Gey.. Gey ?.. GEY ??!
Yenə həmin anı yaşayırdım. Həyat dayanmış, dünya fırlanmağı kəsmiş, şəlalələr havada donub qalmış, əqrəblər addımını saxlamış, nəbzim nə edcəyi barədə qərarsız qalmışdı..
Dodaqaltı nə isə mızıldadım..Səsim o qədər zəif çıxmışdı ki, nə dediyimi özüm belə eşitməmişdim.
Bu gerçək ola bilməzdi..Mümkün deyildi. Kənan gey deyildi. Ola bilməzdi !
Ayşənin adımı bir neçə dəfə çağırması gözlərimi qırpmağıma və hər şeyin yenə eyni sürətinə qayıtmasına səbəb olmuşdu. Ətrafım səs küyə boğulmuş, insanlar tələsik -tələsik harasa qaçmağa , addımlamağa başlamışdı. Ayşən yenə nə isə deyirdi amma yenə onu eşidə bilmirdim.
- Qəmər !
Səsi o qədər sərt çıxmışdı ki, bayaqdən bəri onu ilk dəfə eşidə bilmişdim.
- Burda oturma, hamı bizə baxır. Gəl çıxaq. Bizə gedək ? Ya sizə ? Soyuqdan donursan,əllərin buz kimidi. Tut məndən. Bax belə. Qalx.
Sadəcə ona ayaq uydurdum. Başqa nə isə deməyə, nə isə etməyə , öz ixtiyarımla yeriməyə belə qadir deyildim o an. Soyuq hava üzümə vuranda sinəmə çökən ağırlığa qalib gəlib nəfəs ala bildim. Şokdan ayıla bilmirdim..
Kənan gey idi ?
***
Dayanacağa çatanda Ayşəndən ayrıldım.
Bacardığım qədər gülümsəyib yaxşı olduğumu, evə gedib hazırlaşacağımı dedim. Saat altıda restoranda görüşmək üzrə sözləşdik və o, istəmədən də olsa razılaşdı..
Təbii ki, getməyəcəkdim..
Əvvəlcə bu "dünya gündəmini sarsan" xəbərləri araşdırmalı idim .
Böyük ehtimal bu da Fəridin uydurub camaata yaydığı əsilsiz xəbərlərdən biri idi. Hə, mütləq belə idi ! Özümü buna inandırmağa çalışırdım amma beynimin içi cavabsız suallarla dolu idi.. Kənan niyə bu xəbər qarşısında səssiz qalmışdı ? Niyə özünü müdafiə etmirdi ? Niyə bunun yalan olduğunu demirdi ? Bundan əlavə.. Niyə ondan dəfələrlə soruşduğum haqda mənə bu barədə heçnə deməmişdi ?
Bəlkə də çəkinirdi ki, onunla bir daha danışmayacağam. Yəni , əgər bu doğru deyildisə təbii ki, onunla dostluğuma davam edəcəkdim..Amma ya doğru deyildisə nə olacaqdı ? Ona nə deyəcəkdim ?
Onunla etdiyimiz söhbətləri xatırlamağa çalışırdım.. Mənə demişdi ki, " insanlar əlimdə olmayan bir şey üçün məni qınamağa başladı " . Fəridin haqqında bir xəbər yaydığını demişdi amma sonradan da əlavə etmişdi ki, bu tam olaraq yalan sayılmazdı. Necə yəni tam olaraq ? Əgər gey idisə tam olmayan hissə nədən ibarət idi ?
O qədər fikrə dalıb getmişdim ki, avtobus enəcəyim dayanacağı ötüb keçmişdi. On dəqiqə əlavə yeriməli oldum amma şikayətci deyildim.
Fikrim Kənanın yanında qalmışdı. Zəng edib necə olduğunu xəbər almaq istəyirdim..Amma..
Hər şey dəyişmişdi. Nə hiss etməli olduğumu tam olaraq bilmirdim . Amma içimdə digərlərinə nisbətən ağır gələn tək şey var idi.
Aldanmışlıq.
Özümü axmaq kimi hiss edirdim. Bu vaxta qədər necə anlamamışdım ki ?
Mənə düz əməlli baxmırdı belə. Nə vaxt ona baxsam gözlərini qaçırırdı. Onu sevdiyimi deyəndə belə " məni sevə bilməzsən..çünki mən səni sevə bilmərəm" demişdi..