Murad səhər erkəndən qalxdı. Böyük enli pencərəni açıb eyvana çıxdı. Başını qaldırıb səmaya baxaraq, dərindən nəfəs aldı.
Xəfif,sərin külək əsirdi. Günəş bu səhər tutqun buludların arxasında gizlənmiş,yer üzünü parlaq ışığından məhrum etmişdi. Bu səssizlik sanki ilərləyən saatlarda yağacaq yağışın xəbərçisi idi.Murad otağa keçib divardan asılı saata baxdı. On beş dəqiqə sonra artıq o,qara rəngin üstünlük təşkil etdiyi bir geyimdə aynanın qarşısına keçdi. Geyimində son düzəlişləri edib evdən çıxdı. Yolüstü bir mağazaya girib bir dəstə ağ qərənfil aldı. Yenidən avtomibilə minib yola düşdü. Təbii ki,onu izləyən qara rəngli maşından xəbərsiz idi.
-Salam,Ayşən necəsən? - Nəsrin Muradın dünənki hərəkətindən narahat olduğu üçün səhər oyanan kimi Ayşənlə danışmaq istəmişdi.
- Şükür,sən?
Nəsrin Ayşənin səsindəki tutqunluğu dərhal hiss etdi:
-Ayşən,yaxşısanmı?
- Hə,hə. Yaxşıyam.
- Muradla danışdınız?
-Danışdıq.
-Problem olmadı ki?
- Yox. Olmadı.
Nəsrin Ayşənin cavablarına inanmadı. Ayşənlə üz-üzə danışmaq üçün dedi:
- Hə..Murad qayıtsın,danışım onla.InşAllah görüşərik.
- Qayıtsın? Murad hardadı ki?!
- Bugün... bilmirsən? Onu ziyarətə gedib.
- O kimdir?
Nəsrin Ayşənin bu sualından təəccüblənsə də,Muradın ona bu barədə danışmadığını bilmirdi.
-Leylaya... Bugün onların tanış olduqları gündü.
-Leyla?! O kimdi?!
Nəsrin Ayşənin heç nə bilmədiyini anladı. Amma artıq gec idi. Nəsrin etməməli olduğu səhv etmiş,danışmamalı olduğu məsələni danışmışdı. Kəkələməyə başladı:
-Bu... bu barə..də Murad özü danışsa yaxşı olar.Hələlik,gözəlim.
Ayşən isə Nəsrinin cavabını eşitmir,beynindəki suallara cavab axtarırdı.Leyla kim idi?! Murad Ayşəni ona görəmi istəmirdi artıq? Muradın həyatında Ayşəndən əvvəl cəmi bir qız olmuşdu. Bunu bilirdi.vAmma nə adını,nə də ayrılıq səbəblərini bilmirdi. Bəlkə,bəlkə elə yenidən barışmışdılar. Bu mümkün idi?! O,həyatda qarşısının alınması mümkünsüz olan tək şeyin "ölüm"olduğunu bilirdi. Məhz buna görə də qorxurdu. Əslində,Ayşən özü də bilmədən ölü birindən qorxurdu...
Murad Leylanın qəbrinin üzərinə çatanda artıq beş dəqiqə idi ki,narın yağış başlamışdı. Əlindəki ağ qərənfil dəstəsini qəbrin üstünə qoydu. O,hər ziyarətində Leylasına ağ qərənfillər gətirərdi.Çünki yalnız ağ rəngi Leylanın saflığına yaraşdırardı. Əliylə Leylanin qəbir daşındakı şəkilini ehmalca sığallayaraq pıçıldadı:
- Leylam...Məni gördüyünü,duyduğunu bilirəm. "Niyə getdin,niyə məni yalnız buraxdın"-bunları artıq sorğulamıram. Çünki,ruhunu incitməkdən qorxuram. Bəzi gecələr mələk kimi bəyazlar içində yuxularıma gəlirsən. Sən artıq Mələksən. Ancaqbelə təsəlli edirəm özümü.Ancaq belə gedişini qəbul edə bilirəm.
Əminəm ki,O'nu da bilirsən.Yuxularımda onun varlığından sən xəbərdar etdin məni əslində. Hələ də mənim xoşbəxtliyim üçün çırpınan Mələyim... Nurlar içində yat... Səni heç vaxt unutmayacam. Son nəfəsimi verəcəyim günədək... heç vaxt!Murad bu sözlərlə sanki sonu bilinməyən bir qəhərə bürünürdü. Bu cümlələri titrək səsilə,hıçqırıqlara boğularaq səsləndirirdi...
Gözlərindən xəbərsiz axan yaşları silmək üçün qara,iri şüşəli eynəyini çıxartdıqda isə gördüyü mənzərənin təsiri ilə geriyə bir-iki addım atdı. Murad qəzəbli baxışlarla ona baxan bu şəxsi burada görə biləcəyini heç düşünməmişdi.