Günəşin parlaq şüalarının aydınlatdığı Əmiraslanovlar malikanəsi bu səhər uzun müddətdən sonra baş verəcək bəzi ilklərə ev sahibliyi edirdi.
Qəlyanaltıdan sonra otağına qalxan Nəsrin sürətlə örtülmüş,hətta çırpılmış qapının səsindən diksindi. Çönüb arxasına baxıb qaşlarını çatdı.
- Rə-şid...?
-Haycan... -Nəsrinin belə şirin müraciəti Rəşidin xoşuna gəlmişdi.
- Gözlərimə inana bilmirəm. Sən və bu saatda yuxudan oyanmaq? -səsində açıq istehza hiss olunurdu.
- Nəsrin ,-dedi. Göz vurmağı da unutmamışdı. -Gözlərini yoxlatsan,yaxşıdı. Bəli,mən bu saatda oyağam.
Nəsrin "Mənim gözlərim yetəri qədər yaxşı görür,sən narahat olma!"-deyib göz süzdürdü.
-Yaxşı,dəli. İncimə,tezcə. Murad hardadı,çıxmayıb ki?
-Aha,hər şey indi aydındı. Murad üçün oyanmısan yəni. Yenə nə işlə məşğulsunuz? Kimin evini yıxırsız?
-Biz ev yıxmarıq,dəli.Ev tikərik! -deyib qəhqəhə çəkdi.
-Sən canı,hələ bu zarafatına gülürsən də?! Axmaq! Aşağıdadı,Murad. Mətbəxdə ,-əli ilə pilləkəni göstərdi.
-Aradaki o nalayiq sözü eşitməmiş kimi edirəm. Sağ ol,dəli...
Rəşid Nəsrinin yanağını qırtıb bir-bir,iki-iki pillələri endi. Arxasınca "Toxunma mənə!" deyə qışqıran Nəsrinə məhəl qoymadan...
Rəşid Muradı elə qapıdan çıxarkən yaxalamışdı.
-Hey,Məcnun! Hara tələsirsən?
Murad gülümsədi. Amma bu gülüş üzündəki gərginliyi gizlətməyə kifayət etmirdi.
-Sən dediyin kimi də... Onu görməyə..Ayşəni.. -Murad heç kim eşitməsin deyə mümküm qədər alçaqdan danışırdı.
Muradın əksinə Rəşid isə sanki səsini bütün ev əhlinə eşitdirmək istəyirdi:
-Bravoo,dostum. Belə cəsur ol!
-Səssiz ol! Hamı eşitdi,-Rəşidi susdurmaq üçün onun çiynini sıxdı.
-Yaxşı,yaxşı. Get,yubanma! -Rəşid danışdıqca iki əli ilə Muradın çiyninə vururdu.
Qapının ağzındakı səs-küyə Almaz xanım mətbəxdən çıxıb gəldi. O gələnə kimi Murad getmişdi.
-Hara getdi,Murad?
-Bilmirəm. Mənə deyir,guya.Əmcanı,yaman acam,yumurtam hazırdı? -Rəşid Almaz xanımın fikrini yayındırmaq istəyirdi.
-Həə,dəli oğlan. Hazırdı. Keç,mətbəxə. -Almaz xanımın gözləri Rəşidə yad olmayan o ana şəfqəti ilə parladı.
Rəşid yeməyini yenicə bitirmişdi ki,Almaz xanım:
-Rəşid,-dedi. -Yeməyini bitdisə, əminin yanına get. Demişdi otağıma gəlsin.
Rəşid təəccübünü gizlədə bilmədi. Öz-özünə düşünürdü.Əmim məni səhər-səhər niyə yanına çağırıb görəsən. Nə isə qəbahəti olub-olmadığını düşündü. Bəlkə,əmisi Murada dediklərini bilir. Onu Ayşənə göndərdiyini...Belə səhvi ona bağışlayardımı görəsən? Elə bu düşüncələrlə də otağın qapısını döydü. İçəridən "gəl" səsini eşidənə qədər gözlədi.
Əmisi onun gəldiyini bilirdi. Heç Rəşidim üzünə baxmadan "Gəl,Rəşid,-dedi,- keç otur".
Rəşid yerini yenicə rahatlamışdı ki,əmisi sözə başladı.
-Həə...Rəşid. Necəsən?
-Yax-şı...- özündən asılı olmadan kəkələmişdi Rəşid.
- Neçə müddətdi?
-Bir aydan çoxdu,- Rəşid əmisinin nəyi soruşduğunu dərhal anlamışdı.
-Demək,bir ay... zaman...
Rəşid əmisindən zaman sözünü eşidən kimi günlərdir özünə verdiyi sualı düşündü. Son günlərdə zamanla bağlı hər şeyi sorğulayırdı.Zaman hər şeyin çarəsidi,zamana burax... Ya zaman da bizə buraxırsa?! Zaman sevdiklərinlə birgə,xoşbəxt olduğun müddətdə sürətlə keçər,onların həsrətini çəkərkən isə belə deyil. Eynşteynin nisbilik nəzəriyyəsi...
-...zaman necə nisbi anlayışdır,hə? -Ələkbər sanki Rəşidin düşüncələrini eşitmişdi.
Rəşid çaşsa da,özünü cəld toparlayıb əmisinin sualına cavab verdi:
-Hə,elədi.
-Xüsusən bizim vəziyyətimiz də olan insanlar üçün...
Araya səssizlik çökdü. Bir neçə dəqiqə çəkən bu sükutu Ələkbərin sərt,qətiyyətli səsi pozdu.
-Kifayətdir,oğul! Bu qədər gözlədiyimiz kifayətdir. Bir ay ona müddət verdim,amma o heç nə etmədi. Görürəm ki,bizimlə oyun oynamaq istəyir.Amma mən uşaq deyiləm,oğul. Hansısa uşağın oyuncağı olam... Daha onun həmləsini gözləməyəcik.Çünki o həmlə filan etməyəcək. Bizimlə oynamaq istəyir. Amma buna icazə verməyəcik.-Ələkbər nitqinin sonunda yumruğunu masaya çırpdı.
Əmisinin əsəbdən od çıxan gözlərinə baxan Rəşidin boğazı qurumuşdu.Əmisinin bu qərarından xəbərsiz Muradı Ayşəni görməyə göndərmişdi.Əmisinin bunu bilmədiyini düşündü. Amma yenə də qorxurdu. Əmisi onla eyni fikirdə olsa belə ondan xəbərsiz bu hərəkəti etmək düz deyildi. Lakin indi nəsə deməli idi. Odur ki,səsini təmizləyib nəhayət dilləndi:
-Baş üstə,əmi! Mən də elə bunu gözləyirdim. Ona gününü göstərəcik! Qoy, o görsün ki Əmiraslanovlarla oynamaq nə deməkdi...
Rəşid əmisindən cavab gəlməyəcəyindən əmin olduqdan sonra oturduğu kreslodan ehmalca qalxdı.Sanki bu səssizliyi pozmaq istəmirdi. Otaqdan çıxmaq üçün qapının qoluna əl atmışdı ki,əmisinin səsi onu dayanmağa məcbur etdi.
-Ən cəsur qərarlar ən çarəsiz anların məhsuludur ,-dedi Ələkbər. -Sən doğru olanı edibsən. Muradla bağlı aldığın qərarı deyirəm...
Otaqdan çıxanda Rəşidin təəccübdən ağzı açıq qalmışdı.Onu çaşdıran əmisinin Muradla aralarında danışdıqlarını bilməsi deyildi. Çünki əmisi hər şeyi bilərdi. Amma söhbət ərzində bunu heç dilə gətirməməsi onu heyrətə salmışdı.Rəşid əmisinin sonsuz olduğunu düşündüyü səbrinə bir daha heyran qalmışdı.