_ SƏBR _

146 28 6
                                    

-Nə deyirsən? Sən haqlısan həmişə,hə?!
-Sən məni dinləyəsən ?!!!
Murad səhər-səhər bu qışqırıq səslərilə oyandı. Çox düşünmədən səslərin hardan gəldiyini anladı. Bu səslər dəhlizin başından-Nəsrinin otağından gəlirdi. Yerindən ani sıçrayışla qalxıb Nəsrinin otağına yüyürdü.

- Nəsrin,dəfələrlə üzr istədim. Bu qədər böyütmə artıq. Xahiş edirəm. Eyni yerə qayıtmaqdan yoruldum.
-Nəyi ey nəyi?! Nəyi böyütməyim? Hansından başlayım kiçiltməyə?! Axırıncıdan başlayım bəlkə. Hə ,hə!!!
Axırdan.... ! Yorulubmuş zati-aliləri... Yazıq....
-Nəs.... !
Nəsrin Rəşidin danışmasına icazə vermədən:
-Yox,yox ! Lazım deyil ! Rəşid mən sənin bütün laqeydliklərini,səhvlərini görməzdən gəldim! Hər dəfə bağışladım.. hər dəfə! Başa düşürsən?! Amma daha dözə bilmirəm. Son dəfə elədiyin dözülməz idi. Mənim üçün nə qədər özəl olduğunu bilirdin bu yaşımın. Sən bilə-bilə unutdun bunu! Ehh!
-Nəsrin, səhv etdiyimi bilirəm. Qəbul edirəm. Unutduğum üçün də çox əsəbləşdim özümə.Amma məni bağışladığını düşünürdüm...
-Bağışlamaq?! Hm... Necə də ironik bir düşüncə tərzi...
-Ən azından hədiyyəmin neçə həftədir boynunda olması belə düşünməyə vadar etmişdi məni.

Nəsrin Rəşidin ona ad günü üçün aldığı,sonra gizlincə Nəsrinin otağına qoyduğu bu zərif boyunbağını bir ay əvvəl taxmağı qərara almışdı. Rəşidin bunu xatırlatmasından sonra əlini boyunbağıya atıb:
- Bunu?! Bunu deyirsən?! Bunu taxdım deyə səni bağışladığımı düşünürdün,hə?! Al, bu da sənə hədiyyə !!! -Nəsrin boyunbağını boynundan çəkib çıxartdı. Daha doğrusu,boyunbağını sərt çəkib qırdı.

Bu ana qədər qapıda durub heç bir şey deməyən Murad özünü daha artıq tuta bilmədi:
-Nəsrin ! Sən neyniyirsən?!!!
Nəsrin Rəşidə yaxınlaşıb əlini tutub qaldırdı. Ovcunu açıb qırıq boyunbağını Rəşidin əlinin içinə qoydu.
-Hə..Murad sən də gəlmisən?? Heç nə. Rəşidə hədiyyəsini geri qaytarırdım.

Rəşid isə olduğu yerdə donub qalmışdı. Əlinin hələ də açıq qaldığını görüb barmaqlarıyla ovcunu sıxdı.

-Nəsrin ! Bu elədiyin nəyi dəyişdi?!
-Murad ! Danışmaq istəmirəm. Xahiş edirəm.... Rəşid indi zəhmət olmasa otağımdan çıx !

Rəşid heç bir söz demədən arxasını dönüb çıxdı. Murad Nəsrinə doğru iki addım atıb:
-Bu olmadı,Nəsrin. Heç olmadı...

Nəsrinin artıq səbr kisəsi dolmuşdu. Rəşidin etdiyi hər şeyi görməzdən gələrək hər dəfə biraz daha doldurmuşdu bu kisəni.....

... Səbr - həyatın zorluqlarına dayanmaq üçün yaratdığımız bir səddir. Səbrli insan həyata qarşı daha güclüdür. Amma hər bu səbrin də bir bitiş çizgisi vardır. Nəsrin də artıq Rəşid üçün ayırdığı səbrin sonuna gəlmişdı.

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin