_XATIRƏ_

94 16 0
                                    

- Siz hardasız? Gör,necə saatdır? - evə yenicə gəlmiş Muradı Nəsrin bu sualla qarşıladı.
-Işimiz var idi.
- Nə iş? Rəşid hardadı?
- Gəlir.
- Ayşən zəng vurmuşdu.
- Nə yaxşı? -Murad təəccübləndi.
- Neçə dəfə zəng edib sənə. Niyə cavab vermiyibsən?!
-Başa düşmədim. Zənglərinə cavab vermədiyim üçün məni sənə şikayət edib?!
- Nə şikayət?! Narahat olub sənin üçün... Hər həftə bu gün görüşürsünüz axı,ona görə yəqin.
- Mən dünən ona demişdim ki,vacib işim var.
- Danışıb həll edərsiniz özünüz. Murad,nə isə problem var?! Məndən heç nə gizlətmirsən ki?!
-Yox,gözəlim. Sən rahat ol!

Nəsrin bir-iki addım atıb dayandı. Bir şey xatırlamışdı. Murada səsləndi:
-Murad??
-Noldu?
-Səhər... gedəsən?
- Əlbəttə...
- Səninlə gəlim,istəyirsən?
- Yox. Tək gedəcəm.
- Yaxşı...

Muradın uzun müddət unutmaq istədiyi xatirələr yadına düşdü. Xatirələr keçmişimizin bizə qazandırdığı yadigarlardır. Ağlımıza hər gəldiyində bütün duyğularımızı alt-üst etməyə qadir olan yadigarlar...
Muradı keçmişə qaytaran fikirlərdən ayıran isə Ayşəndən gələn zəng oldu.

-Murad?
-Bəli.
Ayşən Muradın səsindəki soyuqluğu dərhal hiss etdi.
-Murad,nolub? Yaxşısan? Neçə dəfə zəng etdim. Çox narahat oldum. Axırda dözə bilmədim. Nəsrinə zəng vurdum.
-Hə,onu bilirəm əşi. Nə vaxtdan aramızda olan məsələləri başqası bilir?!
- Yox,mən sadəcə... narahat oldum.
- Işim var idi. Dünəndən demişdim. Narahat olmağına heç bir əsas yox idi.
- Heç vaxt zənglərimi açmazlıq etməzdin.
- Demək ki,işim çox vacib imiş.
- Yaxşı,Murad. Elə olsun. Bağışla,narahat etdim.
- Nə bağışla?! AYŞƏN ?! AYŞƏN?!

Ayşən Muraddan belə münasibəti ilk dəfə idi ki,görürdü. Göz yaşlarını tuta bilmədi. Onsuz da Muradın son bir-iki gündəki soyuqluğunu anlaya bilməmişdi. Üstünə Muradın onla bu tərzdə,bu səs tonu ilə danışması.... Ayşən eşitdiklərinə inanmaq istəmirdi. Əlləri əsirdi. Murad Ayşənə bir daha incinməyəcəyinə dair verdiyi sözdən sonra ilk dəfə onun qəlbini qırmış,hətta ağlamağına səbəb olmuşdu.

Muradla danışmaq üçün otağına girən Rəşid yatağın üstünə çırpılan telefonu gördükdə ani durqunluq yaşadı.
-Murad!!! Nolub? Ayşənə nə isə olub ?
- Yox ,yox . Yaxşıdı
- Nolub? Niyə bu qədər əsəbisən?
- Ayşənlə dalaşdıq.
- Başa düşdüm.

Muradın çox nadir hallarda bu qədər əsəbləşdiyini bilən Rəşid məsələnin nə dərəcə ciddi olduğunu anlamışdı. Sözsüz ki,bu məsələdə onları izləyən adamları tuta bilməmələrinin də böyük rolu olduğunu bilirdi.Muradı sakitləşdirmək üçün əlindən gələni etməli olduğunu anladı.

-Murad... Bir az sakitləş. Ayşəni bu məsələdən uzaq tutmaq istədiyini,onu qorumaq istədiyini bilirəm. Amma onu özündən uzaqlaşdırma. Onu başa düş. Heç nədən xəbəri yoxdu. Onu qorduğunu bilmir. Əsəblərini cilovla. Sevdiyin qadın qədər önəmli heç nə,heç kim yoxdu. Bunu unutma! Yaxşı,dostum. Onu necə sevdiyini bilirəm.

Murad Rəşidin dediklərini düşündükcə Ayşənlə necə danışdığını xatırladı. Ayşənlə danışarkən hansı səs tonu ilə danışdığını hələ yeni-yeni dərk edirdi. Ayşənin səsinin titrəməsini,boğulmasını hələ indi hiss edirdi.
Murad Ayşəni incitmişdi. Sözünün üstündə dura bilməmiş,sevdiyi qadını incitmişdi....

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin