Adsız Bölüm 66

3K 220 15
                                    

- Niyə hey vermirsən, bayaqdan səni çağırıram !

- Eşitmədim

- Hara gedirsən?

- Evə.

- Niyə beləsən ? Bayaq olanl..

- Qəmər ! Mənə nəyin açıqlamasını verirsən ? İstədiyin insanla görüşməkdə azadsan. İndi icazənlə evə getməliyəm. Bu gün Ümidlə onun işləri barədə danışmalıyıq . Gördüyün kimi məni gözləyir.

- Axı Kənan..

- Hələlik. Sonra danışarıq

Yenə o nifrət etdiyim saxta gülümsəmə..

Cəld maşına oturdu və gözlərimi Ümidə çevirdim. Sanki ondan bir şey etməsini gözləyirmiş kimi. Amma o, sadəcə dodaqlarını bir- birinə sıxıb " bağışla" deyirmiş kimi çiynini çəkdi və maşına oturdu. Maşın yanımdan sürətlə uzaqlaşarkən arxalarınca baxa qaldım.

Özümü bərbad hiss edirdim. Heç anlamırdım nə baş verir. Bu uşaq indi niyə belə etdi ki ? Sevir ya yox ? İndi mən bunu necə başa düşməli idim ? Özümü murdar günahkar kimi hiss edirdim. İçimdən Toğrulu parçalamaq gəlirdi. Hər şey ona görə olmuşdu. Axmaq ! Amma bir tərəfdən də Kənana qarşı qürurum incinir və möhkəmlənirdi. Həm günahkar həm güclü ! Mənimlə rəsmən oynayırdı. Ona o qədər söz deyəndə məni özündən uzaqlaşdıran adam indi niyə belə davranırdı ki ? Nə hiss etməli olduğumu bilmirdim. Universitet həyətinə yenidən girib binaya doğru irəliləyəndə özümü dünyadan təcrid olunmuş kimi hiss edirdim. Plaşımı geyinməmişdim, üşüyürdüm, gözlərim dolurdu amma vecimə deyildi. İçəri girmək, dərsləri dinləmək istəmirdim. Qışqırmaq ,qışqırmaq, qışqırmaq gəlirdi içimdən. Əllərimlə qollarımı sürtüb isinməyə çalışarkən özümü hansısa filmdə hiss edirdim. Sanki nə isə böyük bir fəlakət olmuşdu,hər yer dağılmışdı və mən yeganə sağ qalan idim. İçəri girmədən dayandım. Əvvəlcə pilləkan üzərində oturmaq istədim amma orada çox diqqət çəkəcəkdim. Birdən-birə qaçmağa başladım və bir neçə dəqiqə sonra Kənanla görüşdüyümüz həmin yerdə, mənə artıq doğmalaşan o daşın üzərində idim. Göz yaşlarımı tutmurdum. Çiyinlərim sarsılırdı, asta - asta hıçqırırdım.. Axı niyə bu qədər çətin olmalı idi hər şey ? Niyə bu qədər sancılı keçməli idi ? Niyə asanlıqla onunla sevgili ola bilmirdim ? İstədiyim tək şey bu idi.. İndi isə axmaqca səbəblər üzündən aləm bir - birinə dəymişdi. Əlimdə təkcə dostluğu var idi, belə getsə onu da itirəcəkdim. Həm də ortada bir səhvim yoxkən !

Özümü fikir izdirabı ilə cəzalandırarkən çiyinlərim üzərində bir istilik hiss etdim. Sonra istilik yavaş - yavaş kürəyimə yayıldı.

- Məni görmək indi sənin üçün o qədər ürək açan olmasa da..

Başımı qaldırıb Toğrulun gülümsəyən üzünə baxdım. Yenə qışqırmaq, onu azarlamaq, üzərinə atılmaq keçdi içimdən amma bunun bir mənası olmazdı.. Yanağımı silib baxışlarımı yerə dikdim.

- Burada nə işin var ? İndi də məni güdürsən ?

- Yox..Sadəcə səni universitet həyətindən qaçaraq çıxarkən gördüm yuxarı pəncərədən. Düşündüm ki , avtobusa yetişməyə çalışırsan. Sonra yeməkxanaya enərkən bir daha gördüm. Bu dəfə qayıdırdın və heç yaxşı görünmürdün. Ona görə mən də..

Gözlərimdən iki damla yaş daha süzülərkən Toğrul sözünü yarıda saxladı..

1b1k\t

ƏnDonde viven las historias. Descúbrelo ahora