Murad Rəşidin göstərdiyi səmtə baxdı. Amma Rəşidin nə demək istədiyini anlaya bilməyib alnını qırışdırdı.
-Murad sənlə deyiləm mən!? Kimdi o!? —Rəşid bir daha soruşdu.
-Kimi soruşursan axı? -Murad təngə gəlmiş halda deyindi.
-Nəsrinin yanındakı cırtdanı! -Rəşidin gözlərindən sanki alov çıxırdı.
-Hə,gördüm. Amma tanımıram... -Murad sadəlövhcəsinə dilləndi.
- Necə yəni tanımıram? Bacının yanındakı adamı tanımırsan? -Rəşidin səs tonu bir az daha qalxdı.
- Tanımıram...Yəqin,tələbə yoldaşlarındandır,-dedi Murad. Rəşiddən fərqli olaraq alçaq səs tonu ilə danışırdı.
-Yox,onun belə tələbə yoldaşı yoxdu.Tanıyıram mən hamısını...-Nəsrinin qrup yoldaşlarının,dostlarının hamısını tanıyan Rəşid etirazını bildirdi.
Murad dostunun hirsdən alışıb-yanan gözlərinə baxdı. Onun xasiyyətinə yaxşı bələd olan Murad yaxınlaşan təhlükənin fərqində idi.Dostunu fikrindən daşındırmaq ümidi ilə dilləndi:
-Rəşid,bugün yox! Bugün olmaz! Nəsrin bağışlamaz! Bu onun ən özəl günüdür! Bugünü məhv etsən,onu tamamilə itirərsən!
Amma Muradın sözləri Rəşiddən təsirsiz ötüşdü. O,indi Muradı eşidəcək halda deyildi. Muradı ehmalca itələyib keçdi. İti addımlarla Nəsrinə tərəf götürüldü. Murad onu saxlamaq üçün bir-iki addım atmışdı ki,Ayşən onu dayandırdı.
-Getmə! Heç nə etməyəcək,narahat olma...-Ayşən Muradın qolundan tutub saxladı.
-Ayşən sən tanımırsan onu...Əsəbini cilovlaya bilməyib bir şey eləsə,hər şey məhv olar.
-Etməz,güvən mənə. Nəsrin üçün...Onun gününü məhv etməyəcək.-Ayşən özündən əmin halda gülümsədi.
Rəşidin ağlından keçən tək şey bu bəstəboy oğlanın çiyinlərindən yapışıb çölə atmaq idi. Onlara yaxınlaşdıqca eşitdiyi gülüş səsləri onun üçün bu qərarının haqlılığının isbatı kimi səslənirdi. Amma onların yanına çatdıqda dayandı. Əsəblərin cilovlamaq üçün dodağını gəmirib içindən saymağa başladı. Bu onun özünü sakitləşdirmək üçün həmişə etdiyi üsul idi. Onlara danışdıqlarını eşidəcək qədər yaxınlaşıb səssizcə söhbətə daxil olacağı məqamı gözləməyə başladı.
-Ağ-qara rəng...Niyəsə çoxlarının əksinə bu iki rəngi çox da sevmirəm,mənlik deyil! -dedi Nəsrinin yanındakı oğlan saxta bir gülüşlə...
-Onda öz rəngini yaratmalısan! -bu süni marağa dözə bilməyən Rəşid söhbətə qarışmaq üçün lazımı olan fürsəti gözləmədən dilləndi. Ona maraq dolu baxan gözlərə əhəmiyyət vermədən cümləsinə aydınlıq gətirdi. -Ağla qaranı sevmirsənsə,öz rəngini yaradacaq qədər dahi olmalısan!
-Rəşid,bu necə mənalı cümlədir belə... -Nəsrin Rəşidin həmsöhbətinə qəzəblə baxdığını görüb gərginliyi ola bildikcə azaltmaq üçün gülümsədi.
-Dəli,bizi tanış etməyəsən? -Rəşid gənc oğlanı istehza ilə başdan-ayağa süzərək soruşdu.
-Ah,bağışlayın. Bu Mətindir. Nərminin,qrup yoldaşımın qardaşıdı... -Nəsrin üzrxahlıq edərmiş kimi başını aşağı saldı.
-Mən də,Rəşid. Nəsrinin... -Rəşid özünü təqdim etmək üçün sözə başladı.
-Əmisioğlu...Hə bilirəm.Bacım sizin barənizdə mənə danışmışdı. -Mətin əlini Rəşidə uzatdı.
Rəşid əsəbdən sıxdığı yumruğu açmadan şübhəli baxışlarla əvvəl Mətinə,sonra Nəsrinə baxdı. Mətin Rəşidin narahatlığını hiss edib Nəsrindən getmək üçün icazə istədi. Onlardan uzaqlaşana kimi gözləri ilə bu yad oğlanı izləyən Rəşid Nəsrinə tərəf çevrildi.
-Nə?! -Nəsrin onun mənalı baxışlarını sorğuladı.
-Dəli,tanımadığın insanlara belə tez güvənə bilməzsən. -Rəşid mülayim səslə cavab verdi.
-Heç tanıdıqlarıma da güvənə bilmərəm. Atam həmişə deyirdi ki,güvənməkdən qorxma. Həyatda 50 adama güvənsən,onlardan yalnız biri sənə xəyanət edər. O biri də çoxdan məlum olduğuna görə,başqalarından qorxmağa gərək yoxdu.
-Mesaj alındı.Yeni deyirsən ki,ən böyük xəyanəti ən çox güvəndiyin,sirrini verib qəlbini açdığın adamdan gözlə! Ən təhlükəli xain sənə bir nəfəs qədər yaxın olandır... -Rəşid istehza ilə gülümsədi.
-Xain...belə deməzdim. Bəlkə də,vəfasız...Ən doğrusu bu olardı.
İkisi də susdu. Nəsrin onu necə adlandırsa,nə desə Rəşid razı idi. Xain,vəfasız... hər şey olmağa razı idi onun üçün. Təki dəlisi onla danışsın,üzünə baxsın... Nəsrinin onun üzünə belə baxmaması onu dəli edirdi. Onu qazanmaq üçün bir şey etməli idi.
-Dəli,mənlə gəl! Birlikdə gedək! -Rəşidin günlərdir içindən keçən düşüncə bir anda dilindən töküldü. Bir saniyə sonra dediklərini fərqinə varıb peşman oldu. Nəsrinin dediklərini eşitməmiş olması ümidilə ona tərəf baxdı. Amma təəccübdən açılmış iri qəhvəyi gözlərə baxdıqda artıq bunun üçün çox gec olduğunu anladı.