_ Şans _

178 31 0
                                    

Murad artıq iki saat idi ki,Ayşənin dərsdən çıxmasını gözləyirdi. Maşından düşüb yolu keçdi. Ətrafındakı qızların ona heyran-heyran baxmalarına alışmışdı çoxdan.

Murad geyimində konkret bir tərzə üstünlük verməzdi. Sport geyimlə klasik geyimi çox yaxşı sintez edərdi. Yerinə görə hər iki stildə də geyinməyi sevərdi.
Bugün isə açıq mavi rəngli köynək,qara rəngli sport kostyum,cins göy şalvarla yenə yaşına uyğun geyimdə idi.

Ayşən bir ay idi ki,çox səssizləşmişdi . Qrupun həmişə gülərüz,şən qızı Ayşəni bir ay idi ki,heç nə güldürə bilmirdi. Qrup yoldaşları,xüsusən rəfiqəsi Nazlı onun üçün çox narahat idi.

Əslində onun bu halının səbəbini ,daha doğrusu səbəbkarını çox yaxşı bilirdi... Murad idi dostunun üzünü belə solduran... Nazlı üzünü belə görmədiyi Murada qarşı çox əsəbi idi. Dostunu bu qədər incidən Muradı görmək,ondan Ayşənin hayfını almaq istəyirdi...

Ayşən Murad haqqında danışmağı qadağan edəndən bəri onunla bu barədə heç danışmamışdılar. Nazlı Ayşəni uşaqlıqdan tanıyırdı. Onun hər halını görmüşdü.Ancaq Ayşəni heç bu qədər susqun,qəmgin görməmişdi. Çünki,Ayşən hər cür bədbəxt hadisədə "Əsas can sağlığıdır!" deyib gülümsəməyi bacaran bir insan idi. Heç vaxt ətrafındakı insanları qəmgin görmək istəməzdi.

Nazlı Ayşəni yenidən əvvəlki halına qaytarmaq üçün əlindən gələni edirdi. Amma bütün cəhdləri nəticəsiz qalırdı.

Həmişə olduğu kimi bugün də Ayşənlə Nazlı dayanacağa getmək üçün qızlarla sağollaşıb ayrıldılar. Təzəcə bir-iki addım atmışdılar ki,Nazlı birdən dayandı...

-Noldu?? -Ayşən Nazlının bu hərəkətinə məna verə bilməmişdi.
-O... kimdi o? Bizə baxır. Odur,o tərəfdə .... Kimdi?
-Kim axı?
-Bəlkə o... Murad ... O gəlib ??...
-Nə?! Ola bilməz!!!

Ayşən Nazlının gösdərdiyi tərəfə baxanda gözlərinə inana bilmədi. Murad idi.Bir ay sonra Muradı qarşısında görən Ayşən yerindəcə donub qalmışdı. Bu necə ola bilərdi?! Niyə gəlmişdi ki?! Hansı səbəblə?! Bəlkə Ayşən üçün gəlməmişdi heç...

Murad Ayşəni görən kimi vaxt itirmədən onlara yaxınlaşıb salam verdi:

-Salam,Ayşən danışa bilərik?
-Ayşən mən səni dayanacaqda gözləyəcəm - Nazlı Ayşənin bütün etirazlarına baxmayaraq iti addımlarla onlardan uzaqlaşdı.

Ayşən Muradla danışmaq istəmirdi.Buna hazır deyildi.Heç nə deyəcəyini də bilmirdi...

-Bağışlayın,siz kimsiniz ki? Tanışıq?
-Hə deməli belə. Yaxşı elə olsun.. Mən Murad !
-Hə demək ki ,tanımırmışam! Bağışlayın,amma mən tanımadığım insanlarla danışmıram. -Ayşən qarşısında bir divar kimi dayanmış Muradın yanından keçib gedə bilmirdi.

-Yaxşı. Onda tanış olaq!
-Tanışlıq?! Bəzi səhvlər yalnız bir dəfəyə xasdır.Mən bir daha eyni səhvi etməyəcəm.
-Ayşən,xahiş edirəm. Bir dəfə danışmaq şansı ver ən azı....
-Şans ?! Sən necə də üzsüz,riyakar birisən! Utanmadan məndən necə şans istəyə bilirsən?!! Qarşima çıxa bilirsən?! Sən tək şansını bir ay əvvəl itirdin. Indi isə çəkil !!!

Ayşənin əsəbdən gözləri yaşarmışdı. Murad qeyri-ixtiyari çəkilib Ayşənə yol verdi.
Ayşən dediklərində də,etdiklərində də tamamilə haqlı idi.


Amma Murad belə asan imtina etməyəcəkdi....

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin