Son aylarda yaşanan hadisələr hamıdan çox Ələkbəri yormuşdu. İndi yarı qaranlıq otaqda oturub ailəsinin başındakı bu bəlanı düşünür,verdiyi qərarları sorğulayırdı. Əvvəllər bütün əzəməti ilə doldurduğu kresloda indi yumaq kimi qıvrılıb oturmuşdu. Belə çətin anları çox olmuşdu. Amma ən gərgin vəziyyətdən belə çıxış yolunu tapmağı bilmişdi. Onun ailəsi çox böyük zorluqların öhdəsindən gəlmişdi. Ondan ailəsini bir uşağın xəyal dünyasına qurban verməyi gözləmək ağılsızlıq olardı. Hər nə qədər ailəsini qorumaq üçün olsa belə,qorxu,gərginlik dolu həyatı onlara rəva görə bilməzdi.
Onu sıxan bu fikirlərin ağuşunda elə itib batmışdı ki,Rəşid səsləyənə kimi qardaşı oğlunun otaqda olduğundan xəbərsiz idi.
-Əmi! Qapını neçə dəfə döydüm,amma eşitmədin,diyəsən. Mən də içəri girdim,- əmisini çox nadir hallarda bu qədər düşüncəli görən Rəşid sanki bu sözlərlə özünü müdafiə edirdi.
-Hə,hə. Düz eləmisən,oğul. Keç,otur. ,-Ələkbər kresloda yerini rahatladı.Rəşid oturanadək gözlədi. Sonra soruşdu:
- Sözlü birinə oxşayırsan. De,gəlsin.
Əmisinin üzündəki təbəssümdən cəsarət alan Rəşid sözə başladı.
-Bugün Nəsrinlə məkanlara baxdıq. Aralarında bəyəndiyi iki yer oldu. Amma,əmi...
Rəşidin cümləsini tamamlamağa ehtiyat etdiyini görən Ələkbər ona kömək etmək istədi.
- Nə,amma? Yoxsa,Nəsrin yenə yorur səni? Oğul,bilirsən də. Nəsrinin nazını. Neynəmək olar...Gərək,dözəsən.
-Yox,əmi. Nəsrinin nazını demirdim. Düzdü, o da var.Amma o öhdəsindən gələ bilməyəcəyim bir problem deyil. Məni narahat edən başqadı. Əmi,səncə də bu qərar...sərgi... bir az riskli deyilmi? Turalın harda olduğu,nə plan qurduğunu bilmirik. Bəlkə də düşündüyümüz qədər bəsit bir oyun deyil...Bilmirəm,amma narahatam...
Ələkbər dərindən nəfəs alıb verdi. Sanki dünyanın bütün yükünü çiyinlərində daşıyırdı.
-Oğul,bunları mən də düşünmüşəm.Sən heç... Birinin sənə olan güvəni altında əzilmək,nədir bilirsən?! Tək çarənin sən olduğunu düşünən insanların qarşısında çarəsiz qalmaq nədir,bilirsən!? Ailəmizin bütün ümidləri mənədir. Mən zəiflik gösdərsəm,o uşağın qabağındam qaçsam,necə ailə başçısı olaram? Bunları edən Ələkbərə inanarsanmı? Əgər mən sizin gözləntilərinizi doğrultmasam,onda necə üzünüzə baxaram,oğul?
- Əmi... mən sənə özümdən çox güvənirəm! Sən bizi heç vaxt yanıltmazsan. Buna əminəm. Amma sən də bizə inan! İcazə ver,yükündən pay alaq. Muradla mən...qoy,sənə kömək edək. Bütün bu məsuliyyəti tək daşımaq məcburiyyətində deyilsən. Bizə hər şeyi danışa bilərsən. Əmi,oğulların böyüyüb artıq... Səni,ailəmizi qorumaq artıq bizim borcumuzdu. Əmicanı həmişə deyir ki,böyüyənə kimi valideyn övladlarının,böyüdükdən sonra övladlar valideynin nökəridir.
Ələkbər eşitdiklərindən razı halda gülümsədi. Yaramaz,şıltaq Rəşiddən bir gün bu sözləri eşitməyin xəyalı ilə yaşayırdı. Qardaşının əmanətinin böyüyüb ona dəstək olacağı günü gözləyirdi. Nəhayət... onun dəlisov oğlu böyümüşdü.
- Oğul,mən sizə güvənirəm. Bu sərgini ona görə sizə həvalə etmişəm. Bu işi layiqincə yerinə yetirəcəyinizdən əminəm. Hə,bir də ...unutma ,oğlum ailə...
- Ən böyük gücdür!
Əmisinin onlardan gizlətdiyi nə isə olduğuna əmin olan Rəşid yenə istədiyini ala bilmədən otaqdan çıxdı. Əmisi onlarla danışarkən həmişə gözlərinin içinə baxardı. Uşaqlıqdan bəri bu heç dəyişməmişdi. Rəşid o qonur gözlərdə həm gücü,həm də inamı eyni anda hiss edərdi. İndi əmisinin qaçırtdığı gözlərində onlardan gizlədiyi böyük bir sirr olduğuna əmin idi. Amma bunu öyrənmək üçün nə etməli olduğunu bilmirdi. Murada danışıb kömək istəsinmi,yeni rahatlıq tapmış dostunu bu şübhəsindən xəbərdar etsinmi?
Rəşidin bu günlərdə onla bu qədər danışmaq istəyinin,marağının səbəbini Ələkbər yaxşı bilirdi. Hələ,balaca uşaqkən onlara dediklərini xatırladı: "Uşaqlar,unutmayın! Bir insanın gözünün içinə qorxusuzca baxa bilən insan doğrunu söylər! Biri sizlə danışarkən göz-gözə gəlməyə çəkinirsə,bilin ki o gözlərdə yalan gizlidir."
Rəşidin onla göz-gözə gəlmək səyini görürdü. Ondan şübhə etdiyini bilirdi. Amma Rəşidin şübhəsində haqlı olduğunu da bilirdi.
Ələkbər bütün ailədən gizlətdiyi sirri düşünmək istəməsə də,o səs yenə qulağında çınladı:
" Mən,onu sevirəm!"