_ Qərar _

146 33 5
                                    

Ayşən üçün bugün Fizika mühazirəsi həmişə olduğundan daha sıxıcı keçirdi... Daha doğrusu keçmirdi. Sanki doxsanıncı dəqiqədə zaman durmuşdu və dərs bitmirdi.

Ayşən birazdan Murada qərarını deyəcəkdi. Çox səbirsizlənirdi. Sanki bu qərar ağır bir yük idi və Ayşən Murada cavab verməklə bu yükdən xilas olacaqdı....

Sonunda dərs bitmişdi... Üniversitetdən çıxarkən Nazlı ağlındakı mübahisəni sonlandırıb soruşdu:
-Ayşən... bilirəm çox düşünübsən amma bir daha soruşmağa məcburam. Əminsən?!
-Əmin deyiləm. Daha bir həftə düşünsəm də əmin ola bilmərəm. Bu məsələlər məncə ağıldan çox ürək işidi. Ona görə də, bu qərarı qəlbimlə vermişəm. Doğru ya da yanlış bilmirəm...

Murad üçün də bu bir həftə çox çətin keçmişdi. Ayşənin necə bir qərar verəcəyini bilmirdi... Hər gün Ayşəni görmək üçün üniversitetə gedirdi. Ayşənə görünmədən onu izləyirdi.Bugün isə səbirsizlikdən yarım saat tez gəlmişdi.Ayşəngilin dərsdən çıxdığını görüb onlara yaxınlaşdı:
-Salam,necəsiniz?
-Salam.Yaxşı,təşəkkürlər... -Nazlı Murada cavab verdikdən sonra Ayşənə baxıb:
-Ayşən mən gözləmirəm də. Axşam danışarıq.
-Yaxşı,Nazlı. Zəng vuracam.

Nazlı onlardan uzaqlaşdıqdan sonra Murad dedi :
-Bəlkə,kafedə danışaq.
-Olar, olar...

Ayşən qabaqda Murad isə ondan iki addım arxada kafeyə yollandılar. Ayşən bu 5 dəqiqəlik yolda Murada nə deyəcəyini bir daha götür-qoy edirdi.Keçən dəfə oturduqları stola keçdilər.
Havanın sərin və küləkli olmasına baxmayaraq Ayşən istiləmişdi. Yanaqları qızarmış,ovuclarının içi tərləmişdi.

-Nə içmək istəyərsən?
-Necə? -Ayşən ağlındakı düşüncələr ucbatından Muradın sualını eşitməmişdi.
-Keçən dəfəki kimi heç nə içməyəsən?
-Çay.. olar. -Ayşən utancaq bir səs tonu ilə dilləndi.
-Yaxşı,bizə iki çay...

-Murad,mən çox düşündüm. Çox əmin olmasam da,özümə səni tanımaq üçün bir şans verəcəm. Sonda peşman ola biləcəyimi də gözə alaraq...
-Ayşən... bu qərarınla məni necə sevindirdiyini bilirsən?! Çox sağ ol... Səni əmin edirəm ki,peşman olmayasan. Icazə verməyəcəm buna...

Söhbət artıq bir saat idi ki,davam edirdi...
-Hüquqda oxuduğunu demişdin. Mənim o sahəyə çox böyük marağım olub həmişə...
-Mənim atam uzun illər bu sahədə çalışıb. İşində əsl peşəkar idi. Ona olan dərin heyranlığım məni bu sahəni seçməyə vadar etdi. Yaxşı ki də seçmişəm.Bəs ,sən necə tibbi seçdin?
-Mənim bibim çox güclü həkim olub.Uşaqlıqdan tək arzum onun kimi həkim olmaq idi. Atam da mənim həkim olmağımı çox istəyirdi.. belə...
-Lap yaxşı. Sən gecikmirsən ki? Istədiyin vaxt qalxa bilərik...-Murad Ayşənin tez-tez telefonunun ekranından saata baxdığını hiss edirdi.
-Əslində gecdi. Qalxsaq, yaxşı olar.
-Əlbəttə ki...

Murad Ayşəni dayanacağa kimi ötürdü. Sonra geri qayıdıb maşına minib evə yollandı. Yol boyunca bugün yaşadıqlarını düşünürdü. Rəşidə bir təşəkkür borclu idi.
Çox xoşbəxt idi Murad... Ayşənin qərarı ilə bir həftə sonra sanki yenidən nəfəs almağa başlamışdı.

Bəzi qərarlar həyatımızı bütünlüklə dəyişdərməyə qadirdir. Nəticəsindən asılı olmayaraq verdiyimiz hər qərar bizə uğruna savaşacaq bir məqsəd verər..

Ayşən bugün verdiyi qərar ilə həm özünün,həm də Muradın həyatını dəyişdirmişdi. Bu qərarın nəticəsində uğruna savaşacaqları məqsəd isə xoşbəxtlik idi...

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin