_KİTAB_

40 10 2
                                    

"Time means nothing...
it becomes a special moment."

Qrup yoldaşlarının baxışlarının üstündə cəmləndiyini hiss edən Ayşən bunun səbəbini dərhal anladı. O gəlmişdi...
Dostları ilə sağollaşıb sevgilisinə qovuşmaq üçün tələsdi. Murad yolun kənarında dayanıb sol əlini tutması üçün Ayşənə uzatmışdı.
Bir neçə dəqiqə sonra həmişə getdikləri parka doğru addımlayan iki sevgili... Sevdiyinin əlini tutan,üzündə insana bütün dərdlərini unutdurmağa yetəcək qədər şirin təbəssüm olan bir qadın...Bir əlində möhkəmcə tutduğu sevgilisinin əli,digər əlində isə kitab olan bir adam...
Ayşən boylanıb Muradın əlindəki kitabın adını oxumağa çalışdı. Yeridikcə Muradın əlində irəli-geri yellənən kitabın üzərindəki yazını oxumağın mümkün olmadığını anlayıb soruşdu.
-Bu nədir,belə?
- Səbahəədin Əli ,-dedi Murad. -"Xəz paltolu Madonna" . Oxumusan?
-Hə,əlbəttə. -ondan cavab gözləyən Murada baxdı. Elə baxırdı ki,ona sevdiyi...Elə gülürdü ki...Sevgilisinin üzündəki bu gülümsəməyə dünyaları qurban verə bilərdi.
-Lap yaxşı. Onda oyunumuz daha maraqlı olacaq.
-Nə oyun? -Ayşən təəccüblənmişdi.
-Kitab oyunu... Bilmirsən?
-Yox,düzünü desəm,ilk dəfədir eşidirəm... -Ayşən qəbahət işləmiş kimi başını aşağı saldı.
- Hardan eşidəsən? Bu oyunu mən tapmışam. Bəzən,boş vaxtlarımda oxuduğum kitablardam birini seçirəm. Rastgələ bir səhifə açıram. Əvvəlcədən altını xətlədiyim bir cümləni oxuyuram...
-Elə bu? -Ayşən heç belə sadə oyun görməmişdi. Sadə...və sadə olduğu qədər də mənalı...
İki sevgilinin şən qəhqəhələri parkı bürümüşdü. Xoşbəxtlikləri gözlərindən oxunurdu.
-Növbə səndədi,-dedi Murad.Kitabı sevgilisinə uzatmışdı.
Bu oyunu çox sevmişdi Ayşən. Bəxtinə çıxacaq yeni cümləni oxumaq üçün səbirsizlənirdi.Gözlərini yumub bir səhifə açdı. Qara qələmlə,nazik xətlə işarələnmiş cümlə dərhal gözünə çarpdı.
"...Sevgi bizim öz qəlbimizdə əmələ gəlir.Onu,kənardangəlmə bir şey zənn etmək doğru deyil. O,ürəyimizdə mövcud olan hisslərin bizi heyran edəcək dərəcədə şiddətlənib artmasından ibarətdir."
-Çox yaxşı düşünülmüş bir cümlədir ,-dedi Murad. Ayşənin ona uzatdığı kitabı örtüb dizinin üstünə qoydu.
-Hə,məncə də... -əvvəllər oxuduğu kitabın gözəlliyinə bir daha valeh olmuş Ayşən dilləndi. -Ümumiyyətlə,yer üzündə sevgini kitablardan daha yaxşı anladan heç nə yoxdur.
Murad razı halda gülümsədi. Sonra nə isə düşünüb dedi:
-Ayşən,sən mənim sarı boyamsan...
-Necə? -sevgilisinin onu boya adlandırmağına təəccüblənmiş Ayşənin gözləri bərəldi.
Murad təəccübdən donub qalmış sevgilisinə nə demək istədiyini anlatmağa başladı.
-Van Gogh... sarı boya içərmiş. Sonradan onun həyatını tədqiq edən insanlar bunu belə izah edir ki,rəssam sarı boyanın öz daxilini gözəlləşdirəcəyini,ruhuna xoşbəxtlik gətirəcəyini düşünərmiş...
Hələ də sevgilisinin nə demək istədiyini anlamayan Ayşən marağını boğa bilməyib soruşdu.
-Yəni?
-Yəni... hər kəsin ona xoşbəxtlik bəxş etdiyinə inandığı bir sarı boyası vardır. Sən də mənim sarı boyamsan...
Murad cümləsini bitirəndə sevincdən gözləri dolmuş sevgilisinə baxıb gülümsədi. Ayşən incə barmaqları ilə sevgilisinin gülərkən qısılan gözlərinin ətrafında əmələ gələn qırışlara toxundu. Ağlamamaq üçün dərindən nəfəs alıb pıçıldadı.
-Sən...möhtəşəmsən!
- Möhtəşəm olan sənsən,sevgilim. Çox çətin günlərdən keçirik,bilirəm. Amma mən sənin yanında bütün hər şeyi unuduram. Səninlə xoşbəxt oluram,hüzur tapıram. Bu qədər müddət səni görmədən necə yaşadığımı bilmirəm. Zaman...
-Möhtəşəm bir an yaşananadək zamanın heç bir mənası yoxdur,-Ayşən sevgilisinin sözünü bu cümlə ilə kəsdi. -Biz indi o möhtəşəm andayıq. Unudaq bunları...Anı yaşayaq!
Murad sevgilisinin yanında,hər şeydən uzaqda çox xoşbəxt idi. Dostunun,ən böyük dayağının onu yenidən darda qoyub getmək qərarından xəbərsiz...

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin