_ÇARƏSİZLİK_

35 6 0
                                    

Murad Rəşidin gedişindən Nəsrinin hislərinə qədər hər şeyi danışıb bitirdikdə ona kədər dolu gözlərlə baxan Ayşən iç çəkdi. Ayşən Nəsrinin hislərindən xəbərdar idi. Ona görə Rəşidin belə ani gedişinin səbəbini anlamaq onun üçün çətin olmamışdı. O,indi qarşısında hirsdən sıxdığı dodaqları göyərmiş sevgilisinə təsəlli vermək üçün nə isə deməli olduğunu bilirdi. Amma deməyə söz tapa bilmirdi.
-Bir gün...bir gün qalır. Sonra gedəcək. -dedi Murad. İçindəki çarəsizlik səsində hiss olunurdu.
-Bilmək olmaz.Bir günə çox şey dəyişə bilər. Bəlkə də qərarını dəyişdirər.Heç getməz. -Ayşən bu sözləri tək Murada təsəlli üçün demirdi. Özü də bu dediyinin doğru çıxmasını ürəkdən istəyirdi.
- Bir günə qərar dəyişdirəcək? -Muradın üzündə acı bir təbəssüm peyda oldu. -Yox,çox gecdi.
-Niyə elə deyirsən? Məncə bir gün qərarını dəyişdirməyə yetər. Kəpənək bir günə bir ömür sığdırar... -Ayşən sevgilisinin ümidsizliyini qəbul etmək istəmirdi.
-Mən...sadəcə anlamıram. Niyə axı? Nəsrin üçün getdiyini deyir. Bilirəm,Nəsrini incitmək istəmir. Amma belə onu daha çox incidir...
- O,sadəcə qorxur... -Ayşən sevgilisini sözünü kəsmək niyyəti olmadan zorla eşidiləcək səslə dilləndi.
-Qorxur? Axı nədən?
-Sevilməkdən qorxur...
-Nə?! Sevilməkdən qorxur?! Elə şey olar?
- Olar,-dedi Ayşən. Səsində qeyri-adi sakitlik var idi. -Bəzi insanlar sevilməkdən qorxar. Bəzən insan çox sevilməyi qəbul edə bilməz. Bu qədər böyük sevgini itirməkdən,ya da xoşbəxt olmaqdan qorxar. Bəlkə də özünü sevilməyə layiq bilməz...Bilmirəm səbəbini,amma qorxar!
-Qəribədir. -sevgilisinin düşüncələri Muradı heyrətləndirmişdi. -Sevməkdən qorxmağı bilirdim,amma sevilməkdən qorxmaq...
-Əslində qəribə olan ürəyimizdi. Sevib-sevilmək istəyən də,ondan qorxan da... Hə... Qəribədir,insan qəlbi sevməkdən yaşayacağı acıya,sevilməkdən yaşadacağı xoşbəxtliyə görə qorxar.
-Yəni,səncə Rəşid sevilməkdən qorxduğu üçün gedir?
-"Bəlkə də sevməkdən qorxduğu üçün gedir" -içindən dedi Ayşən. Muradın sualına isə belə cavab verdi:
-Bilmirəm... Bunu ondan soruşmaq lazımdı.Amma məncə heç özü də bu sualın cavabını bilmir.
Murad dərindən iç çəkdi. Sanki bir daha nəfəs ala bilməyəcəkmiş kimi bütün havanı ciyərlərinə doldurmaq istəyirdi.
- Əlimdən heç nə gəlmir Ayşən. Ailəmə hədə-qorxu gələn bir adam var. Nə etdiyini,nə edəcəyini bilmirəm. Dostum,qardaşım gedir. Ona mane ola bilmirəm. Bacım gözümün önündə əzab çəkir,gül kimi solur... kömək edə bilmirəm.
Ayşən sevgilisinin dolmuş gözlərinə,bərk-bərk sıxdığı yumruqlarına baxdı. Onun içini rahatladacaq,dərdinə çarə olacaq bir cavabı yox idi. Başını Muradın çiyninə qoyub özünü ağlamamaq üçün zorlayan sevgilisinin yerinə gözyaşlarına boğuldu. Sevdiyi adamın tökə bilmədiyi gözyaşları onun gözlərindən axıb Muradın çiynini islatdı.
Ayşənin gözyaşları kənardan onları izləyən Turalı sevindirirdi. Sevinirdi çünki...Onun çoxdan gözlədiyi məqam gəlib çatmışdı.Tükənməkdə olan səbri axır ki, öz nəticəsini vermişdi. Planladığı qisasdan onu cəmi bir gün ayırırdı.
"Az qaldı,çox az..." deyə düşündü. Aylardır bu günün gəlməsini gözləyirdi.Artıq gizləndiyi yerdən çıxmaq vaxtının yetişdiyini anlayan Tural halından məmnun halda gülümsədi. Alacağı qisasla bağlı içindəki bütün şübhələri öldürmüşdü. Özünü günahkar kimi hiss etmir,hətta gələcək əməlinə belə haqq qazandırırdı:
"Qurd quzunu öldürdüyü üçün günahkar sayılmaz. Bu onun yaradılışının tələbidi..."
Tural özünü qurda bənzədirdi. Alacağı qisası unutmayan,qurbanı üçün gec-tez geri dönən kindar bir qurda...

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin