_REVERANS_

43 9 0
                                    

Böyük gün gəlib çatmışdı. Bugün Əmiraslanovlar ailəsinin səbirsizliklə gözlədiyi o gün idi...Sərgi günü...
Güzgüdəki əksinə baxan Nəsrin məmnun halda gülümsədi. Sərgi üçün seçdiyi bəyaz,uzun donu,çiyinlərinə tökülən saçları,sadə makyajı ilə çox gözəl görünürdü. Ətrafında fırlanıb bir daha özünə tamaşa elədi. Bununla da sərgi sahibi olduğunu bəlli edəcək bütün əlamətləri üzərində daşıdığından əmin oldu.
Rəşidin gedəcəyini öyrəndiyi gündən onunla üz-üzə gəlməmək üçün otağından çıxmamışdı. Sevdiyi adamın onun üçün bu qədər dəyərli olan bir gündə getməsi onu daha da incitmiş, ağlamasına səbəb olmuşdu. Amma bugünü belə şeylərlə,xüsusən də öz əmisi oğluna qarşı hiss etdiyi qarşılıqsız hislərlə ləkələyə bilməzdi. Aynada ağlamaqdan ağrıyan,şişkinliyi təzəcə yatmış gözlərinə baxdı. Solğun üzünə saxta,amma çox böyük bir təbəssüm yerləşdirdi. Özünə təkrar-təkrar bu cümlələri xatırlatdı: " Xoşbəxtliyi də,bədbəxtliyi də başqalarına sübut etmək gərəkməz! Gülümsə!Qoy onlar sənin xoşbəxtliyinin səbəbini anlamağa çalışsın! Sev özünü! Unutma,heç kim sənə səndən daha yaxın deyil! Heç kim səndən daha dəyərli deyil...! "
Nəsrinlə bərabər bütün ailə də bu böyük günə hazır idi. Ələkbər Almaz xanımla son hazırlıqlara nəzarət etmək üçün bir saat əvvəldən sərginin olduğu məkana getmişdi. Muradla Rəşid isə Nəsrinin bugünkü kavalerləri idi.
Hər ikisi çoxdan hazır idi. Bir-birinə bənzəyən kostyum dəstinin içində bütün salonu neçə dəfə addımladıqlarını unutan dostlar Nəsrini gözləyirdi. Murad fərəh və həyəcan qarışıq hislərlə bacısını gözlərkən,Rəşid öz hislərini adlandıra bilmirdi. Sevinirdi,qorxurdu,həyəcanlanırdı...narahat idi... Bilmirdi. Tək bildiyi qəlbinin heç alışmadığı qədər sürətlə döyündüyü idi.
Nəsrinin könlünü almaq üçün etdiyi bütün cəhdlər,yalvarışlar nəticəsiz qalmışdı. O gecədən bəri Nəsrini görməmişdi,səsini eşitməmişdi. Darıxmışdı dəlisi üçün...Çox darıxmışdı. Bir neçə dəqiqə sonra onu görəcəyini düşündükcə içini məna verə bilmədiyi bir təlaş bürüyürdü.
Rəşid bu iki gündə çox düşünmüşdü. Amma hər cür hiyləyə,dəliliyə çalışan,bütün problemləri sürətlə həll edən beyni sanki durmuşdu. Çarəsiz idi. Ən nifrət ediyi hiss onu əsir almışdı. Əlacsızlıqdan o həddə gəlib çatmışdı ki,hətta Nəsrinə onla birgə Londona gəlməsi üçün təklif etməyi belə düşünmüşdü. Amma sonra Londona hansı səbəblə getdiyini yadına salıb öz düşüncəsinə səsli gülmüşdü.
Səssiz gözləyişi pozmaq üçün Rəşid dostuna cavabını bildiyi bir sual ünvanladı:
-Ölümdən daha çətin olan nədir,bilirsən?
-Ölümü gözləmək,- dedi Murad. Sanki bu sualı gözləyirmiş kimi cəld,amma sakit bir tərzdə...
-Xeyr,xeyr...,-dostunun verəcəyi cavabı əvvəlcədən bilən Rəşid gülümsəyib etiraz elədi. -Ölümdən daha zor olan...bir qadının hazırlaşmasını gözləməkdi!
-Axmaq! -Murad Rəşidin zarafatına onun görmək istədiyi kimi ürəkdən güldü.
-Axmaq ola bilərəm,amma bu haqsız olduğum mənasına gəlməz! -Rəşid dostunun uzun müddət sonra sevincdən parlayan gözlərinə baxdı.
-Əlbəttə,əlbəttə...amma bu həmişə haqlı olduğun mənasına da gəlməz!
- Təbii ki,mən də insanam... Hər insan haqqını ararkən haqsızlığa səbəb olar! -Rəşid xalçanın naxışına zillədiyi gözlərini qaldırmadan dilləndi.
İki dostun arasındakı bu söhbət bəyaz donunun içində bir mələyə bənzəyən Nəsrinin gəlişi ilə kəsildi. İki gənc adam dərhal azca əyilərək Avropa əsilzadələri kimi sol qollarını büküb onlara yaxınlaşan gözəl xanıma reverans etdilər. Dünyalar gözəli bacısına fəxrlə baxan Murad heyranlığını dilə gətirdi:
- Gözəlliyinlə hər gün bir az daha qardaşını valeh edirsən,mələyim...
Nəsrin qardaşının tərifinə özünəxas şıltaq gülüşlə cavab verib baxışlarını nitqi tutulmuş Rəşidə zillədi. Onun fikirini öyrənmək üçün səbirsizlənirdi. Rəşid isə heyran-heyran Nəsrinə baxırdı. Belə bir gözəlliyi heç vaxt tərifsiz qoymayan, komplimentləri bir-birinin ardınca düzən Rəşid indi deməyə bir söz tapa bilmirdi. Bir neçə saniyə sonra əlindəki qızılgülü Nəsrinə uzadıb boğuq bir səslə:
-Dəli,mükəmmələ bu qədər yaxın başqa bir şey görməmişəm...
Nəsrin məmnun halda gülümsədi. Bircə anlıq sanki gözləri bir cüt ulduz kimi parladı. Ona doğru addımlayan iki yaraşıqlı gəncin arasına keçib əllərini onun üçün hazırlanmış qollara doladı.
Artıq sərgiyə getmək vaxtı idi....

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin