_ Yenidən _

185 32 11
                                    

-Nə danışdınız? Nə dedi? Nəyə gəlib? Hansı üzlə?? ,-Ayşən dayanacağa çatar-çatmaz Nazlı onu sorğu-suala tutmağa başladı.

Ayşən isə hələ yaşadıqlarının təsirində idi... Bütün hüceyrələri donmuşdu sanki... Titrəyirdi.. Gözləri qarşıda bir nöqtəyə zillənmişdi... Sanki özündə deyildi..

-Ayşən! Yaxşısan?! ,-Nazlı Ayşəni belə görəndə çox qorxmuşdu.

Ayşən nəhayət bir neçə saniyə sonra zorla eşidiləcək bir səslə :
- Şans...
-Nə?? Nə dedin,gözəlim? Sənə noldu axı belə? Su istəyirsənmi ?? Alım?
-Şans istəyirdi.
-Nə üçün???
-Danışmaq istəyirmiş.
-Sən nə dedin?
- Nə deyə bilərəm! Əlbəttə, yox!
-Düz eləmisən... Bəs özün necə,yaxşısanmı?
-Bilmirəm.... Yəqin ki...

Ayşən Muradı yenidən görəcəyini düşünmürdü. Muradı yenidən görmək onu alt-üst etmişdi.Muradı görəndə bu qədər sarsılacağını da gözləmirdi. Necə ola bilərdi ki? Bir ay heçmi bir şey dəyişdirməmişdi.

Ayşən otağına keçib yerinə uzandı. Yenə bir aydır onu rahat buraxmayan düşüncələrə boğuldu...

Muradla rastlaşdığı gündən əvvəlki həyatını düşündü...
Necə xoşbəxt idi !!! Əvvəllər... Şən həyatı var idi.... Həyatdakı bütün çətinliklərə qarşı tək silahı gülüşü idi.... Onu tək düşündürən,narahat edən isə təhsili idi...

Indi elə idimi?! Doğrudan,indi necə idi?!... Bir insanın həyatı birinin gəlişi ilə bu qədər qısa müddətdə necə dəyişə bilərdi?! .....

Murad Ayşənin həyatını dəyişmişdi... Indi Ayşənin tək düşüncəsi Murad olmuşdu... Bir ayda Ayşənin üzündəki gülüş solmuş,bənizi ağarmışdı...

Bəs sevgi bu idi ?!
Sevginin nə olduğunu Ayşən hələ çox sonralar biləcəkdi...

Murad Ayşəni yenidən görə bildiyi üçün sevinirdi. Ayşən bu bir ayda çox dəyişsə də,o qara ,iri gözlərindəki qığılcım itməmişdi...

Murad bir şey tapmalı idi. Elə bir şey ki,Ayşən onu dinləsin. Ayşənə yaşadığı peşmanlığı anlada bilsin.
Ayşən onu bir daha görmək istəməsə belə,ona düşüncələrini söyləməli idi.Onu bağışlamasa belə bilməli idi.. Muradın necə peşman olduğunu,bir ay necə yuxusuz qaldığını.. Hər şeyi bilməli idi...

Murad bu məsələdə ona kömək edə biləcək tək insana -Rəşidə zəng vurdu:
-Rəşid,hardasan?
-Evə gedirəm. Necə ki?
-Lap yaxşı. Mən də yarım saata evdə olaram. Evdə görüşək.
-Oldu,qardaş. (Muradla Rəşid bir-birlərinə belə müraciət edərdilər.)

Yarım saat sonra Murad artıq evdə idi...
-Hə,danış görək nolub?
-Gəl gedək otağıma. Ana,biz yuxarıdayıq. ,-Murad danışılanları heç kimin eşitməsini istəmirdi.

Rəşidə hər şeyi danışandan sonra :
-Hə,nə deyirsən? Fikrin nədi??
-Qıza halal olsun,vallah. Sonuna qədər haqlıdı.Sənə belə sərt cavab verən ilk qızdı,hə? Səni yaxşıca pərt edib. Mən bilirdim.. Bir aydır,səni belə gecə-gündüz düşündürən bir qızdan bu qədərini gözləyirdim..

-Zarafatın vaxtı deyil. Az gül. De,görüm,kömək edəsən Rəşid?
-Başqa yolu var? Əlbəttə,edəcəm. Amma Ayşənlə tanış olmalıyam əvvəlcə. Az-çox bildim necə bir qızdı. Amma yenə də ən azından görməli,iki dəqiqə də olsa danışmalıyam. Hə,mütləq! Sonra düşünüb bir şey taparam..

Murad Rəşidlə razılaşdı. Başqa da çarəsi yox idi ... Murad böyük səbirsizliklə səhəri gözləyirdi. Səhər hər şey dəyişə bilərdi...

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin