Bir il əvvəl...
Səhər saatları... 05:48...
Əmiraslanovlar malikanəsinə əvvəllər tez-tez polis işçiləri gələrdi. Amma bu dəfə tam fərqli səbəbdən gəlmişdilər.....
Muradı polis şöbəsinə aparmaq üçün..
- Bağışlayın ! Murad Əmiraslanov evdədir,bizimlə polis şöbəsinə getməlidir.Leyla Həsənovanın özünə qəsd etməsi ilə bağlı açılmış cinayət işi ilə əlaqədar ...
Muradla Leyla bir il idi ki,sevgili idilər. Bir kafedə təsadüfən tanış olmuşdular. Bir-birlərini çox sevirdilər. Aralarında heç bir problem yox idi. Murad Leylanın bir dediyini iki etməz,onu heç vaxt incitməzdi.
Bu hadisədən 10 saat əvvəl birlikdə idilər. Bütün gün birlikdə şəhəri gəzmişdilər. Murad özü Leylanı binalarının blokuna kimi ötürmüşdü. Həmişə olduğu kimi sağollaşdılar. Qaydasında olmayan heç nə yox idi axı.....Murad şöbədə izahat verərkən də,sonralar da həmin günü bütün incəlikləri ilə xatırlayırdı. Leylanın bu ağlasığmaz hərəkətinə heç cür məna verə bilmirdi... Necə versin axı?!! Leylanın ailəsi bir müddət qızlarının ölümündə Muradı günahkar bildi.
Cinayət işi də nəticəsiz qaldı. Heç kim Leylanın bunu niyə etdiyini bilmədi.
Bu bədbəxt hadisə hamıdan çox Murada təsir etmişdi. Leyla Muradı yarı yolda qoymuşdu,yarım qoymuşdu....
Bununla da Murad sevgiyə olan inamını itirdi. Sevməyin də,sevilməyin də mənasız olduğunu düşünməyə başladı. Sevən sevdiyini belə tək qoyub gedərdimi ?!Demək ,sevgi yox imiş.. Bütün bu məhəbbət romanları,sevgi dastanları sadəcə bir qurğudan ibarət imiş ...
Leyla özünü otağındakı çilçıraqdan asmışdı. Qızının göydən sallanan cansız bədənini görən anasının başına hava gəlmişdi,yas mərasimindən sonra qohumları onu xəstəxanaya yerləşdirdilər.
Leylanın səbəbi hələ də bilinməyən ölümü ilə bir ailənin gələcəyi məhv oldu . Muradın isə sevgiyə olan inamı...
Murad hər dəfə bir il əvvəl olanları xatırladıqca gözləri dolurdu. Nəfəsi kəsilirmiş kimi olurdu.... Ötən bir il bu acıdan heç nə əksiltməmişdi.
Bu dəfə Rəşid Muradı bu acı xatirənin caynağından qurtardı:
-Hə,adı nədir? Necə qızdı? Danış görək
-Nə? Kim?? Adı Ayşəndi.
-Ayşən...Yaxsi,bəs nə vaxt tanış ola biləcəm Ayşənlə?
-Düşündüyün kimi bir şey yoxdu aramızda.Cəmi iki dəfə rastlaşmışıq. Heç nə də olmayacaq. Sadəcə qəribə gəldi. Tanımaq istədim. Bir daha da görüşməyəcik.Murad Ayşənlə bir həftə sonra görüşmək istəmirdi mi artıq?! Keçmişdə yaşadıqlarını xatırlamaq Muradın Ayşənə olan duyğularının önünə mi keçmişdi?!
Ya da Muradın Ayşənə qarşı nə kimi duyğuları var idi?!