Adsız Bölüm 28

4.1K 309 14
                                    

Günlər bir birini sıralayır, yağış qarla əvəz olunurdu..Dərs dinləmək insana nə qədər böyük çin işgəncəsi kimi gəlsə , masa üzərinə başını qoyub yuxuya getmək də eyni miqdarda cazibədar səslənirdi. iki gün sonra sərgi olacaqdı. Həyəcanlı idim. Mənim işimi hara qoyacaqlar, necə keçəcək, bəyəniləcəkmi deyə həyəcanlanırdım. Hər kəs öz işinin yanında dayanacaqdı. bu da məni qat qat artıq stressə salırdı.

Bu günlərdə məni xoşbəxt edən tək şey yerdə qalan bəmbəyaz qar idi. Dərsdə oturarkən dünən gecədən başlayan qar hələ də yağmaqda idi. O elə..gözəl idi ki. Sanki biri göydən ələklə un ələyirdi.

Qar dənəcikləri keflərinə görə havada sovrulur, amma heç biri bir birinə mane olmur, bir birini incitmirdi. Küləyin xəfif hərəkəti zamanı bəziləri birləşirdi amma bu o qədər incə toxunuşla gerçəkləşirdi ki, insan baxarkən belə onlardan öyrənəcək nə qədər şeyi olduğunu anlayırdı.. Nəzakət..Zəriflik..

Görəsən bütün qar dənələrinin hər birinin müxtəlif fiqurda olduğu həqiqət idi mi ? Amma niyə də olmasın.. Milyardlarla insan mövcud ikən,qarların nəyi əskik idi ki?

Dərs sonunda universitetin həyətinə düşdük. Oğlanlı qızlı hər kəs bir birinə qarışdı. Qartopular havada uçuşur, hədəfə çatmaq üçün havada sürət yığırdı.
Mən isə bir şeyi anlamırdım. Niyə təsadüfən içinə daş qarışan bütün qartopular məni tapırdı ? Yox yəni burada gülməli nə var idi ki ? 

Sevgili həyat ! Məncə bu zarafat məsələsini bir daha gözdən keçirməlisən !

 Ayşənlə bir birimizi qorumağa çalışır dəli kimi əylənirdik. Birdən Ayşənin ayağı sürüşdü və beli üstə yerə çaxıldı.

bilirsiniz, yanınızda dostunuzun yıxılması qədər dünyada çox az gülməli şey var.  İki qatlanıb uğundum. Əlimi Ayşənə uzadır, qalxmasına kömək etmək istəyirdim amma hər dəfə ayağı sürüşür , yenidən dizi üstünə düşürdü. Sonra birdən birə arxaya doğru sallanıb geriyə yıxıldı. Amma bu dəfə mənim əlimi tutduğundan məni də özü ilə birlikdə yerə daha doğrusu öz üstünə yıxdı.  

Bir başa qarnının üstünə düşmüşdüm amma ikimiz də o qədər şiddətlə gülürdük ki,  özümü yana yıxıb qızın üstündən düşə bilmirdim. Qarın əzəzələrim qıc olmuşdu və hər nəfəs aldığım zaman şiddətli ağrı hiss edirdim. əllərimi yerə dayaq edərək diz üstə oturdum və Əyşənin əllərini tutub özümə tərəf çəkdim. İndi o yerdə ayaqlarını irəli uzadaraq oturmuşdu , mən isə yanında və dizi üstə. İkimiz də dərindən nəfəs alıb bir birimizə baxdıq sonra yenidən , yenə ikimiz də eyni anda uğunduq. Başımı göyə qaldırıb özümü sakitləşdirməyə çalışdım. Yanağıma düşən balaca qar dənəcikləri içimi tərifsiz xoşbəxtliklə doldururdu. Başımı yenidən düzəldib Ayşənə baxmaq istədim amma sonra..

Uzaqda , həyətin ta çıxış tərəfindəki ağacın altında əllərini cibinə qoyub qartopu oynayan tələbələrə, yüksək səslə gülsə də bundan zərrə qədər utanmayan, iki yaşlı körpələri xatırladan gənclərə baxan Kənanı gördüm. Baxışlarım donub qaldı. Gülüşüm bir anda sanki heç olmayıbmış kimi üzümdən silinib getdi. Sonra Ayşən də üzümə baxıb ifadəmi gördü və arxaya, mən baxan tərəfə baxdı.

- bu..

- hə..

İkimizdə susduq.  Kənanın üzündə hər hansısa ifadə tapmağa çalışdım. Kədər, sevinc, rahatlıq, narahatlıq.. Amma heçnə yox idi.. Sadəcə olduğu yerdən dayanıb izləyir, gözlərini belə qırpmırdı.. Sanki biz hamımız bir çevrənin içərisində idik və o ,  çevrədən kənarda qalmışdı. 

Saçları xeyli uzanmış, papağının kənarlarından çıxıb aşağı doğru sallanmışdı. Amma üzü tərtəmiz idi. Onu heç vaxt saqqalla görməmişdim. 

Kənanın ümumi aurası həqiqətən qəribə idi. Yaraşıqlı idi, boylu poslu idi,hə..Amma bunların heç biri onun üzünə baxarkən hiss etdiyiniz duyğuya cavab ola bilmirdi. Əllərini şalvarının cibinə qoymuşdu. 

Uzaqdan baxan zaman eynilə Johnny Depp'in gənc vaxtlarını xatırladırdı.

Orada eləcə yerdə dayanıb onu neçə dəqiqə izlədim bilmirəm amma bu vəziyyət o arxasını çönüb gedənə qədər davam elədi. Sonra yenidən Ayşənlə bir birimizə baxıb, yenə heçnə demədən ayağa qalxaraq evin yolunu tutduq..






ƏnOnde histórias criam vida. Descubra agora