_ AILƏ _

138 21 0
                                    

Ələkbər bütün ömrü çətinliklərlə keçmiş birinə görə çox sakit bir xarakterə malik idi.Ələkbər bir insanın həyatda yaşaya biləcəyi ən böyük itkilərdən birini yaşamışdı. Qardaşını itirmişdi. Cinayətdə şübhəli bilinən hər kəs cəzalandırılsa da,Ələkbər rahatlaya bilməmişdi.Hələ o zaman Ələkbərin ürəyinə düşən yanğın illər keçdikcə közlənmək yerinə daha da alovlanır,onu içdən-içə məhv edirdi.
Ələkbər peşəsi ilə əlaqədar sayısız cinayətlərə,böyük ailə faciələrinə şahid olmuşdu. Ailəsinə olan bağlılığının səbəblərindən biri də bu idi. Ələkbər övladlarını böyüdərkən həmişə onlara birlik olmağın vacibliyindən,ailənin əhəmiyyətindən danışardı. Onun həmişə müdafiə etdiyi tək bir prinsip var idi : "Ailə ən böyük gücdür "
Hər dəfə övladlarının bir-birinə dəstək olduğunu görəndə Ələkbər öz atasından öyrəndiyi bu dəyəri uşaqlarına çatdıra bildiyi üçün qürrələnərdi.

-Rəşid ! Ya qalxıb qapını açırsan ,ya da mən elə indicə bu lənətə gəlmiş qapını sındırıram ! - Murad Rəşidin otağının qapısına vuraraq içəri səsləndi.
-Gəl ... Qapı açıqdı..
Murad qapını əvvəlcədən yoxlamadığı üçün pərt oldu. Qapını açdı. Otağa göz gəzdirdi. Rəşid güzgünün qabağında dəri pencəyinin yaxasını düzəldirdi.

-Eşidirəm,qardaş. Nolub səhər-səhər? Hansı? - Rəşid əlindəki qol saatlarını Murada uzadaraq soruşdu.
-Sağdakı. Necəsən?
- Zövqünün yaxşı olduğunu demişdim də hə? Yaxşıyam.
- Hə.. Nəhayət ki... Nəsrin çox narahatdı. Dediklərindən peş...
Rəşid Muradın sözünü kəsdi:
-Bax,bu iki gün yaşadıqlarımın Nəsrinlə heç bir əlaqəsi yoxdu. Mən diyəsən uşaqlığımdan qalan bəzi problemləri hələ həll edə bilməmişəm.
-Həll edəcik.. Birlikdə.Biz həmişə sənin yanındayıq. Düzələdəcik hər şeyi...
-Bilirəm,bilirəm. Çünki ailə bir insanın arxalana biləcəyi ən böyük qüvvədir.
Murad gülümsədi :
-Ailə gücdür !
-Bəli... Danış görək. Nə dərdin var yenə?
- Rəşid biz o gün o parkda tək deyildik.
-Necə?
- Tək deyildik. Bizdən başqa kimsə var idi.
- Bundan təbii nə ola bilər ki?! Ora parkdı Murad.
- Başa düşmürsən.Biri var idi. Bizi izləyirdi sanki..
-Cənab hüquqşünas ! Bundan sonra sizə dedektiv romanlarını qadağan edirəm və bu mənasız eyhamlara son verməyi məsləhət görürəm sizə - Rəşidə Muradın bu şübhəsi çox gülünc gəlirdi.
- Yenə zarafata vurursan !
- Dostum,dostum. Hirslənmə. Bizim təxirə saldığımız bir görüşümüz olmalı idi. Ayşənlə danış,hazırlaşsın. 2 saat sonra həmişəki yerdə...
- Bugün? - Murad təəccübləndi.
- Hə. Get hazırlaş!Bir saata aşağıda görüşürük.

Iki saat sonra...
- Salam. Mən Nəsrin... Tanışdığımıza şad oldum, Ayşən.
- Salam.. Mən də... - həyəcandan Ayşənin səsi titrəyirdi. Bir də Nəsrin Ayşənin təsəvvüründə yaranan qızdan dəfələrlə gözəl idi. Çiyinlərinə tökülən tünd qəhvəyi saçları,incə dodaqları,zərif ,uzun barmaqları,böyük titizliklə seçdiyi çəhrayı donu ilə Nəsrin möhtəşəm görünürdü.
-Muradın danışdığından daha gözəlsən,Ayşən.
- Təşəkkür edirəm. Mənə hədiyyə etdiyin portret əla idi. Çox bəyəndim.

Murad bu iki gözəl qadına böyük məmnuniyyətlə baxırdı. Biri ən dəyərli varlığı - bacısı,digəri isə sevdiyi qadın idi ... Murad Nəsrinlə Ayşənin belə qısa müddətdə bu qədər mehriban ünsiyyət qura biləcəyini gözləmirdi. Ayşən sanki ailənin bir üzvü idi.Gördüyü bu səhnə onu çox sevindirmişdi.

Rəşidi düşündürən isə Nəsrinlə Ayşənin tezlikdə yaranan səmimiyyəti deyildi. Rəşidi narahat edən məsələ tamam fərqli idi. Bir qədər kafenin yola açılan pəncərəsindən qarşıdakı boz rəngli avtomobili izlədikdən sonra əmin oldu.

Muradın bu səhər dediklərində doğruluq payı var idi. Onları izləyən biri,ya da biriləri var idi...

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin