_Vida_

96 12 3
                                    

Qəlbimdə kül olmuş gül hislərimi
Səmaya sovurub "Əlvida"dedim...

_Fidan Rza_

Murad şam yeməyindən sonra otağına çəkildi. Səhər haqqında artıq xeyli düşünmüşdü. Hər şeyi olduğu kimi danışacaqdı,Ayşəndən gizlətdiyi heç nə qalmayacaqdı,qalmamalı idi.

Amma əvvəlcə özü ilə hesablaşmalı idi. Keçmişilə bu gecə öncə öz daxilində vidalaşmalı idi. Səbəbi nə olursa olsun,onu qəddarca tərk edib gedən bir qadınla bağlı şübhələrindən qurtulmalı idi. Xoşbəxt bir gələcək üçün seçim etməli idi.Əslində o,bu seçimi çoxdan etmişdi. Ayşənini seçmişdi. Onu sevdiyini söylədiyi ilk gün həyatında mövcud olmuş və ola biləcək bütün qadınlarla vidalaşmışdı.
Bu yalnız tüm qəlbi ilə sevən adamların bacara biləcəyi bir şey idi.

Murad yaxınlaşıb şkafının yuxarı gözündən göy qutunu çıxarıb çarpayısının üstündə qoydu. Bir müddət otaqda gəzindikdən sonra çarpayıda oturdu. Qutunu götürüb dizinin üstünə qoydu. Onu açıb-açmamaqla bağlı yaşadığı beş dəqiqəlik tərəddüddən sonra qutunu açdı.

Bu qutuda Leylayla bağlı yadigarlarını toplamışdı.Hədiyyələr,şəkillər....Qutudan əvvəlcə bir dəstə şəkil çıxardı. Bunlar Leyla ilə sevgili olduqları müddətdə birlikdə çəkildikləri fotolar idi. Hamısına tək-tək baxdı. Beləcə bir saatını bu qutudakı köhnə əşyalara baxmaqla keçirdi.Insan ən zor son sözü söyləmə şansı olmadığı insanla vidalaşar.

Nəsrin son günlərdə qardaşındakı dəyişiklikdən çox narahat idi. Muradla bir neçə dəfə danışmağa çalışsa da,cəhdləri heç bir nəticə vermirdi. Bu axşam Rəşidin evə tez gəlməsi Nəsrin üçün əsl fürsət idi. Hər nə qədər Rəşidlə arasına məsafə qoymaq üçün özünə söz vermiş olsa da,bu sirri öyrənməkdən ötrü sözünü pozmağı gözə almışdı.
Rəşidlə danışmaq üçün həyətə çıxanda bu qərarını bir daha nəzərdən keçirdi. Amma qardaşını bu dərəcə narahat edən problemi öyrənmək üçün tək yolun bu olduğuna əmin idi.

-Rəşid,danışa bilərik? -deyib,Rəşidin yanında oturdu.
Nəsrinin ona qarşı soyuq münasibəti Rəşidin diqqətindən qaçmamışdı,hətta onu narahat etməyə də başlamışdı. Nəsrinin onunla danışmaq istədiyini eşidəndə öz-özlüyündə buna sevindi.
- Əlbəttə... Nə barədə danışaq?
- Bunun fərqi var ?
- Yox,yox. Qətiyyən. Eşidirəm,dəli. -Rəşid Nəsrinin acıqlanacağını bildiyi üçün ona dəli deyə müraciət etmişdi.Çünki onunla bu barədə savaşmaqdan xoşu gəlirdi.
-Murad... Nolub ona?
Rəşid Nəsrinin bu sözə əhəmiyyət verməməsinə o qədər təəccüblənmişdi ki,sualını eşitmədi:
-Bağışla? Nəyi soruşdun?
-Muradı. Muradın problemi nədi?
-Hə... Deməli,Murad...
-Hə,başqa nə gözləyirdin ki? -Rəşidin səs tonunda təəssüf hiss edən Nəsrin bu sualı onun gözlərinin içinə baxaraq soruşmuşdu.
Rəşid bir anlıq durqunluqdan sonra gözlərini qaçırıb cavab verdi:
-Heç,heç... Elə bu məsələni... Bir az mürəkkəb məsələdi.
-Eybi yox,sən danış . Mən sadələşdirərəm. Olmaya,mənim ağlıma şübhən var? - Nəsrin bir az küskün dilləndi
-Nə?! Dəlisən sən?! Hətta öz ağlıma şübhə edərəm,amma səninkinə əsla! Sən mənim gördüyüm ən ağıllı qızsan.
Nəsrin bu tərifdən məmnun halda gülümsədi:
-Hə,indi səni dinləyirəm...

Rəşid hər şeyi danışmaqdan başqa çarəsi olmadığını düşündü. Bir halda ki,Ayşən də səhər hər şeyi biləcəkdi,onda Nəsrindən olanları gizlətməyin mənası yox idi.
Bütün olub-bitəni eşitdikdən sonra Nəsrin donub qalmışdı. Bədəninə üşütmə düşmüşdü.
-Aman,Allah! -söyləyə bildiyi tək şey oldu.
Rəşid Nəsrinin titrədiyini gördükdə ona yaxınlaşıb əlini tutdu.
-Qorxma,Nəsrin.Murada da,sizə də heç nə olmayacaq.Mənə,inan! Sənə söz verirəm.

Əslində, Nəsrinə verdiyi sözdən Rəşid özü də əmin deyildi.

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin