-Nəsrin,atam hardadı?
- Yuxarıdadı,otağında.
Nəsrin Muradı çox azbu qədər əsəbi görmüşdü. Qardaşının bu hala düşməsinə nəyin səbəb olduğunu öyrənmək üçün onların arxasınca səsləndi:
-Rəşid,nolub axı? Nə baş verir???
-Indi heç yeri deyil. Bəlkə...sonra...Murad atasının qapısını döymədən birbaşa içəri daxil oldu.Gözucu otağı nəzərdən keçirdi.Ələkbər kresloda oturmuş,kitab oxuyurdu. O,ehmalca kitabı masaya qoydu və nəhayət dilləndi:
- Qapını döymədiniz. Eybi yox,eybi yox...nəzərə alsaq ki, ilk dəfə baş verir,o qədər də böyük qəbahət deyil. Indi qapını örtün və əyləşin.Murad qapını örtüb,Rəşidin yanına dəri,qəhvəyi rəngli divanda əyləşdi.
Hələ onlar içəri girəndə hər şeyi anlamış Ələkbər veriləcək sualları gözləmədən sözə başladı:
-Hə,deməli öyrənibsiz. Düzdür,gözlədiyimdən bir az gec oldu, amma hərhalda izahat gözləyirsiniz.
Rəşid əmisinin sözünü yarıda kəsdi:
- Biz uşaq deyilik,əmi. Özümüzü qoruya bilərik.
Ələkbər gülümsədi və Rəşidin dediklərini eşitməzlikdən gələrək davam etdi:
-Indiyə kimi sizə etdiklərimin izahatını verməyə ehtiyac duymamışam. Amma siz artıq böyümüsünüz. Özünüz bir çox məsələni mənsiz həll edə bilərsiniz. Elə mənim istədiyim də budur. Ancaq mən sizi uşaqlığınızdan bəri qoruyuram və bu mən son nəfəsimi verən günədək belə olacaq. Bu mənim atalıq vəzifəmdi.Ələkbər bir müddət susdu. Otaqda gərgin bir səssizlik hökm sürürdü. Nə Rəşid,nə də Murad bu sükunəti pozmağa cürət edə bilmirdi. Ələkbər oğullarının susduğunu görüb bu səssizliyi pozdu :
-Indi keçək əsas məsələyə! Murad,sən bugün qəbirstanlıqda kimlə qarşılaşmısan?
Rəşid təəccübünü gizlədə bilmədi:
-Kimlə qarşılaşıbsan?
Murad güclə eşidilicək bir səs tonu ilə dilləndi:
-Turalla.
- Tural? Turall??? O kimdi? -Rəşid hafizəsini zorlasa da,Turalın kim olduğunu xatırlaya bilmədi.-Murad,oğlum. Rəşidə Turalın kim olduğunu xatırlatmalısan. -Ələkbər söhbətin gedişatına müdaxilə etməli oldu.
-Leylanın qardaşı. Güman ki,əsgərlikdən yenicə gəlib.
Ələkbər bir sual daha verdi:
-Aranızda keçən dialoqu bizlə bölüşmək istəməzsən?
Murad Turalın ona dediyi hər şeyi danışmağa məcbur oldu. O,sözünü bitirdikdən sonra isə Ələkbər üzünü Rəşidə tutub soruşdu:
-Rəşid,bu dialoqda səni narahat edən nə isə olmadı ki? -Rəşiddən cavab gəlmədiyini görüb Murada da eyni sualı ünvanladı.
Murad isə artıq çoxdan Turalın ona dediklərini tək-tək nəzərdən keçirib məsələnin nə yerdə olduğunu anlaya bilmişdi.
-Məni hədələdi. Qisas almağa çalışacaq,çünki məni günahkar bilir. Amma qaçaq döyüşmür. Bugün ora gedəcəyimi bilirdi və məni xəbərdar elədi.
Ələkbər gülümsədi:
-Bir hüquqşünas üçün bu nəticəyə gəlmək bu qədər gec olmamalı idi.Indi yəqin ki,hər şeyi başa düşdünüz. Rəşid, qaldı ki,sizin özünüzü qorumağınıza... insan ancaq varlığını bildiyi təhlükədən qoruna bilər. Indi hər şeyi bilirsiniz. Özünüzü kimdən və nədən qoruyacağınızı da bilirsiniz. Amma yenə,unutduğunuz bir şey var. Hər bir halda,insan sevdiyi şəxslərin yanında müdafiəyə ehtiyac duymaz. Bir insanın ən zəif olduğu an da,sevdiyinin yanında olduğu andır.Murad,sən Ayşənin yanında özünü qorumağı düşünə bilərsən?!Sualın cavabı isə otaqdakı hamı üçün aydın idi.
- Ona görə də,sizin mənim qorumama ehtiyacınız var. Indi isə çıxa bilərsiniz. Sonraki gəlişinizdə qapını döyməyi unutmayın.Muradla Rəşid pərt olmuş halda otaqdan çıxdılar.
Muradın indi ehtiyacı olan tək şey isə iki gündür eşitmədiyi sevgilisinin səsi idi....