Adsız Bölüm 44

3.2K 272 11
                                    


Ona cavab yazmaq, yanıma gəlməsini istəmək,Buludun öldüyünü xəbər vermək, qollarında yuxuya getmək istəyirdim..

Təklik alın yazıma çevrilmişdi..Əvvəllər çətin vaxtlarımda kimisə gözləməzdim..Birinə ehtiyac duymaq nədir onu belə bilməzdim..Amma indi yanımda istədiyim biri var idi..Və yenə tək idim..

Telefonu masanın üzərinə qoyub ,  mesajı yazarkən hərəkət edən barmaqlarını, gözlərindəki kədəri, üzündəki narahatlığı təsəvvür etməyə başladım..Gözlərimi yumub masanın üzərinə sərildim..

"P.s Səni sevirəm" filmində deyilirdi ki, " Sevdiyin insanı istədiyin zaman qucaqlaya bilmək nə böyük xoşbəxtlikdir "..

Həqiqətən belə idi..Amma xoşbəxtlik mənə hər dəfə uzaqdan gülümsəməyi seçirdi..

Paltomu geyinib evdən çıxdım. Nəfəsim çatmır, boğulurdum evdə olarkən..

Özümə nifrət edirdim..Ona görə yox ki, Kənan məni bəyənmirdi..Ya da ona görə yox ki, Buludu itirmişdim..Ona görə ki, hər başım dara düşəndə, hər ağlayanda, hər tək hiss edəndə vücudumun hər zərrəsi tək insanı istəyirdi..Anamı..

Bilirəm, məni istəmirdi..Amma bu, onu sevməyimə mane olmurdu..Onu istəyirdim.Bu gün gəlsə..Heçnə demədən sadəcə başımı qucaqlayıb eləcə dayansa..Ya da sadəcə evimizdə, öz yatağında yatdığını bilsəm..Onu bağışlayardım..

Amma gəlmirdi.Mənim üçün darıxmırdı.Zəng etmirdi..Lənət olsun ! Ölüb getsəm xəbəri belə olmayacaqdı !

Binamızın ətrafından bir neçə dəfə dövrə vurub bədənib soyuqdan uyuşana qədər yeridim. Evə gəldiyim zaman işıqları yandırmadım. Divarların köməyi ilə otağımı tapıb çarpayımın altına girdim.

Uşaq ikən dəli kimi qorxduğum bu yerə sığınmışdım.. Bir tərəfim Kənanla Fəridin çarpayı altında gizlənib gözlədikləri vaxtları xatırlayırdı amma mən indi , bir zamanlar burada yaşadığına inandığım o qorxunc canavarların elə bu an məni tutub yeməsini, məhv etməsini arzulayırdım..Yox olmaq istəyirdim..Bir dəfəlik uçub getmək..

Bulud kimi,səssizcə sonsuzluğa qarışmaq,gözlərimi yummaq istəyirdim..

Öldükdən sonra nə olurdu ? Hara gedirdi bütün insanlar ? Filmlərdə olduğu kimi, ayağa qalxaraq yerdə uzanan bədənlərinə baxırdılar ? Sonra yaxınlarının ağladıqlarını görüb onların önünə qaçır , " buradayam, mən ölməmişəm! " deyib qışqırırdılar ?

Ruhlar sonra hara gedirdi ? Məncə bir yerə getdikləri yox idi..Elə bu dünyadaca ilişib qalırdılar..Erkən ölənlər, geridə qoyduqları insanların sonradan necə həyatlarına davam etdiklərinə baxırdılar..Yenidən necə güldüklərinə, necə yenidən başqa birini sevdiklərinə...

Bütün bunları görüb ağlayırdılar bəlkə də..Hirslənirdilər..Qırılırdı qəlbləri..

Bəlkə də onların keçirdikləri bu əsəbi hiss edirdilər deyə, adi insanlar ruhlardan qorxurdu ?

Və məncə sonradan ruhlar qaçmağa çalışırdı bu dünyadan..Sevdiklərinin başqalarına sığındığı kimi onlar da başqalarına sığınırdı..yuxulara.. dayanmadan başqa başqa insanların yuxularına qonaq gedirdilər..

Özünüz düşünün..Heç olmayıbmı ki,bəzən, yuxunuzda tanımadığınız insanları görmüsünüz ? Elm bunun səbəbinin başqa bir şey olduğunu düşünsə də məncə cavab bu idi..

Ruhlar..

                                                                                            ***



ƏnDonde viven las historias. Descúbrelo ahora