- Nə? Necə? Izlənmək?
- Bilmirəm,Murad,bilmirəm.
-Rəşid, axı kim? Bizi kim,niyə izləsin?
- izləndiklərini eşitdiyi andan Muradın bədəninə üşütmə düşmüşdü.
-Kimdir,məqsədir nədir heç birini bilmirəm.Bildiyim tək şey təhlükədə olduğumuzdu. Tək ikimiz yox,qızlar da.
-Qızlar?! Qızlar... -Murad bu ana kimi heç Nəsrinlə Ayşənin də bu məsələyə daxil olduğunu düşünməmişdi.
-Sakit ... həll edəcik. -Rəşid Muradın təlaşını başa düşürdü,çünki eynisini o da yaşayırdı.
- Gecikmədən atamla danışmalıyıq.
-Qətiyyən ! Əmimin bu məsələdən hələlik xəbəri olmamalıdır. Özümüz həll edə bilərik.
-Hə,hə. Özümüz... həll edərik. Atam onsuz da son günlər narahatdı.
-Yaxşı, indi çıxaq,yataq.Sabah danışarıq. Murad, heç kimə bildirmirik ha,unutma ! -Rəşid Muradın gərginliyini evdəkilərin hiss edə biləcəyindən qorxurdu.Yatmaq adı ilə otaqlarına girsələr də,ikisi də o gecə yata bilmədi. Ikisi də təhlükənin böyüklüyünü hiss edə bilirdi. Insanlar özlərinə və ya sevdiklərinə zərər verə biləcək hər şeyi(hər kəsi) təhlükə adlandırır. Murad özündən çox sevdikləri üçün narahat idi. Nəsrinin qarşıdakı otaqda olması Muradı bacısi barədə rahatladırdı. Onu qorxudan isə uzağında olan Ayşəni qoruya bilməmək idi. Elə bu fikirlə dözməyib çox gec olmasına baxmayaraq Ayşənə zəng vurdu.
Ayşən bugünkü tanışlıqdan çox məmnun olmuşdu. Muradın bacısını da çox sevmişdi. Bir qədər yorulduğu üçün də tez yatmışdı. Saat dörddə gələn zəng Ayşəni şirin yuxusundan oyatdı.Zəng Muraddan idi
-Murad??
-Ayşən...
-Murad,nolub? Yaxşısanmı ?
-Bilirəm,çox gecdi. Yatmışdın yəqin.Səni də yuxudan oyatdım. Amma səsini eşitmək istədim. Bağışla,mələyim.
- Eybi yox,dəlim.
- Yaxşı, yat sən. Yuxun qaçmasın.
Ayşən,Səni çox Sevirəm.
- Mən də səni ,dəlim.
-Murad,bir də sabah görüşəcik?
-Yox,sabah işim var. Sən də evdən çıxma. Səhər danışarıq. Gecən xeyrə,gözəlim.
-Sənin də.Gecənin bir vaxtı qəfil gələn bu zəng Ayşəni qorxutmuşdu. Muradın səsinin titrədiyini hiss etmişdi. Amma bu barədə düşünməyi səhərə saxladı.
Rəşid isə Murada görə daha sakit hərəkət edirdi. Hər şeyi ayrılıqda bütün detalları ilə düşünürdü. Deməli, maşında iki nəfər var idi. Ikisi də gənc idi.Izləndiklərini evdən çıxdıqdan 10 dəqiqə sonra hiss eləmişdi. Yəni,evin yaxınlığında bir yerdə onların çıxmaqlarını gözləmişdilər. Əvvəla malikənin ətrafını yoxlamaq lazım idi. Rəşid bu düşüncələrlə səhərüzü yuxuya getdi.
-Hər şey çox əla idi. Məni çox sevdi. -Ayşən Nazlıya dünənki tanışlıq haqqında danışırdı.
- Ayşən,çox sevindim. Bacısı necə idi? Çoxmu gözəl idi?
- Çox. Çox da zərif idi. Kaş sən də görəydin.
- Eybi yox. Sonra qismət olar,görüşərik. Muradla görüşməyəsən bugün?
- Yox. İşi var imiş.
- Bazar günü?! Sənlə görüşməkdən vacib nə iş?! -Nazlı xeyli təəcüblənmişdi.
- Nə bilim. Soruşmadım. Yəqin ki,çox vacibdir.Ayşənə də bu hal qəribə gəlmişdi. Çünki dərslərə görə bir bazar günü rahat görüşə bilirdilər.Murad bugünə xüsusi önəm verirdi. Dünən gecəki zəng də Ayşəni düşündürürdü. Ortada ciddi bir problem var idi. Və bu Muradın Ayşəndən gizlədə biləcəyi qədər büyük bir problem idi...