_ SÜRPRİZ _

166 29 4
                                    

Onu hər görəndə coşur hislərim, Çıxır yerindən sanki ürəyim... _ FİDAN RZA _

Nəsrin söz verdiyi gündə rəsmi hazır etmişdi. Muradın gözlədiyindən daha mükəmməl olmuşdu hədiyyəsi... Nəsrinə dəfələrlə təşəkkür edib hədiyyəni paketlətdirmək üçün Rəşidə verdi. Bugün Ayşənlə görüşəcəkdilər. Murad saata baxdı. Görüşə 3 saat qalırdı. Hazırlaşmaq üçün yuxarı-otağına qalxdı. Əvvəlcə duş qəbul etdi. Qarderobundan dünəndən hazırladığı paltarlarını çıxartdı.Güzgüdə özünə baxdı. Bəyaz köynəyinin üzərindən geyindiyi açıq qəhvəyi rəngli kostyumu və ona uyğun seçdiyi şalvarı ilə əla görünürdü... Son olaraq atasının ona iyirminci yaşı münasibətilə hədiyyə etdiyi qızıl işləməli,qara kəmərli qol saatını taxdı. Artıq hazır idi... Maşının açarını götürüb aşağı endi.Rəşid yəqin ki,çoxdan hədiyyə işini həll edib,restoranda Muradı gözləyirdi.

Ayşən də bugünkü görüş üçün xüsusi hazırlaşırdı. Uzun saçlarını bugün su dalğası formasında düzəltmişdi. Çox sevdiyi bəyaz rəngli donunu geyindi. Qara,iri gözlərini önə çıxaracaq sadə makyaj etdi. Çox gözəl görünürdü... Gecikirdi. Evdən çıxarkən mətbəxdə ev işləri ilə məşğul olan anasına "Ana,mən çıxdım. Çox gecikmərəm.." deyə qapıdan səsləndi.Anasının cavabını gözləmədən qapını örtüb çıxdı.

Murad artıq bir saat idi ki,Ayşənlə görüşəcəyi restoranda idi. Hər şey hazır idi. Yemək yeyəcəkləri masa,hədiyyə... Murad Ayşəni hər gördüyündə ürəyi yerindən çıxacaqmış kimi döyünürdü.Həyəcandan əlləri titrəyirdi.Təyin olunan vaxtdan yarım saat keçmiçdi ki,Ayşən gəldi.Murad artıq Ayşənin belə gecikmələrinə alışmışdı.
- Xoş gəldin... - Murad Ayşənə kürkünü çıxartmaqda kömək edəndən sonra əyləşməsi üçün stulu çəkdi.
- Bağışla yenə gecikdim.. Off,mən bunu həmişə edirəm əslində... - Çox gözəl görünürsən...
- Necə? - Ayşən Muraddan belə bir cavab gözləmirdi.
- Çox gözəl görünürsən... bu rəng sənə çox yaraşır... - Çoox... çox təşəkkür edirəm... Sən də çox yaraşıqlısan... Həmişə olduğu kimi... - Ayşənin yenə yanaqları qızarmışdı.
- Yanına yaraşmaq üçün məcburam.

Yeməyin bitməsinə az qalmış Murad hədiyyəsini Ayşənə təqdim etdi.
- Son bir neçə ayda həyatımı varlığınla taclandırdığın üçün sənə minnətdaram. Yaxşı ki,səni tanımışam. - Murad Ayşənin möhtəşəm portretini paketdən çıxardı.
- Murad.... Nə deyəcəyimi bilmirəm... Bu çox gözəldir. Sən çox düşüncəlisən... - Ayşənin gözləri dolmuşdu.
- Bunu sənin üçün Nəsrin çəkib. Bəyəndiyinə çox sevindim. Eşidəndə Nəsrin də çox sevinəcək.
- Bunu Nəsrin çəkib? Bu ki əladır,Murad. Murad çox təşəkkür edirəm.Çox utanıram. Mən hədiyyə ala bilməmişəm sənə. Dünənə kimi görüşəyimizi bilmirdim... Kaş əvvəldən düşünərdim.
- Hey,hey! Doldurma o gözəl gözlərini... Ayşən sən özün varlığınla mənim üçün ən böyük hədiyyəsən. Rəbbimin mənə hədiyyəsi.. Həyatımda olduğun üçün mən sənə çox-çox təşəkkür edirəm.
- Çox xoşbəxtəm... Murad bu mənim üçün gözlənilməz oldu.
- Mən də çox xoşbəxtəm. Ayşən 4 aydır bir-birimizi tanıyırıq. Öncəki bir ayı çıxsaq,birlikdə çox xoşbəxt anlarımız olub. Səninlə həyatımın ən bənzərsiz günlərini keçirmişəm. Hər şey belə çox gözəl idi... Amma... Mən artıq bu adsız yaxınlıqdan yorulmuşam. Bunu istəmirəm...

Muradın bu sözlərini eşidəndə əvvəlcə Ayşən bunun bir zarafat olduğunu düşündü. Amma sonra Muradın üzündəki ciddiyəti görəndə bədəninə soyuq üşütmə düşdü.
- Başa düşmədim... Necə? Hər şey bitirmi?!



... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin