Adsız Bölüm 25

4.7K 305 11
                                    

- Uşaqlar! Bir az sakit. Məni dinləyin, Elmar, dostunun gözünə qələm soxmağı kəs ! Belə, qulaq asın ! Bu yaxınlarda özfəaliyyət sərgisi keçiriləcək. içinizdə bu barədə hər hansısa qabiliyyəti olan varsa dərsdən sonra Şəhla xanıma yaxınlaşıb adını yazdırsın.

Ramiz müəllim sözünü bitirər bitirməz otaqdan demək ola qaçaraq çıxdı. bu işlər üşün yaşı keçmişdi, başı bu qədər səs küy götürənə oxşamırdı. Mən isə bu cür gözəl xəbəri bizə gətirdiyi üçün yerə göyə sığmırdım və ona minnətdar idim. Rəsmlərimi sərgiyə qoyacaqdım ! Düzdü bu, xəyallarını qurduğum sərgi deyildi amma yenə də bir yerdən başlamaq lazım gəlirdi .

Ayşənə bu arzumdan danışdığım üçün müəllim xəbəri bizə deyər deməz mənə tərəf çönüb ağzı açıq halda gülərək sakitcə əl çaldı. Ona baxıb gülümsədim..Ayşən həqiqətən yaxşı dost idi. Canı yanan idi, qayğıkeş idi.. Ailə vəziyyətimdən xəbəri olmasa da bu barədə danışmaq istəmədiyimi bildiyindən üstələməzdi. Onun da qırıq yanları var idi. O da mükəmməl həyat yaşamırdı. bildirməsə də kompleksli idi. Hansısa oğlan söhbətlərinə girişdiyimiz ( qızlar arası zarafatlaşma) zaman ancaq mənim üzərimdən danışardı. Sıra ona çatanda söhbəti dəyişər, kimdənsə xoşu gəldiyini ( əgər belə biri varsa ) əsla deməzdi.. Sanki o..çəkinirdi.. buna haqqı olmadığını düşünürdü.. ona kömək edə bilmirdim çünki elə zənn edirdim ki, deyəcəyim hər söz təsəlli kimi səslənəcək . Artıq çəkisi onun gözəlliyinə təsir etmirdi mənim gözümdə, amma o buna inanmazdı. Bilirsiniz, belə şeylər dostlar üçün problem olmaz amma hətta dostlar belə bu barədə cümlə qursa inandırıcı gəlməzdi. Bu səbəbdən susmağı seçirdim. inanırdım ki, vaxtı çatanda hər şey qaydasına düşəcək. Ağlı başında hər hansısa oğlan boya küpü kimi gəzən qızlardan çox onun əsl sevgiyə daha çox laiq olduğunu anlayacaq. Hər halda mən bu işlərdə yaxşı deyildim. Sevgi məsələləri filan..Ümumiyyətlə oğlan maraqlısı deyildim. Həyatımda həll etməli olduğum o qədər məsələ var idi ki, bu cür şeylər olmasa da olar deyirdim.

Amma hər necə olurdusa bu cür şeylər özü məni tapırdı. 

Fərid paraziti kimi məsələn..

Bir insan hər dəfə söz atardımı , İlahi ?! Hər yanından keçəndə yanında kim olur olsun söz atır, incidici sözlər deyirdi. Amma o məsələdən iki ay keçmişdi artıq. Qulaq tıxamağı öyrənmişdim bəzi şeylərə. Hava soyuq olduğundan dərs aralarında da otaqdan çox çıxmırdım. O isə hər tənəffüs zamanı həyətdə ya da yeməkxanada, pəncərə qıraqlarında öz yerini alıb " ova " çıxırdı. 

Həyatımda onun qədər şəxsiyyətsiz insan görməmişdim. Üzündə bir ləkə də qalmamışdı. Həmin günün səhəri sinifə girəndə birbaşa yanıma gəlib yenə hamının eşidəcəyi yüksəklikdə danışıb ,  bundan sonra onun olduğu yerə yaxınlaşmamağımı, məni hər yerdə "əngəllədiyini ", onu fake hesablarla narahat etməməyimi tapşırdı.

Hələ də xatırlayanda gülməyim gəlir.

Dərslər çətin gəlmirdi. Açığı mən dərslərini yaxşı oxuyan , imtahan zamanı əlimdən gələn qədər başqalarına da kömək edən tiplərdən idim.

Kənanı o vaxtdan bəri bir iki dəfə görmüşdüm. Kənan, o rəssam uşağı deyirəm. Hər qarşılaşanda ya mən həyəcandan yolumu dəyişmişdim ya da araya nə isə bir iş qarışmışdı və heç cürə danışa bilməmişdik. Adını isə gizli agentim öyrənmişdi. 

Tanrı Ayşəni qorusun ! 

"Kənan.." deyə təkrar etmişdim asta səslə. Bu ad ona çox yaraşırdı, həqiqətən yaraşırdı.. Onu tanımaq istəyirdim, oxuduğu şeylər haqqında söhbət etmək, fikirlərini öyrənmək, çəkdiyi şeylərə baxmaq.. Amma Fərid məsələsi o qədər ürəyimi bulandırmışdı ki, bunu bir dəfə daha qaldıra bilməyəcəkdim. Ağzını açıb danışmağa başlayarkən yenə həmin günki kimi olacağımdan qorxurdum. yəni o da, Fərid kimi idi ? Onun da düşüncələri balaca bir nöqtədən baxıb dütün dünyanı gördüyünü iddia edən bir səfehin düşüncələri kimi olacaqdı ? Yox.. Ondansa elə bu cür qalması daha məqsədə uyğun idi. Hələ də o gün aralarında nə baş verdiyini öyrənə bilməmişdim..

Facebookda adını axtarışa verib bütün Kənanları " yoxladım". Soyadını bilmirdim, amma əzmim sağolsun, məqsədimə çatmağıma kömək etdi. Şəklini gördüyüm an üzüm gülmüşdü və səbəbini bilməsəm də rahatlamışdım. Bu, təxminən bir ay əvvəl , Ayşən onun adını öyrəndiyi günün axşamı baş tutmuşdu. Səhifəsindəki bütün paylaşımlara göz gəzdirdim. Çoxu oxuduğu kitablardan seçdiyini təxmin etdiyim bədii cümlələr idi. Bir paylaşımında deyilirdi 

" Çox insan həyatını dəli ola bilmədən başa vurur. Dünyada nə bədbəxt insanlar var.." 

Altında isə Bukovskinin imzası .

Bu cümləni bəyənib paylaşmışdı. Düşünməyə başladım. Tam olaraq nə demək olduğunu qavramağa çalışdım.. Bunun mənası nə idi ?  Dəli ola bilmədən ölmək.. Dəli olmaq üçün gərəkli olan şey tam olaraq nə idi ? Bədbəxtlikmi, xoşbəxtlikmi? Hər halda mən ikinci variantı seçərdim..

Və buna bənzər cümlələr.

Çox film izləyir, çox kitab oxuyurdu. Amma profilində bir dənə də olsun rəsm yox idi. Çəkdiklərini paylaşmırdı.

Görə bildiyim qədərilə öz şəklini də paylaşmağı sevmirdi.

Fəridin əksinə profil şəklində həddən artıq sadəlik var idi.  Dirsəyini masaya yerləşdirmiş çənəsini də əlinə söykəmişdi. Tanıdıq gülümsəməsi yenə üzünü bəzəyirdi. Kapüşonu saçının çox hissəsini tutsa da , saçının ön hissəsindən bir tutam tel kapüşonun altından sıyrılıb çıxmağı bacarmış, alnının ortasına düşərək sual işarəsi kimi vəziyyət almışdı.. 

O elə..hüzurlu görünürdü ki..

Sanki, heçkəsin bilmədiyi bir şeyi bilirmiş kimi baxır, dünyadan öyrənəcək heçnəyi yoxmuş kimi, qayğısızca gülümsəyirdi..

Tənəffüs zamanı sərgi işlərinin təşkilatına baxan Şəhla xanıma yaxınlaşıb adımı yazdırdım.  Rəsmlərimdən bir neçə nümunə gətirməyimi tapşırıb hövsələsiz halda məni başından etdi. 

Başımı bulayıb oradan uzaqlaşdım və əlcəklərin içində olsa belə donan əllərimi paltomun içinə salıb burnumu da paltomun yaxalığına salmağa çalışaraq yuxarı mərtəbəyə geri qayıtdım. Burnum yaxalıqda qalsın deyə başımı aşağı əymişdim və önümü görmürdüm. 

Ayaq barmaqlarımı hiss etmirdim. Sanki qış təkcə mənə gəlmişdi. Digər qızlardaki rahatlıq nə idi belə ?  Elə bu an yanımdan gülərək üç qız keçdi. Astadan nə isə danışırdılar və əyləndikləri bəlli idi. Aşağı doğru baxdığımdan sadəcə ayaq hissələrini görürdüm. Üçünün də ayağında mənim boyum qədər dikdabanlı çəkmələr var idi.

Bir onların ayağına bir də öz ayağıma baxdım. İstənilən halda idman ayaqqabılarımın rahatlığını onların firma malı dəri çəkmələrinə dəyişməzdim. Üstəlik yolda səkkiz yazaraq yeriyirdilər. 

Hündürdaban ayaqqabı geyinən və onların üzərindəykən ikiyə qatlanmış halda yeriyən qızları heç vaxt anlamayacağam !

Noyabr ayının kəskin soyuğu məni burnumla hədələyirdi. Həqiqətən qopub düşəcəkmiş kimi hiss edirdim. Qapını çətinliklə açıb bir başa otağıma qaçdım. Paltomu soyunmadan yorğanımın altına girib əllərimi iki budumun arasına qoyaraq isinənə qədər gözlədim. Evimiz soyuq deyildi amma mən çox üşümüşdüm. Deyəsən xəstələnirdim. Aman nə gözəl..



ƏnOù les histoires vivent. Découvrez maintenant