İndi Ayşən... Sevgilisinə sarılmış,onun qollarında dünyanın ən xoşbəxt qadını idi. Ayşən onu sevdiyinə qovuşduran son 15 dəqiqəni düşünürdü. Yolu necə keçdiyini,Murada yetişmək üçün necə qaçdığını,nəfəs almağı unudub qurumuş boğazı ilə onu necə səslədiyini düşündü. Bir az utandı sanki... Sonra tez də keçdi bu utancaqlığı...Sonunda sevgilisinə qovuşmaq var dısa,başqa heç nəyin önəmi olmamalı idi...Qəlbində yenicə doğulmuş körpəsinə qovuşan ananın sevinci var idi.
Murad... Ayşəni qollarında,uzun saçları əllərində,sevgilisinin gül qoxusunu içinə çəkərkən yaşadığını hiss edirdi. Dənizdə uzun müddət nəfəssiz qalmış birini həyata döndürən o ilk nəfəsi alırdı sanki...
Əlləri ilə Ayşənin üzünü ovuclarının içinə aldı. Sevgilisinin gözlərindən aramsız süzülən yaşları sildi. Üzünə doyunca baxandan sonra hiss etdiklərini onunla bölüşmək üçün dilləndi:
-Ayşən...yaşadığımı hiss edirəm!
-Yaşayıram! -dedi Ayşən. Muradın ovucunu öpüb,əllərinin qoxusunu içinə çəkdi.
-Ölməkdən qorxdum. Sənsiz ölməkdən qorxdum,Murad!
-Şşş! Ölmək yoxdu,birdənəm. Həsrət də yoxdur artıq.Bitti!Saatlar sonra Ayşənin göz yaşları nəhayət qurumuşdu. Bütün bu olanlar Ayşənə xəyal kimi gəlirdi. Muradla qovuşacağı anı o qədər xəyallarında yaşamışdı ki...İnanmaqda çətinlik çəkirdi. Onun yanında olduğuna,əllərini tutduğuna inana bilmirdi sanki... Sonra düşündü...Hansı məsafə hiss etdiklərini dəyişdirməyə,bu eşqi bitirməyə yetəcək qədər güclüdür?!
Dikəlib Muradın çiynində yerini rahatladı. Sanki bununla ona qovuşduğuna əmin olmaq istəyirdi.
-Murad...
-Buyur,gözəlim...
Muradın gözəlim deyişinə həsrət idi Ayşən... Bir daha səslədi sevgilisini...
-Murad...
-Eşidirəm gözəlim?
-Sən heç birinin qismətində yazılı olan o insan olduğunu hiss edibsən?
-Necə yəni?
-Yəni... bir insanın taleyinə yazılı olduğunu. Ondan başqası ilə ola bilməyəciyini.O insanın həyatın olduğunu... heç hiss edibsənmi?
-Bilmirəm... Çox həssas biri deyiləm,bilirsən. Soruşduğuna görə sən hiss edibsən yəqin.
-Hə,-dedi Ayşən. Başını qaldırıb Muradın düz gözlərinin içinə baxdı. -Bir dəqiqə əvvəl...burda hiss elədim. Sənsən! Mənim taleyimə yazılı olan sənsən! Bunu ruhumla hiss etdim,Murad. Bəlkə də inanmayasan amma...
Murad Ayşəni qucaqlayıb saçlarını öpdü.
-Niyə inanmayım? İnanıram! Əgər hiss etdiyin kimidirsə,onda bir daha əmin ola bilərsən. Bizi heç kim,heç nə ayıra bilməz. Əgər taleyin taleyimə nəsibdirsə,biz ayrılsaq belə onlar birləşər. Bizi birləşdirər.
-Sən qismətə,taleyə inanırsan? -Ayşən Muradın düşüncə tərzinin belə məfhumlardan uzaq olduğunu bilirdi.
-Yox,inanmıram. Amma bu onun yoxluğuna dəlalət etməz. Mən inanmasam belə mənim həyatım əgər əvvəlcədən yazılıbsa... onda...
-Onda? Nə? -Ayşən səbirsizləndi.
-Onda ONA minnətdaram. Səni qarşıma çıxardığı üçün...səni ömrümə yazdığı üçün...
-Məncə,tale biz inansaq da,inanmasaq da mövcuddur. Bizi tanışdıran,ayıran,indi birləşdirən də taledən başqası deyil. O bizim həyat yazımızdı. Taleyimiz doğuşumuzla var olub,ölümümüzlə də bitəcək. Kim olacağımızdan,həyatımızda kimlərin qonaq,kimlərin ömürlük olacağına,necə öləcəyimizə qədər hər şey orda yazılıdı. Ona görə,düz deyirsən.Ona minnətdar olmalıyıq!Bu sevgini qəlbimizə,bu xoşbəxtliyi ömrümüzə nəsib etdiyi üçün...Səni ömrümə yazan ilahiyə şükürlər olsun!Ayşənlə Muradın qovuşmasını uzun müddətdir gözləyən tək onlar deyildi... Tural da bu həsrətin bitməsini onlar qədər istəyirdi. İndi bu qovuşmaya şahidlik edərkən ağlına qoyduqlarını həyata keçirmək üçün çoxdan gözlədiyi fürsət nəhayət əlinə düşmüşdü.
Əmiraslanovlar ailəsində bir aydır davam edən sükut pozulmuşdu. Ailədə axşama xüsusi hazırlıq gedirdi. Ələkbərin göstərişi ilə şam yeməyində bütün ailə süfrədə olmalı idi. Muradın gecikməməsini də Almaz xanıma tapşırmağı unutmamışdı.
Bu axşam Ələkbər günlərdir cavab gözləyən suallara aydınlıq gətirəcək,ailəsinin bundan sonrakı vəziyyəti ilə bağlı qərarını bildirəcəkdi. Bu axşam hər şey bəlli olacaqdı.Bu cansıxıcı,dözülməz günlərəmi,yoxsa bir ay əvvəl Turalın ani gəlişi ilə asqıya alınmış həyatlarınamı davam edəcəkdilər?!