.

9.4K 426 28
                                    

6 GÜN

Üniversiteti bu qədər böyük maraqla gözləyib, səhər oyanmağa bu qədər çox nifrət etmək də işin bir digər maraqlı cəhətidir. Amma yatağın üzərində bir tərəfindən digər tərəfinə keçərək səni oyatmağa çalışan , "yumuşaq" bir pişiyin varsa səhərlər o qədər də əsəb korlayan olmur. Üzümə yerləşən gülümsəməm özümü qəribə şəkildə xoşbəxt hiss etdirdi. Senytabr aylarında olsaq da havanın belə birdən birə pisləşməsi normal deyildi. Hərçənd , mən tutqun havaları sevirdim , amma yenə də belə stressli bir vaxt dilimi üçün günəşli, daha çox ürək açan havanı üstün tutardım.Otağımın qapısı azca aralı idi. Bu da atamın içəridə çəkdiyi siqaretin nifrət etdiyim qoxusunun burun dəliklərimə qədər gəlib gülümsəməmin anidən solmasına, turş bir şey yemişəm kimi üzümü büzməyimə səbəb oldu.

Oturma otağından bir başa vanna otağına keçib əl üzümü yudum. Bizim evdə səhərlər heç kim bir- birinə salam verməz və ya gülümsəməz. 

Üzümü hər zaman qaynar su ilə yumaq adətimdir. Bunun nə qədər zərərli olduğunu bilsəm də isti suyun səhərlər dərimin üzərinə yayılma hissini sevirəm.  Anam bir dəfə, çox çox uzun illər əvvəl üzümün həddən artıq çox qızardığını görəndə nə olduğunu soruşmaq ağlına gəlmişdi. Üzümü isti su ilə yuduğumu deyəndə içini çəkmiş, üzümə toxuna bilməmişdi. "Göynəyəcək" demişdi.. Göynəyəcək. . Səhərlər isti bir şeyə ehtiyac duyurdum. İsti bir ev, isti bir üz, isti bir gülümsəmə.. Bunların heç birini tapa bilməyəndə ayaqlarım məni vanna otağına aparırdı. Və üzüm yanacaq qədər isinəndə anamın dediyi kimi incidən şey su deyildi, suya möhtac olmağım idi. Psixoloji cəhətdən çökmüş vəziyyətdə idim amma insanların bu qədər vurdum duymaz olmaları işimi asanlaşdırırdı. Kiməsə açıqlama vermək məcburiyyətin yox idi. Səninlə maraqlanmayan iki valideyn arasında yaşamaq işləri daha asan hala salırdı. Nə qədər vecsiz görünməyə çalışsam da bütün xüsusi günlərdə içim şiddətlə qayğı istəyirdi.Ad günlərimdə, ya da nə bilim .. Bayramlarda.

Tək bir sığal.

Universitetə daxil olduğumu bildirəndə bunu o qədər adi bir xəbər kimi evdəkilərə bildirmişdim ki, bu qədər soyuqqanlı olmağım hətta onları belə təəccübləndirmişdi. Bəlkə də təəccübləndikləri şey bu qədər sakit olmağımdan daha çox yaratdıqları əsərə baxarkən hiss etdikləri təəssüf hissi idi..
Təəssüf hissi.
Ümid edirəm bir dəfə də olsun mənə baxarkən bunu hiss edə biliblər. Amma hər zaman olduğu kimi, əl ayaqlarını bağlayan bir ip olduğumu düşünərkən yox..  Az da olsun sevgiyə layiq olduğuma inanaraq..

Mətbəxə keçən zaman içəridə hər yeri bürüyən yanmış yağ iyi öskürməyimə səbəb oldu. Anam bu haldan heç də rahatsızlıq duymurdu. Üzərinə keçirdiyi önlüyün iplərini arxadan bağlama zəhmətinə belə girmədən əlindəki tavanın dibini sürtməyə çalışırdı. Sürtməyə çalışırdı deyirəm çünki yenicə manikur etdirdiyi uzun dırnaqları işini görməyə olduqca maneçilik törədirdi. Başımı sallayaraq masa arxasına keçib bir müddət gözlədim. Açdığım pəncərədən havadaki tüstünün burularaq çölə çıxmasını izlədim. İndi qaldığımız mənzilin digər otaqları divar kağızlarının rəngi ucbatından olduqca boğucu görünsə də mətbəx genişliyi ilə az da olsa fərqlənməyi bacarır, çölə açılan geniş pəncərəsi az da olsa nəfəs aldırırdı. Masanın üzərindəki çörək qırıntılarına baxdım. Barmağımı dilimlə yaşlayaraq masanın üzərinə apardım və çörək qırıntılarının üzərinə basaraq yeməyə başladım. Ürəyim yemək istəmirdi.  İçəriyə dolan sərin , yağış qoxulu hava dərindən nəfəs almağıma səbəb oldu. Gecə paltarlarım bambıqdan idi və bu olduqca rahat hiss etdirirdi. Bir az arxaya əyilib masanın altındaki dovşan şəkilli ev ayaqqabıma baxaraq yarım ağız gülümsədim. Sonra qəflətən , bu danışığı əvvəlcədən planlaşdırmadığım halda sözə başladım :

 -Ana , altı gün qalıb, bəlkə artıq  mənimlə bir az maraqlanasan ?

Çanağa axan suyun səsindən mənim səsimi ayırd etməsi bir neçə saniyəsini alsa da "anaa" deyə səslənişim nəhayət ki, onu özünü qapdırdığı işindən ayıra bildi.

- Hə ? Sənə nə lazımdır ki ?

- Paltar, ayaqqabı , çanta, makiyaj ləvəzimatları

Bəlkə bir az qayğı ? ( başımı bulayaraq dodaqaltı fısıldadım)

- Mmm, mənimkilərdən bir şey seçsən olmaz ? 

- Zarafat edirsən ?

Alt dodağını tərs çevirərək çiyinlərini qaldırdı.

- Niyə də yox ? Burada nə var ki ? Artıq uşaq deyilsən

Əllərini sinə hissəsinə qəribə şəkildə oynatdı

- Ölçülərin demək olar mənimki ilə eynidir

Cümləsini bitirən kimi üzünə varlığını unutduğum gülümsəməsi yerləşdi.

Bir an , kiçik bir an üçün içim göynəsə də fikirlərimi cəmləyə bildim.

- Ana ! Mənə söz vermisən, indi sözündən dönmək üçün bəhanə axtarma! Hər ay yeni şeylər almağın məni maraqlandırmır, özümə aid şeylərim olsun istəyirəm ! Heç olmasa bu istəyimi əlimdən alma !

Son cümləmi niyə bu qədər yüksək səslə dediyimi anlamadım amma anam bir anlıq duruxsa da , sonradan başını yana əyib üzümə baxdı. Yenə gülümsəyirdi.

- Yaxşı, get hazırlaş

Və bir saniyə öncə gülən adam o deyilmiş kimi birdən ciddiləşərək arxaya çönüb işinə davam etdi.

- A..

Nə isə demək istədim amma ruh halının bu qədər anidən dəyişdiyini bildiyin bir adamla söhbəti  çox da uzatmaq lazım deyildi. Otağıma qaçıb qapını bağladım və iki ilə yaxındır geyindiyim və çox da razı qaldığım qara cins şalvarımı, üstüm üçün də çox da qalın olmayan çəhrayı rəng koftamı seçdim. Bu koftanı mənə anamın yaxın rəfiqələrindən biri almışdı. 

Düzəldirəm :

Anamın ad gününə hədiyyə olaraq  almışdı amma anam koftanın içinə girmək üçün ən az beş kilo arıqlamalı idi. Yenə də nəzakət xatirinə təşəkkür edib onu qucaqladı və qadının çiyinləri üzərindən mənə baxaraq göz vurdu. Qadın getdikdən sonra da koftanı vecsiz halda üzərimə atıb "sənə daha çox yaraşacaq" dedi. Anamın ən qayğıkeş anlarından biri.

Ən azından sınamışdı.

Beş dəqiqədən də az çəkən hazırlığım sonrasında anamı bir saat yarım gözləməli oldum. Dəri pencəyinə hansı ayaqqabının daha çox yaraşdığına heç cürə qərar verə bilmirdi və getməkdən əl çəkəcəyindən qorxduğum üçün səssiz qalmağı seçirdim. 

Alış veriş zamanı mənə bir midi yubka, bir ayaqqabı, bir şalvar, iki kofta və bir pencək aldıq.

Anam isə aldıqlarımın iki qatını. 

  Makiyaj barədə təcrübəm o qədər də ürək açan olmadığından anam 28 Malldaki Mac adlı mağazaya girərək satıcıya bir şeylər dedi. Və satıcı nümunə üçün bir necə rəngləndirici krem gətirdi. anam hər birini tək tək üzümün yanında saxlayıb bir kremə bir mənə baxdı və sonunda mağazadan bir üz üçün həddən artıq çox olduğunu düşündüyüm şey - şüylərlə çıxdıq. Dodaq boyası və ətir seçimini xüsusilə bəyəndiyimi də bildirməsəm haqsızlıq olardı.

 İstədiklərimi artıqlaması ilə almışdım. Səhv etmirəmsə , xoşbəxt hiss edirdim.

Anamla vaxt keçirmək mənə o hiss olduğuna ümid etdiyim şeyi yaşadırdı..




ƏnWhere stories live. Discover now