_GÖZLƏYİŞ_

79 9 7
                                    

Murad "Kömək edin! Kömək!" çığırtıları ilə oyandı bu səhər. Qan-tər içində qalmış,boğazı qurumuşdu. Yerin içində oturub,qarşıdakı aynadan bir müddət özünü izlədi. Gördüyü yuxunu yadına salmağa çalışdı.Aylar əvvəl gördüyü,onu narahat edən bu yuxunu Ayşənlə tanış olduqdan sonra bir daha heç görməmişdi. Ta ki iki həftə əvvələdək.... İki həftədir hər səhər eyni yuxunun təsirilə oyanırdı. Yuxuda qaranlıq bir quyuda olduğunu görür və Leylanın ona səsləndiyini eşidirdi. "Gözlə,səbr elə.Qurtulasan ordan,o kömək edəcək sənə" deyirdi hər dəfə Leyla. Sonra ona uzanan bir əl görürdü Murad. Və elə o anda da yuxudan oyanırdı.

Turalın məktub göndərdiyi gündən iki həftə keçmişdi. Bu iki həftədə atasının tövsiyyəsi ilə Murad Ayşənlə heç görüşməmişdi. Ələkbərə görə belə bir zamanda görüşmək Ayşəni təhlükəyə atmaq olardı. Bu günlərdə Əmiraslanovlar malikanəsində də sakitlik hökm sürürdü. Zarafatları,şən qəhqəhələri heç vaxt əskik olmayan Rəşid belə dinib danışmırdı. Hamı Turalın növbəti həmləsini gözləyirdi. Almaz xanım bu məktubun son olması üçün dualar etsə də,hamının bildiyi həqiqəti içdən-içə o da bilirdi. Bu məktub son deyildi! Olmayacaqdı!

Ömrü boyunca belə təqiblərə,ismarıclara məruz qalmış Ələkbər isə bu dəfə həmişəki sakit duruşunun əksinə olaraq təlaşlı idi. Bu dəfə fərqli olan bir şey var idi. Sanki hər kəsdən gizlətdiyi bir sirri var idi. Oğlunu,ailəsini qoruya bilməmək qorxusu onun bütün varlığına hakim kəsilmişdi.

Məktubu aldığı gündən bəri rahat yuxu belə yata bilməyən Ayşənin sıxıntısı hər ötən gün daha da artırdı. Muradı görə bilməməsi,ona olan həsrəti isə bu sıxıntını daha dözülməz hala salırdı. Muradın israrlı təkidlərinə baxmayaraq,yazılanları düşünmədən edə bilmirdi. Muradın məsum olduğunu bilirdi. Onu incitməkdən bu qədər qorxan biri necə bir başqasının ölümünə səbəb ola bilər ki?! Onun bir damla gözyaşını belə izləyə bilməyən biri başqasının ölümünə göz yuma bilərmi?! Muradı o qədər sevirdi ki,ondan şübhə duymağı belə özünə ar bilirdi.

Əsl sevgi də elə bunu tələb etmirmi? Birini sevmək ona bütün qəlbinlə güvənmək demək deyilmi? Ona hər mənada təslim olmaq,sorğusuz inanmaq deyilmi? Ayşənə görə,sevgi iki insan arasındakı körpü kimidir. Bu körpünün təməl daşı isə qarşılıqlı inamdır.

Ələkbərin narahatlığı hamıdan çox Rəşidin diqqətini çəkirdi. Onu çox yaxşı tanıyan Rəşid əmisinin bu halının hətta bu cür vəziyyət üçün belə normal olmadığını bilirdi.
-Əmi,səni narahat edən başqa bir şey var? Bizim bilmədiyimiz?
- Sizin bilmədiyiniz çox şey var. Sənin soruşmalı olduğun sizin bilməli olduğunuz nə isə varmı?
- Yaxşı. Varmı?
- Yoxdu. Siz ehtiyatlı olun,kifayətdir. Bilməli olduğunuz bir şey olsa,öyrənərsiniz.
-Yaxşı,sən necə deyirsənsə,elə də olsun. Amma unutma,əmi bizə hər şeyi danışa bilərsən.
Ələkbər cavab olaraq sadəcə başını aşağı-yuxarı hərəkət etdirməklə kifayətləndi.

Rəşid bunu deyib otaqdan çıxdı.Amma içindən bir hiss şübhələrində haqlı olduğunu deyirdi. Elə Ələkbər özü də Rəşidin haqlı olduğunu bilirdi.

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin