_ QATIL_

92 16 1
                                    

Murad üzdən çox dəyişsə də,hirsdən alov çıxan gözlərindən dərhal Turalı tanıdı. Tural Leylanın qardaşı idi.O bədbəxt hadisə baş verəndə Tural artıq bir neçə ay olardı ki,hərbi xidmətdə idi. Murad Turalla cəmi bir dəfə-o,hərbi xidmətə getməzdən əvvəl görüşmüşdü. Ancaq Murad onun simasını,xüsusilə yaşıl iri gözlərini heç vaxt unutmamışdı.

-Sən hansı üzlə bura gəlirsən? -Turalın qəzəbi gözlərindən oxunurdu.
-Mən,mən sadəcə ziyarətə gəlmişəm.
- Ziyarətə?! Kimin ziyarətinə?! Qurbanının?! Onun qatili sənsən! Onu bizdən ayıran sənsən! Sən mənim ailəmi dağıtdın!
-Tural,mənim heç bir günahım yoxdu. Mən də səbəbini bilmirəm. Bu barədə bildiyim hər şeyi polisə də danışmışam. -Murad Turalın əksinə sakit səs tonu ilə danışırdı.
-Kəs! Bunları eşitmədiyimi,necə xilas olduğunu bilmədiyimi düşünürsən?! Axmaq deyiləm! Ələkbər Əmiraslanovun yeganə oğlu Murad Əmiraslanov günahkar olduğu üçün həbs olunacaq?! Sən mənlə zarafat edirsən axı deyəsən?!
- Yox! Yox! Nə danışırsan sən?! Necə qıya bilərəm mən ona?! Mən günahsızam,günahsızam!
-Sən tək və ən böyük günahkarsan ! Bütün dünya bunun əksini söyləsə belə,mən buna əminəm! Amma tələsmə,sənin cəzanı mən özüm verəcəm! Mənim bacım qara torpaqda yatarkən xoşbəxt həyat sürəcəyini düşünürsənsə,axmaqlıq edirsən! Layiq olduğuna çatasan! Az qalıb! Indi rədd ol burdan! Bacıma barı məzarda rahatlıq ver! Eşitmirsən?! RƏDD OL!!!

Murad Turala heç bir cavab vermədi. Nə deyəcəkdi ki?! Nə deyə bilərdi?!
Necə diyə bilərdi ki,əsl qatil onun bacısıdır?! Leyladır. O,Muradın duyğularının, xəyalların qatilidir. Murad necə zərər verə bilərdi Leylaya?!  Bəlkə də...Ümman böyüklüyündəki sonsuz sevgisində boğmuşdu onu....

Murad bugün bura Leylaya Ayşəni danışmaq üçün gəlmişdi. Yuxularında ona xoşbəxtlik arzulayan Leylaya necə xoşbəxt olduğunu danışmağa gəlmişdi.Necə sevdiyini,necə sevildiyini anlatmaq üçün...

Turalın dediklərini unutmağa çalışırdısa,heç cürə bacarmırdı.Turalın cümlələri təkrar-təkrar zehnində səslənir,qəzəbli çöhrəsi gözündə canlanırdı.

Murad bu düşüncələrin caynağında boğuşarkən,Rəşiddən gələn zənglə bu fikirlərdən müvəqqəti olsa da,uzaqlaşa bildi. Yəqin ki,bu uzaqlıq çox az müddət davam edəcəkdi.

-Murad,arxanca gəlirlər.
-Nə?
-Səni izliyirlər arxadakı qara maşına ehmalca bax.Gördün?! Yavaşla biraz. Mən arxalarınca gəlirəm. Mən deyən kimi saxla maşını. Görək dərdləri nədi.
Murad tez maşının aynasından arxaya baxdı. Rəşid haqlı idi. Murad o qədər fikirli idi ki,onu qəbirstanlıqdan bəri izləyən maşının fərqində olmamışdı.

Bir neçə dəqiqə sonra artıq Muradla Rəşid onları uzun müddətdir izləyən adamları yaxalayıb,sorğu-suala başlamışdılar.
Rəşid nisbətən gənc və arıq olan oğlana bir yumruq daha vurdu.
-Növbəti dəfə daha pis olacaq sənin üçün!Sonuncu dəfə soruşuram! Kimsiniz siz?! Bizi niyə izləyirsiniz?! Dərdiniz nədir?!
Ağzı qanla dolan və həqiqəti deməmiş qurtula bilməyəcəyini anlayan çarəsiz gənc zarıdı:
-Vurma! Dayan! Deyəcəm!

Rəşid yumruğunu havada saxladı Paltarının sinəsindən tutub oğlanı bir daha möhkəmcə silkələdi.
-Danış! Cəld ol!

Oğlan qırıq-qırıq danışsa da, nəhayət etiraf elədi.
-Si..zi,si..zi.. qoru..maq üçün izlə...yir...dik.
-Qorumaq?! Nə səyliyirsən?! -Murad artıq dözə bilmədi.
- Ələk..bər,Ələk..bər müəllim. Bizə o..., o tapşırıq verib. Sizi qoru..ma...ğımızı istəyib.

Nə Murad,nə də Rəşid bu cavabı gözləyirdi. Təəccüblü baxışları toqquşduqda isə bir kəlimə söyləyə bilmişdilər:
- Ata....?!
- Əmi....?!

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin