Murad hələ həyətdəki qara rəngli avtomobili görən kimi başa düşmüşdü. Rəşid qayıtmışdı.
Nəsrin Rəşidin gəldiyini pəncərədən görsə də onu qarşılamaq üçün aşağı enməmişdi. Almaz xanım da bu dəfə Rəşidi bir az incik halda qarşılamışdı.
Almaz xanım qızının bir həftədir yaşadığı kədəri gördükcə ürəyi yanırdı.Nəsrin bir həftə idi ki,heç kimlə danışmırdı. Dərsdən gələn kimi qapısını bağlayıb otağına keçirdi.
Rəşid əslində gec də olsa, səhvini anlamışdı. Həmin gündən sonra dəfələrlə Nəsrinə zəng etsə də,Nəsrin heç birinə cavab vermirdi. Çünki bu dəfə çox incimişdi. Rəşidin ona qarşı laqeydliyinə alışsa da,ad gününü hələ də 18.ci yaş gününü unutmasını bağışlaya bilmirdi.Rəşid Nəsrinin ona olan duyğularını hiss edirdi . Amma bunu Nəsrindən eşitməkdən qorxurdu. Verəcəyi cavabın Nəsrini incidəcəyindən qorxurdu... Rəşidlə Nəsrin hər şeydən əvvəl yaxın dost idilər. Rəşid bu dostluğun pozulmasından qorxurdu...Rəşid heç vaxt Nəsrinə o gözlə baxmamışdı.Baxa da bilməzdi. Düzdü,sevirdi Nəsrini...Amma balaca bacısı kimi sevirdi ...
Nəsrin də Rəşidin hər şeydən xəbərdar olduğunu bilirdi. Amma hislərini dilə gətirməkdən çəkinirdi.Hislərinin qarşılıqsız olduğunu bilirdi çünki.
Qarşılıqsız sevgi....
İnsanın ağlı ilə ürəyi arasında yaşadıgı qərarsızlıq. Qərarsızlığın yaratdığı çarəsizlik....Nəsrin Rəşidin səhvlərini bağışlamaqdan yorulmuşdu artıq. Rəşidin bilmədiyi çox fədəkarlıqlar etmişdi onun üçün. Həyatını Rəşidə bağlamışdı.
- Dəli ... Qapını açmayasan ? Bilirəm bu dəfə böyük səfehlik etmişəm. Amma qapını aç danışaq. Hədiyyəni görmək istəmirsən??- Rəşid artıq 15 dəqiqə idi ki,eyni sözləri təkrar edirdi.
Aldığı cavab isə heç dəyişmirdi:
-Danışmaq istəmirəm,Rəşid. Çıx get ! Yatacam !-Rəşid,indi əsəbidi.Üstünə getmə. Hirsi soyusun,danışarsınız. -Almaz xanım Rəşidi dilə tutmağa çalışırdı.
-Mən bu səhvi necə elədim axı.. Ehhh... Necə yadımdan çıxa bilər. Əmcanı,çoxmu narahat oldu???
-Nəsrini bilmirsən? Belə şeylər ona çox təsir edir. Bir az da özünü naza çəkir. O heç səninlə küsülü qala bilər. Budur ,diyəsən Murad da gəldi. Gəl gedək. Səni görəndə çox sevinəcək.-Qaçaq ,gəlib çıxıbsan deyəsən ! -Muradla Rəşid həmişə belə zarafatlaşardılar.
- Hə,səndən ötrü darıxmışam.Amma bir nəfər məndən ötrü çox darıxmayıb deyəsən -Rəşid bu sözləri yüksək səslə deyərək Nəsrinə eşitdirmək istəyirdi .
-Nəsrini deyirsən? Aramızda ən çox o darıxıb sənin üçün... Barışar axşama,fikir vermə ona.Təzə xəbər filan??
-Əşi,nə xəbər. Eynidi hər şey. Amma üzündəki bu axmaq gülüş deyir ki,səndə nə isə yenilik var. Hə,eşidirəm yoxluğumda nələr dəyişib? danış görək !Rəşid Muradı çox yaxşı tanıyırdı. Hər hərəkətinin nə mənaya gəldiyini yaxşı bilirdi.
Murad Rəşiddən yayınmağın mümkün olmadığını bildiyi üçün:
-Doğrusu,özüm də bilmirəm. Məni bilərsən,plansız iş görmərəm. Amma bu dəfə tamam başqadı. Hər şey alt-üst olub . Plan filan işləmir bu dəfə.-Nə?!! Yoxsa bir il əvvəl ürəyini buza dəyişmiş Murad eşqə düşüb? Hə???
Rəşid haqlı idi. Murad son bir ildə tamamilə dəyişmişdi. Bir il əvvəl yaşadıqları buna səbəb olmuşdu. Bir il idi ki, Murad insanlardan təcrid olunmuş halda yaşayırdı. Bəs bir il əvvəl nə olmuşdu?! Muradı belə soyuq,daş qəlbli birinə nə çevirmişdi?!