Murad Rəşidin ardınca qapını çırpıb otaqdan çıxdı. Nəsrin isə ağlayaraq olduğu yerə dizləri üstə düşdü.
-Rəşid ! Rəşiiiiii... d,gözlə ! -Murad pilləkanları iki-iki düşərkən Rəşidin arxasınca onu gözləməsi üçün səslənirdi.
Ona evdən çıxmaq üçün qapını açanda çata bilmişdi.
-Hara? Rəşid,Hara gedirsən? Gəl danışaq...
-Indi yox,Murad. Burda yox. Evdən çıxmaq istəyirəm -Rəşid əlindəki boyunbağıya baxaraq danışırdı.
-Yaxşı,yaxşı... Sən deyən kimi olsun. Gəl gedək başqa bir yerdə danışaq,dostum.Dostum- Muradla Rəşid bir-birlərinin yanında bir qohum olaraq deyil də,dost kimi olduqlarını bildirmək istəyəndə həmişə bu xitabdan istifadə edərdilər.Düzdür onlar əmioğlu idilər. Amma bundan əlavə onların arasında qırılmaz bir dostluq var idi. Indi Rəşidə dostu Murad lazım idi. Çünki Rəşidin dərdləşməyə, səhvlərini bilməyə,Nəsrini anlamağa ehtiyacı var idi... Bütün bunlar üçün isə ona dostu Murad lazım idi...
Çünki dost gecənin ən zülmət anında doğan günəş kimidir.. Qaranlığımıza aydınlıq gətirəndir... Çıxmazlarımıza yol açandır ... Murad Rəşidi dinləməyə həmişə hazır idi. Həm də bu dəfə səhv Nəsrində idi. Rəşid bu müddət ərzində Nəsrinin bütün ittihamlarına qarşı səssiz qalmış,onu incidəcək tək bir söz belə deməmişdi.
Murad bugün Nəsrinlə Ayşəni tanış etmək üçün görüş təyin eləmişdi. Rəşid və Nazlının da iştirakı ilə görüşüb,yemək yeyib,söhbət edəcəkdilər. Rəşid də görüşdən əvvəl aralarındakı soyuqluğu aradan qaldırmaq üçün Nəsrinlə danışmaq istəmişdi. Amma hadisələrin gedişatı gözlənilənən əksinə mənfi nəticələndiyinə görə Murad görüşü təxirə salmaq qərarına gəldi.
-Ayşən,bugünkü görüş alınmadı. Başqa vaxta qalsın.
-Murad,nə isə olub?Sən yaxşısan? Səsin pis gəlir...Problem yoxdu ki?
- Yox,yox . Mən yaxşıyam. Sonra danışarıq. Yoldayam,danışa bilmirəm. Rəşidləyəm.
-Yaxşı. Roldasan, diqqətli ol. Sonra danışarıq.-Gərək,siz ikiniz görüşərdiniz. -Rəşid axırki danışdı.
- Sən bu haldaykən? Axmaq-axmaq danışma,Rəşid ! Səni tək qoysam necə dost olaram?
Rəşid cavab vermədi. Çiyinlərini oynatdı. Yarım saat sonra artıq iki dost həmişə dərdləşmək üçün gəldikləri parkda idilər. Hava soyuq olduğundan parkda heç kim yox idi. Həmişə oturduqları oturacağını üstünü təmizləyib əyləşdilər.
Rəşid sözə başladı :
-Səncə harda səhv elədim? Bilirəm unutmamalı idim. Amma axmaq vaxtıma düşmüşdü. Çox peşman oldum sonra. Əlimdən gələn hər şeyi etdim. Dəfələrlə üzr istədim...
-Sən düzgün olanı etdin.Səhvini başa düşdün,üzr istədin... Amma Nəsrinin bu əsəbi tək onla bağlı deyil. Indiyə qədər etdiyin bütün səhvləri üst-üstə yığıb. Bütün səbəb budur. Inan mənə,hər şey düzələcək. Sadəcə bir az zaman... Zamanla hər şey öz axarına düşəcək. Nəsrin sənlə küs qala bilməz,bunu sən də bilirsən. Sadəcə səbr... Səbr elə,dostum.
- Səbr... Neçə aydır səbr edirəm. Daha nə qədər?
- Hər şey düzələnə qədər... Nəsrinin hirsi soyuyana qədər... Yaxşı olacaq - bunu deyərkən Murad qolunu Rəşidin çiyninə atıb özünə tərəf çəkdi.Birdən Murad qabaqdakı ağacların arxasında bir qaraltı gördü. Diqqətlə baxdı,amma heç nə görə bilmədi. Gözlərinin onu aldatdığını düşündü. Çünki parkda onlardan başqa heç kim yox idi.
Amma Muradla Rəşid düşündüklərinin əksinə o parkda yalnız deyildilər....