Murad o qədər xoşbəxt idi ki... Bu xoşbəxtliyi Muradın gözlərində açıq-aydın görmək olurdu. Almaz xanım da oğlunun bu sevincini Muradı qapıda qarşılarkən anlamışdı.
-Xoş gəldin,oğlum... Çox şükür... Sənin üçün çox narahat idim. Şükürlər olsun ki,artıq üzün gülür.
-Hə,ana ! Şükürlər olsun! Çox xoşbəxtəm çooooo...x !Nəsrin də Muradın sevincini görürdü.
-Həmişə belə xoşbəxt ol,canım qardaşım...
-InsaAllah,birdənəm,InsaAllah!!!
-Belə güman edirəm ki,bu səadətin ən böyük səbəbkarı mənəm ,-Rəşid o evdə Muradın xoşbəxtliyinin əsl səbəbini bilən tək insan idi.
-Əlbəttə ki !Rəşid çox sag ol,qardaşım. Sənə minnətdaram.Sən olmasaydın nə edərdim bilmirəm. Yaxşı ki,varsan.
-Ehh....yaxşı,yaxşı. Belə duyğu yüklü cümlələri heç sevmədiyimi bilirsən. Əsas nəticədir. Sən xoşbəxtsənsə,mən də xoşbəxtəm.
-Məsələnin nə yerdə olduğunu bilmirəm. Amma sənin adına çox sevindim,qardaşım. -Nəsrin Muradı yanağından öpüb yuxarı qalxdı... Almaz xanım isə mətbəxdəki işinə geri döndü...-Hə,danış görək,Murad bəy! Nə danışdınız?
-Məni tanımaq üçün bir şans verdi. Xeyli söhbət etdik. Onu dayanacağa kimi ötürməyimə icazə verdi.
-Lap əla ! Inan mənə hər şey daha yaxşı olacaq... Bax deyirəm,görərsən.
-Rəşid ... bəs sən?!
-Nə mən???
-Həyatına nə vaxt birinin girməsinə icazə verəsən?
-Murad,dəfələrlə danışmışıq bunu.Artıq bu mövzu haqqında danışmaq istəmirəm.
-Rəşid bu qədər içinə qapandığın bəsdir. Ətrafına bax... Səni də xoşbəxt edəcək insanlar ola bilər.. Var da... Lakin sən icazə verməlisən buna. Qapılarını bağlama başqa insanlara...Rəşid uşaqlıqda yaşadığı hadisələrin təsirindən çıxa bilmirdi. Ona görə də,indiyə kimi həyatında heç vaxt sevgiyə yer verməmişdi. Sevgiyə bütün qapılarını bağlamışdı. Həyatındakı ən önəmli şeyı-ailəsini itirmişdi. Və bunda özünü gumahkar bilirdi...
İnsanlar bəzən yaşadıqları bütün bədbəxt hadisələrə görə özlərini günahkar bilir və müxtəlif yollarla özlərini cəzalandırmağa çalışırlar. Bu da Rəşidin özünə biçdiyi cəza idi. Ömrünün sonuna kimi yalnız qalmaq... O ömürlük bir bədbəxtliyə məhkum olduğunu,birini xoşbəxt etməyə qadir olmadığını, həyatı boyunca heç kimlə xoşbəxt ola bilməyəcəyini ,hətta öz bədbəxtliyi ilə başqalarının da xoşbəxtliyinə mane olacağını düşünürdü...Ayşən evə çatan kimi Nazlıya zəng elədi. Hər şeyi ona danışdı.
-Indi nə düşünürsən? Muradla bağlı,yəni?
-Əvvəl onun haqqında çox mənfi fikirlərə sahib idim,Nazlı. Amma bugün o qədər səmimi idi ki,dediyi hər sözdə hiss olunurdu bu...
-Indi necə? Sadəcə tanışlıq olaraq qalacaq bu?
-Bilmirəm. Bunu zamanla görəcik... Bir dəfə daha eyni laqeydliklə rastlaşsam,tamamilə bitirəcəyimi bilirəm. Amma bu dəfə çox fərqlidi,məncə...Ayşən bugün Murada qarşı bir addım atmışdı... Bugün olanları günlüyü ilə də paylaşdı :
"Əziz Günlük...
Gələcək həyatım üçün doğru ya da yanlış olduğunu bilmədiyim bir addım atdım. Allahım,haqqımda ən xeyirlisini nəsib eləsin!Ayşənin indi tək istədiyi xəyalındakı xoşbəxtliyə çatmaq idi...