Ayşənin evə qayıtmaq üçün tələsdiyini hiss edən Murad:
- Gedək,-dedi,-gecikmə sən...
-Yaxşı... ,- sevgilisinin ona uzanan əlini tutarkən Ayşən qəlbinin nəhayət rahatlıq tapdığını hiss edirdi.
Evə dönüş yolunda yaranan narahatedici səssizliyi pozmaq niyyətində olan Murad Ayşəni səslədi:
- Ayşən... Düşüncəli görünürsən.Nolub?
- Heç,-dedi Ayşən. Leylanın intihar səbəbini düşündüyünü Murada demək istəməmişdi.
- Nəsrin nə dedi? Çox sevinib yəqin ki...
- Çox sevindi. Hə bir də,dedi ki...mənim üçün bir sürpriz hazırlayır. Nə olduğunu bilirsən?
Qısa bir qəhqəhənin ardından Murad:
- Bizim barışacağımızdan o qədər əmin idi ki,anamla səni tanış etmək üçün planlar qururdu. Çox güman ki,anamı razı salıb...
- Nə? Doğrudan,Almaz xanım mənlə görüşmək istəyir?
-Bəli,bəli...Bu qədər təəccüblənəcək nə var ki? Hər ana övladının xoşbəxtliyinin səbəbkarı ilə tanışmaq istəyər.
-Çox həyəcanlıyam.Bunu ...belə tezliklə gözləmirdim.. Hazır olduğuma əmin deyiləm.
- Narahat olma,anam düşündüyün kimi qəliz biri deyil.Həm də,Nəsrin sənə kömək edər.
-Murad.....
-Buyur,gözəlim...
-Mən anama hər şeyi danışdım.Son görüşümüzdən sonra... Qardaşımla da danışacaq.
-Ayşən,məni necə xoşbəxt etdiyini bilirsənmi??
Muradın sevincdən parlayan gözlərinə baxarkən Ayşən başını tərpədərək onun fikrini təsdiqlədiyini bildirdi.
Amma içində səbəbini anlaya bilmədiyi,daha doğrusu anlamaq istəmədiyi bir sıxıntı var idi. Ayşən hər nə qədər bu düşüncələri ağlından atmaq istəsə də,bunu bacarmırdı. Elə hey düşünürdü... Leylanın intiharı, qardaşının intiqam istəyi... Ayşən içində olmağı heç istəmədiyi bir oyunda hiss edirdi özünü... Muradın ondan nə isə gizlədiyini biləndə nə qədər qəzəbləndiyini xatırladı. Amma bütün bunlarla üzləşmək onun üçün o qədər çətin idi ki,bir anlıq bu sirri heç öyrənməmiş olmağı dilədi.
Ayşənin onunla barışacağına şübhələri olan Murad üçün isə o,halhazırda dünyanın ən xoşbət insanı ola bilərdi. Amma gizlədiyi hər şeyi ona danışdıqdan sonra belə onun təhlükədə olmadığından əmin deyildi. Bunları danışaraq aralarındakı münasibəti təhlükəyə atacağını bilirdi. Keçmişi ilə üzləşmək onun üçün bu qədər zor olduğu təqdirdə Ayşənin bununla necə başa çıxacağını düşünmək belə istəmirdi.
Ayşəngilin yaşadığı məhəlləyə on dəqiqəlik məsafə qalanda Murad maşını saxladı. Onun məhəlləyə maşınla getmək istəməyəcəyini düşünmüşdü. Fikir dəryasına qərq olmuş sevgilisinin soyumuş əllərindən tutdu.
- Ayşən...
Çıxış yolunu necə tapacağını bilmədiyi düşüncələrindən sevgilisinin səsi ilə qurtulan Ayşən ürkək baxışlarla ətrafı gözdən keçirdi.Harada olduqlarını anlaması 2-3 saniyəsini almışdı.
- Burdan sonra özüm getsəm yaxşıdı.
-Bilirəm,gözəlim.Mən də elə düşünmüşdüm.
-Hə,hə. Çox sağ ol,Murad.
Sevgilisinin bənizindəki solqunluq Muradın diqqətini çəkdi.Ayşən qapını açarkən onu qolundan tutub saxladı.
-Ayşən,sən yaxşısan?
-Hə,yaxşıyam.Nolub ki?
- Rəngin solub...
- Hə... sadəcə yuxusuzam,ona görə yəqin ,-dedi.Ağlına gələn ilk yalanı demişdi.
- Yaxşı olduğuna əminsən? - bir daha soruşdu.Ürəyi heç rahat deyildi.
-Hə,hə. Get sən.
Ayşən Muradın maşını gözdən itənə qədər gözlədi. Sonra asta addımlarla evə doğru yeriməyə başladı. Bir-birinin ardınca ağlında yaranan suallara cavab tapmağa çalışırdı. O qədər fikirliydi ki,ona doğru gələn avtomobili görmürdü. Sürətlə yanından keçən maşından düşən kağız parçası Ayşənin önünə düşmüşdü.Kağızın üzərindəki iri qalın hərflərlə yazılmış sözü oxuduqda isə Ayşən heyrətdən donub qaldı.
Kağızda belə yazılmışdı:
" Ayşənə..."