_ Tanışlıq _

210 33 8
                                    

Murad səhət erkəndən kitabxanaya getmek üçün oyandı. Bir müddət özünü izlədi güzgüdə.

Murad qaraşın,qara ve azca qıyıq gözlü,sərt üz xətlərinə malik,1.85 boyunda biri idi. Uzun illər idmanla məşğul olduğu üçün əla bədən quruluşuna,enli çiyinlərə sahib idi. Xarici görünüşcə hər qızın bəyənəcəyi biri idi.

Murad 2 saatdan uzun bir müddət kitabxanada gözlədi.Möcüzə adlanan mücərrəd məfhum- insanların zor anlarında bir növ çıxış yolu... Amma həyat insanlara həmişə möcüzələr bəxş edəcək qədər səxavətli deyil. Murad da əslində möcüzələrə inanan biri deyildi. Olmayan bir şeyə necə inanasan ki?! Amma Murad həyatında ilk dəfə həyatdan möcüzə gözləyirdi.

Sonda qərara gəldi ki,onunla burda qarşılaşdığı gün şansını bir daha sınasın.

******

... 5 gün sonra ...

Murad bir saat idi ki,kitabxanada idi.Bir Saat idi ki,o qızı gözləyirdi.Onu görmək,tanımaq üçün səbirsizlənirdi. Sanki zaman durmuşdu. Bir qeder kitabxanada gəzindikdən sonra insanları narahat etdiyini görüb çox sevdiyi,dəfələrlə təkrar-təkrar oxuduğu "Cinayət və Cəza"nı oxuyaraq vaxt keçirməyi qərara aldı.

Elə yenicə başlamışdı ki, masanın üzərində ritmik hərəkətlərlə incə səs çıxardan nazik uzun barmaqlar Muradı kitabdan ayrılmağa sövq etdi.Murad başını qaldırdıqda gözlərinin onu aldatdığını düşündü. Bir həftədir düşüncələrində olan qız halhazırda qarşısında idi. Muradın çöhrəsinə qəribə bir gülümsəmə yayıldı.

Ayşən bir həftədir xeyalən düşüncələrində savaş verdiyi oğlanı bir daha görmək şansını əldə etmişdi və bu dəfə fürsəti əldən ötürməyə heç niyyəti yox idi.

-" Siz ! adını belə bilmədiyim şəxs! Bir qadınla o cür danışmaq haqqını sizə kim verir?! Bu sadəcə hədsizlikdi. Bəli ,bəli..... ! Başqa nə ola bilər ki?! Düzgün deyillll ! Heç düzgün deyilll !Deməli,necə idi?!! Kitabxanada səssizlik lazımdır,hə?! Bu cəmiyyətin isə daha mədəni gənclərə ehtiyacı var." -Ayşən içindəki qəzəblə düşüncələrini bir anda dayanmadan dilə gətirmişdi.Murad bir an belə qarşısında əsəbdən titrəyən bu qızın sözünü kəsmədi. Diqqətlə onu izləyir,hərəkətlərini müşahidə edirdi.

Ayşən sözlərini bitirdikdən sonra:
-"Murad"
- Necə?! Murad?!!
-Adımı bilmədiyinizi söylədiniz. Adım Murad.
Ayşən belə cavaba özünü hazlrlamasa da:
-Mən də Ayşən.
-Tanışlıq üçün çox şad oldum
-Amma mən olmadım. Sag olun!

Ayşən Muradın cavabını gözləmədən sürətli addımlarla qapıya doğru yüyürməyə başladı. Ağlında isə onlarca qarışıq fikir var idi.
Murad... Adı Murad imis... Mənə nə ?!Nəysə ki, axır ki,cavabını verdim. Artıq rahatam.

Bu düşüncələrlə çıxışa doğru getməkdə olan Ayşəni qoluna doğru uzanan bir əl dayanmağa məcbur etdi.

"Bağışlayın, bir dəqiqə gözləyə bilərsiniz? " .........

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin