... Ayşən hər səhər erkəndən qalxar,səhər yeməyini hazırlayar,bütün ailəni yuxudan oyadardı.
Amma bugün bu adət pozulmuşdu.
Ayşən bu səhər 38 dərəcə temperaturla ayılmışdı yuxudan. Halsızlıqdan gözləri açılmırdı . Ayşən çox nadir hallarda xəstələnərdi. Dünən evə qayıdanda yağışa düşmüş,soyuqlamışdı.Murad bu səhəri də neçə müddətdi onu narahat eden yuxu ilə açdı. Elə bu vaxt yan otaqdan gələn səslə diksindi.
Tez otaqdan çıxdı. Səs Nəsrinin otağından gəlirdi. Nəsrin üniversitetdə keçirilən rəsm müsabiqəsində birinci olmuşdu.
-Murad,birinci olmuşam. Inana bilirsənn?!! MƏN ! -Nəsrin Muradı görən kimi qaçıb boynuna sarıldı.Sevincdən ağlayırdı. Bir həftədir üzü gülməyən Nəsrinin sevincinin həddi-hüdudu yox idi.-"Dəli qız,nolub yenə?? Saatdan xəbərin var??"
-Rəşid gözünü ovaraq soruşdu.
-"Birinci olub .. Müsabiqədə..." -Rəşidin sualına cavab Muraddan gəldi.
-Hə?Təbriklər,dəlii..
-Çox sag ol.
Bu Rəşid evə döndükdən sonra Nəsrinin onunla ilk dialoqu idi.
-"Yaxşı,yaxşı.. Çıxın otağımdan,hazırlaşmalıyam" -Nəsrin sağ əliylə qapını gösdərərək dilləndi.Otaqdan çıxan kimi Rəşid Muraddan soruşdu:
- Noldu bəs o məsələ?
-Hansı məsələ?
-Nə idi ? Eh...Lənət şeytana! Hə,hə . Ayşən məsələsi..
-Məsələ filan yoxdu. Bağla o söhbəti!
-Noldu? Yenə keçmiş hə?
-Dedim ki,bağla!
-Yaxşı,necə istəyirsən elə də olsun. Amma daha bəsdir özünə zülm etdin.Murad hər nə qədər Rəşidin bu məsələ haqqında danışmasını istəməsə də,ağlında ancaq Ayşən var idi. Dünən getmədiyi üçün çox peşman olmuşdu.
Tez hazırlaşıb evdən çıxdı. Kitabxanaya gedirdi. Ayşəni görmək ümidiylə... Üzr istəyəcəkdi. Bağışlamasa bir daha istəyəcəkdi.....
Təbii ki,Ayşəni tapa bilmədi. Onunla qarşılaşdıgı gün yenə getdi. Kitabxana bağlanana kimi gözlədi. Amma Ayşən gəlmədi.
Hər həftə eyni şey təkrar olunurdu. Murad kitabxanaya gedir,Ayşəni gözləyir... Ayşən isə gəlmirdi...Ayşən isə bir həftə eləcə xəstə yatdı. Sağladığı gün də qərar verdi. Bir daha Muradı görmək istəmirdi. Nəinki görmək,adını belə eşitmək istəmirdi. Onun haqqında danışmağı Nazlıya da qadağan etmişdi.
Murad artıq gecələr də yata bilmirdi. Ayşənin o gün gəldiyindən əmin idi
artıq. Çox peşman olmuşdu.Murad o günə yenidən qayıtmaq istəyirdi...Həyat ona istədiyi möcüzəni bir dəfə bəxş etmişdi. Murad bu dəfə ikinci şans istəyirdi. Amma bəzi fürsətlər yalnız bir dəfə verilər insanlara. Ondan düzgün istifadə etmək bizdən asılıdır.
Murad hər həftə kitabxanaya gedir,Ayşəni görmədən geri qayıdırdı.
Beləcə.. Bir ay keçdi....
Muradın Ayşəni kitabxanada görmək ümidi artıq tükənmişdi. Murad daha möcüzə gözləməyəcəkdi... Qərarı qəti idi. Özü üçün fürsət yaradacaqdı....
Ayşənin ona son görüşdə dediklərini xatırladı. Tibb tələbəsi.. Murad Ayşəni harda tapacağını bilirdi... Üniversitetə gedəcəkdi... Birinci kurs olduğu üçün onu tapmaq o qədər çətin olmayacaqdı..
Bəs Ayşən Muradi dinləyərdi mi artıq?! Görmək istəyərdi mi?! bir şans daha verərdimi görəsən?!
Murad ikinci bir şansa layiq idi mi görəsən?!