- Rəşid,nə əcəb bu səhər tez oyanmısan? -Rəşidin həmişə gec oyandığının şahidi olan Nəsrinə bu hal qəribə gəlmişdi.
- Səni təəccübləndirmək üçün. Murad hardadı? Tənbəlliyi tutmuyub ki bugün?
- Yox bağçadadı. Yuxudan oyanan kimi Muradı neyniyirsən? Olmaya,yuxunda görübsən? -Nəsrin gülümsədi.
- Yaman zarafatcılsan ha bu səhər. İşimiz var. - Rəşid sözünü bitirib iti addımlarla aşağı endi.
Nəsrin isə öz-özünə deyinirdi:
- Bu işdə nə isə qəribəlik var. Xeyirlisi...Murad Rəşidin qəfil səsi ilə düşüncələrindən ayrıldı.
- Murad,mən gecə düşündüm. Gərək əvvəl evin ətrafına baxaq.
- Yaxşı.
- Yaxşı deyirsən,amma hələ durduğun yerdə sayırsan. Cəld ol.Elə təzəcə bir-iki addım atmışdılar ki,Muradın telefonuna gələn səslə dayanmağa məcbur oldular.
- Kimdi?
- Ayşən
- Sonra danışarsınız,işimiz var.
Murad bu təkliflə razılaşıb zəngə cavab vermədən telefonu cibinə qoydu.Ayşəni bir müddət gözlətmək olardı.Ayşən bunu gözləmirdi.Murad ilk dəfə idi ki,onun zənginə cavab vermirdi. Nə olmuşdu axı?! Muradın Ayşənlə görüşməyə vaxtı olmaya bilərdi. Bu normal idi. Amma onun zəngini açmaq üçün də mi zamanı yox idi?! Ayşənin içini bir qorxu bürüdü. Elə bir qorxu ki,bir anda özünü qaranlıq bir boşluqda hiss elədi. Murad ondan nə gizlədirdi?! Nə baş verirdi?! Cavabını ala bilmədiyi suallarla savaşırdı Ayşən. Çox narahat idi. Ən böyük qorxusu isə sevdiyi adama zərər gələ biləcəyi ehtimalı idi. Qorxu bütünlükdə varlığımıza hakim olduqda isə dünyadakı hər şey insana boş görünür.
- Murad,tələs ! Qarşıdakı maşını görürsən?
-Hansı?
- Orda,ağacın altında olan. Qara rəng.
- Hə,gördüm. Onlar idi?
- Keçən dəfə fərqli maşın idi axı. Bilmirəm. Maşının içini görə bilmirəm.
- Bir az da yaxınlaşaq.
Rəşidlə Murad onlara yenicə yaxınlaşmışdılar ki,bir anda avtomobil sürətlə onlardan uzaqlaşdı. Murad arxalarınca xeyli qaçsa da,maşına çata bilmədi.
- Lənətə gələsən! Ehh ... !!!
- Qaçırtdıq əlimizdən! Onlardan şübhələndiyimizi başa düşdülər -Murada hələ indi çatmış Rəşid təngənəfəs halda deyindi.- Alo,Nəsrin necəsən?
-Sağ ol,Ayşən. Sən?
- Şükür Allaha !
- Nolub,səsin bir təhər gəlir? Bir problemin filan yoxdu ki? Olmaya,xəstələnibsən?
-Yox,yox. Mən yaxşıyam. Bir söz soruşmaq üçün narahat elədim səni.
- Nə narahatlıq? Dəlisən sən?! Heç eşitməmiş sayıram bunu! Buyur?
-Murad...
-Hə, nolub Murada?
- Evdədi?
- Yox. Yarım saatdan çox olar çıxıb evdən. Niyə siz danışmamısınız?
- Yox,zənglərimə cavab vermir. Yaxşı olduğunu bilmək istədim sadəcə. Bağışla,vaxtını aldım.
- Aaa.. o nə sözdü?! Yaxşıdı. Yəqin nə isə vacib işi var. Əhəmiyyət vermə. Evə gələndə danışaram mən onla.
- Yaxşı.Nəsrin Ayşənə təsəlli olsun deyə dediyi sözlərə heç özü də inanmırdı. Muradla Rəşidin qızlardan gizlətdiyi bir sirləri var idi. Bu sirr Nəsrini də qorxutmağa başlamışdı.
Lakin o gün Əmiraslanovlar ailəsində təlaşlanan təkcə Nəsrin deyildi.
Ələkbəri də narahat edən bir məsələ var idi.