şən qəhqəhələrini Ayşəndən gələn zəng böldü.Murad gecikmədən cavab verdi.
-Ayşənim...
Ayşən nə qədər çalışsa da,səsinin titrəməsinə mane ola bilmirdi:
-Mu..u...ra ..a..d
-Ayşən nolub? Səsin niyə titrəyir sənin? Ayşən,yaxşısan?Cavab ver,Ayşən!
-Mən,mən yaxşıyam. Murad...
- Ayşən eşidirəm,nolub???
Ayşən göz yaşlarına boğula-boğula Murada olan bitəni danışdı. Murad eşitdiklərindən dəhşətə düşmüşdü.
-Ayşən,sən nə deyirsən? Nə kağız?! Mənə niyə indi deyirsən bəs???
-Bilmirəm,Murad,bilmirəm!!! Mən danışa bilmirəm,sonra....
Murad Ayşənin düşdüyü vəziyyəti hələ indi anlamışdı.Onun üstünə gedərək onu daha çox incitdiyini hiss etdi.
-Yaxşı,Ayşən. Mən həll edəcəm. Sən narahat olma. Yat,dincəl.Səhər danışarıq.Telefonu söndürüb ona maraq dolu gözlərlə baxan Rəşidi qucaqladı.Rəşid Muradın bütün telefon danışığını diqqətlə dinləsə də,nə baş verdiyini anlaya bilməmişdi.
-Murad,nə baş verir? De görüm axı!
-Oldu,Rəşid! Qorxduğumuz oldu! Ayşən...Tural Ayşənə içində bizim hamımızın qatil olduğumuzu yazan bir məktub göndərib. Həm də məndən ayrılandan dəqiqələr sonra!!! Bəs cəsarət edə bilməzdi?! Elə deyirdin,noldu???
-Murad!Özünə gəl! Sakit ol! Ayşən necədi?
- Yaxşıdı. Hələlik...Muradın gözü stolun üstünə, dağılmış şahmat taxtasına ilişdi. Və...elə o anda da başa düşdü.
-Bizlə oyun oynayır! O,gedişini etdi! Sıra bizdədi!
Rəşid Muradın dediklərini bu sözlərlə təsdiqlədi:
-Oyun... İki tərəfdən biri "mat" olmadıqca bitməyəcək bir oyun!