_ Əfv _

79 12 1
                                    

Ayşən bu zəngi iki gün idi ki,gözləyirdi... Amma bu gecikmiş bir zəng idi...
Iki gün sonra xatırlamışdı Murad onu. Bəlkə də ayrılmaq istədiyini demək üçün zəng etmişdi. Səbəbi nə olursa olsun,cavab verməyəcəkdi Ayşən.
Bir tərəfdən Muradın səsini eşitmək üçün hər şeyi fəda etməyə hazır olsa da, digər tərəfdən incinmiş hisləri buna maneə olurdu.
Xeyr,xeyr... Əslində bu dəfə fərqli idi.Bu dəfə ona əngəl olan ağlı deyil,qəlbi idi... Nə Muradın səsini eşitməyə,nə də dediklərini dinləməyə hazır idi.
Bir-birinin ardınca gələn zənglər kəsilmirdi. Ancaq Ayşən deyəsən, ilk on zəngdən sonra artıq bu zəngləri eşitmirdi.Ya da eşitmək istəmirdi.Pəncərənin qarşısında səssizcə oturub yağışı izləyirdi.

Oğlunun bugün səhərdən bəri otağından çıxmaması Almaz xanımı bərk narahat etmişdi. Rəşidə zəng vurub ona evə tələsməli olduğunu söylədi. Artıq yarım saat sonra Rəşid Muradın otağında idi.
-Muraad?! Murad,nolub?
- Cavab vermir...
- Kim? Ayşən?! Bu normaldı.Bunun ola biləcəyini gözləyirdim. Bəlkə mən danışım?

Muradın ağlına heç bu fikir gəlməmişdi.Amma bu təbii idi. Çünki o, bir müddət sonra nə etdiyini belə unutmuşdu. Deyəcəkləri də ağlından silinmişdi.Şüursuzca yalnız Ayşənə zəng edirdi.

Ayşən Rəşiddən gələn zəngi gecikmədən açdı.
-Ayşən. Bağışla,narahat edirəm. Amma Murad çox pərişan haldadı.
-Rəşid,nə etdiyini bilirsən?
-Hə,hə. Bilirəm. Amma çox peşmandı. Həm də bilmədiyin çox şey var.Bir çox şeyi səndən gizlədib. Onları bilsən,onu əfv edəsən. Xahiş edirəm,ən azından bir dəfə görüşüb danışın.
-Bilmirəm,Rəşid çox incinmişəm.

Ayşən Rəşidə nə cavab verəcəyini doğrudan bilmirdi. Amma birgə keçirdikləri ayların,xoşbəxtlik dolu anların xətrinə Muradı son dəfə dinləməyi özünə borc bildi.
-Yaxşı,Rəşid. Səhər həmişə görüşdüyümüz yerdə olacam.
-Çox sağ ol,Ayşən. Hər şey düzələcək,inan mənə.

Rəşid iki əlilə sevincdən gözləri dolmuş Muradı çiyinlərindən tutub ayağa qaldırdı,gözlərini içinə baxıb dedi:
-Hey,axmaq! Yenə Rəşid hər şeyi həll etdi. Ah,ah...Mən olmasam,sən nə edərdin?! Borcların hər keçən gün artır,dostum.
Sevincdən səsi titrəyən Murad ancaq iki kəlimə danışa bildi:
-Sağ ol,Rəşid.
Bu Rəşid üçün kifayət edirdi.Rəşid dostunun sevinci ilə xoşbəxt olmağı bacaran insanlardan idi.Bu,onun üçün ən böyük uğur idi.
-Indi səhər nə geyinəcəyindən,Ayşənin könlünü necə alacağına qədər-bunun kimi bir çox problemi düşünmək üçün dostun səni tək buraxsa yaxşıdı.

Ayşən Rəşidlə danışdıqdan sonra xeyli düşündü. Görəsən,Murad onun bilmədiyi nələri danışacaqdı ona. Bu bilinməyənlər onu bağışlamağa kifayət edəcəkdimi?! Murad niyə ondan doğruları gizlətmə ehtiyacı duymuşdu...

Insanlar ən çox sevdiklərindən inciyərmiş.Çünki sevdiklərimizin qəbahətləri daha dərindən yaralayar bizi. Onları əfv etmək isə ən zor olandır... Bizi incidəni bağışlamaqla bir daha yaralanmağı gözə almış oluruq. Ya qurban qatilini canından çox sevirsə,bəs onda necə?! Sevgi hər şeyi bağışlamağa yetərmi?!

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin