_ÜMİD_

54 7 4
                                    

Artıq bir ay olmuşdu... Bəlkə də daha çox... Əmin deyildi.Bir müddətdən sonra saymağı buraxmışdı Ayşən. Nə fərq edərdi ki,guya!? Bilsəydi neçə günün onsuz keçdiyini...lap dəqiqəsinə qədər bilsəydi... Nə önəmi var ki,əgər qovuşmayacaqsa bu həsrət dolu gözləyişin sonu sevdiyinə!?
Unutmuşdu...Yaşamağı unutmuşdu sanki...nəfəs almağı... Ümidi qalmamışdı çünki... Ümidsiz insan yaşarmı heç?
Ayşənin Muradı görməyə olan ümidi hər gün bir az daha azalıb,sonda yox olmuşdu.
   İndi Ayşən zoru bacarmağa çalışırdı...Ümidsiz yaşamağı... Hər gün saatlarla telefonla danışırdılar. Bəzən saatlarla Muradın şəkillərinə baxırdı Ayşən. Sanki qorxurdu...Qorxurdu ki,birdən unudar onu,üzünü,gülüşünü,qoxusunu... Amma sonra özünə təsəlli verirdi. Bilirdi...insanın ən son birinin qoxusunu unutduğunu. Tək təsəllisi bu idi son günlərdə. Nə qədər uzanacaqdı bilmirdi onsuzluq,amma ən azından qoxusu ilə birgə gözləyəcəkdi onlu günləri...
  Onu bircə Nazlı anlayırdı. Dostunun halını sanki bir o görürdü. Görürdü,amma ona kömək edə bilmirdi. Hər gün Ayşəni görməyə gəlirdi. Həvsələsini açmaq üçün zarafatlar edirdi. Amma hər dəfə Ayşənin üzündəki gülüş əvvəlcə  fasiləsiz qəhqəhələrə,sonda isə hıçqırıq dolu göz yaşlarına çevrilirdi. Belə anlarda Nazlının təsəlli verməkdən başqa çarəsi qalmırdı. Amma artıq verilə biləcək təsəllilər də tükənmişdi. "Hər şey yaxşı olacaq,düzələcək" deməkdən artıq özü də nifrət edirdi.
Bütün bunların-ağrılı,həsrət dolu günlərin kölgəsində həyat öz axarında davam edirdi. Doğrudur,Ayşən üçün Muradına qovuşacağı günə qədər donmuşdu həyat... Amma ailəsinin,dostlarının nəzərində belə deyildi.Axı hər şeyə rəğmən yaşayırdı Ayşən. Dərsə gedir,ailəsi ilə söhbət edir,yemək yeyirdi...
İndi də dərsdən çıxmış Nazlı ilə səkidə dayanacağa tərəf yeriyərkən Muradla bu yolu neçə dəfə birgə addımladığını xatırlamağa çalışırdı. Sayırdı... 20...30...sonra unudurdu xatirələrin içində ədədləri...Başdan başlayırdı saymağa... 1,2... Onu bu burulğandan Nazlının sualı xilas etdi.
-Dərs bugün elə bil maraqsız idi,hə? - Nazlı dostunun fikrini dağıtmaq üçün ağlına gələn ilk sualı vermişdi.
-Nə? Hə...dərs. Nə bilim.Fikrim başqa yerdə idi. -Ayşən zorla eşidiləcək səslə cavab verdi.
-Bilirəm. Əşi,boşla dərsi. Murad necədi,danışmısınız dünən?
- Hə,səhər də danışdıq. Yaxşıdı. -Ayşənin səsində aşkar istəksizlik hiss olunurdu.
-Yaxşıdı? Elə bu? Nə dedi..bu..məsələdən,- Nazlı Turalın adını çəkmək istəməmişdi.
-Məsələ? Nə məsələ? Turalı deyirsən?- Ayşəni səbəbsiz bir gülüş tutdu.
- Hə,hə... onu deyirdim. O lənətə gəlmişi... Amma sən niyə gülürsən? Ayşən noldu!? Bəsdir,özünə gəl! -Nazlı Ayşənin bu hərəkətindən qorxuya düşmüşdü.
Ayşən nəyə güldüyünü özü də bilmirdi. Sanki başına hava gəlmişdi. Amma içindən gülmək gəlirdi.
-Mən həmişə nə deyirdim?Bir sözüm var idi haa,gülüşlə bağlı...?
Ayşənin qəhqəhələrinin arasında ona ünvanlanan sualı Nazlı ancaq indi anladı:
-Dayan,dayan! Bir saniyə! Hə xatırladım... "Bu dünyanın hər dərdinə bir gülüşün borc olsun!" Sən həmişə kimi dərdli,bədbin görsən belə deyərdin.
Tapdığı cümlənin sevincini yaşayan Nazlının gözləri Ayşənə sataşdı.Ayşən yumruq halına gətirdiyi əlləri ilə gözlərini silə-silə yolun qarşısına təəccüb içində baxırdı.
Ayşən gülməkdən yaşarmış gözlərinə inana bilmirdi. Gözlərinə silib bir də diqqətlə qarşıya baxdı. Qarşıdakı səkini bəzəyən şam ağaclarının altında birini görmüşdü. Bəlkə də xəyal idi... Amma yox! Əmin idi,kimsə gizlincə onları izləyirdi...
Onu sual dolu nəzərlərlə süzən Nazlının qolundan tutub özünə çəkdi.
-Bax,baxx! Burdadı! Görürsən??-barmağı ilə qarşıdakı ağacları göstərirdi.
Nazlı Ayşənin həyacan dolu bağırışından ürkmüş halda onun göstərdiyi səmtə doğru baxdı,amma heç kimi görə bilmədi.
-Ayşən... heç kim yoxdu axı...
Ayşən sanki Nazlının dediklərini eşitmirdi. Qızdırmalı xəstə kimi sayıqlayırdı:
-O... burda... O...
-Kim??? Tural? -Nazlının qorxudan bədəninə üşütmə düşdü.
Bir az əvvəlki həyəcandan əsər qalmamış üzünə xoş bir təbəssüm yayılmış Ayşən iç çəkib dilləndi:
-Yox,yox... O... Murad burda idi!

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin