Adsız Bölüm 36

3.5K 299 5
                                    

Sabah qalxar qalxmaz yerimi yığışdırıb otağımı səliqəyə saldım. Telefonumu yoxladım. Kənandan mesaj yox idi. 

Atam çıxmışdı və Ləmanla geri qayıdacaqdı. Onlar gələnə qədər bir şeylər hazırlamağa qərar verdim.  Google'dan ən sadə və asan hazırlanan keks təriflərini oxudum və aralarından kakaolu,kürə şəkilli olan bir piroq seçdim. Hazırlıqlara başlayıb lazım olan şeyləri masanın üzərinə yığdım . Yarım saat sonra üstüm başım un içində , döyülən qapıya yönəldim və qapını açdım. Atam və qucağında tutduğu Ləman məni görər görməz donub qaldı. Sonra eyni üz ifadəsi ilə bir birlərinə baxıb yenidən mənə tərəf çöndülər. Ləman əli ilə ağzını qapayıb gülməyə başladıqdan bir az sonra atam da ona qoşuldu. Üzümə düşən bir tutam saçı üfürüb onlara ciddi ciddi baxaraq gülməyi kəsmələrini gözlədim amma işə yaramadı. Onları elə qapı eşiyində qoyub işimə geri qayıtdım. Atam Ləmanın ayaqqabılarını çıxarıb üst başını düzəldi. Bir neçə saniyə sonra artıq yanımda idi. Masa arxasında oturub həvəslə məni izləməyə başladı. Şirniyyatın xəmiri bir az sərt olmalı idi deyə xəmiri əlimlə yoğururdum. Hazır olduqdan sonra ağlıma bir şey gəldi. Əllərimi yudum və Ləmanın qollarını yuxarı çirmələdim. Kündələdiyim xəmirlərdən birini Ləmana verdim. Şəkərbura  üçün lazım olacaq qədər açmalı idik kündələri. Mənim oxlovla etdiyim şeyi o , balaca əlləri ilə etməyə çalışır, barmaqlarını kündənin üzərinə basdırır, arada bir mənim əlimə baxıb işi daha düzgün yerinə yetirməyə çalışırdı. Xəmiri açmağa çalışır, alınmayanda yenidən əlinə alıb kündə olana qədər ovuclayırdı. Xəmir barmaqları arasından çölə yayılır və bu ,  onu daha çox əyləndirirdi. Qırıq - qırıq səslər çıxararaq gülürdü. O , bu cür gülərkən dayana bilməyib üz gözünü dəfələrlə öpür, hərdən də biləyini dişləyirdim.Ona baxarkən gülümsəməm dayanmırdı..Ona baxarkən kədərli hiss edə bilmirdim.. 

Kürə şəklində açdığımız xəmirlərin arasına şokolad yağı sürtüb birləşdirməli,sonra da yağda qızartmalı idik. Hər şey bitdikdən sonra qızartma qismində Ləmanı atamın yanına yollayıb, təhlükədən uzaq durmasını istədim. 

O qədər uğurlu alınmasa da,hər halda cəhd eləmişdim ! Nəysəki, "münsiflər" çox qəddar deyildi. Qəlbimi qırmamaq üçün də olsa, boşqablarındaki bütün şirniyyatı bitirdilər. Ləmanı qucağıma alıb yağlı əl üzünü yudum və otağıma getdik. 

- Burada otur, indi şəklini çəkəcəm, yaxşı ? Sonra birlikdə rəsm çəkərik..

- Kəkərikk !! - deyərək başını salladı və çarpayıdan enməyə cəhd etdi

- İndi yox, şəklini çəkim sonra. Telefonumu götürüb bir iki dəfə tək,sonra da ikimizi birdən çəkdim. Ciddi ciddi telefonumun ekranına , öz şəklinə baxır, tez tez uzun kirpikli gözlərini qırpırdı. Hər hərəkətinə diqqətlə baxır və ona gülməyin daha çox yaraşdığını dərk edirdim. Birdən birə əlimi qarnına tərəf aparıb onu qıdıqlamağa başladım. Özünü geriyə, çarpayının üzərinə atıb dəli kimi gülməyə başladı. Mən də ona qoşulmuşdum. O ,  əl ayaqlarını oynadıb uğunduqca,mən də onun qəhqəhə səslərinə uğunurdum. Çox uzatmadan əlimi dayandırdım və sakitləşənə qədər bir birimizin yanında uzanıb gülməyə davam etdik.  Ayağa qalxanda atamın qapımın önündə dayanıb bizi izlədiyini gördüm. Böyük ehtimal səsimizi eşidib gəlmişdi..Yanımıza gəlib ikimizi də qucaqlayarkən və ikimizi də sıra ilə öpərkən, nəfəsinin titrədiyini və gözlərinin dolduğunu görsəm də, ona bu barədə tək kəlimə etmədim və qavradığım belinə daha ürəkdən sarıldım..

Günorta saatlarında oynadığımız oyunlardan yorğun düşən Ləman hər zamanki kimi qucağımda yuxuya getdi. Oyandırmamağa diqqət edərək yanından qalxıb pəncərə önündəki masamda oturdum və onun yatarkənki halını kağıza köçürdüm.. Yorğana bürünmüş balaca bədənini , azca aralı qalan göz qapaqlarını, alın tərəfində tərlədiyi üçün qıvırcıq şəklində duran balaca saç tellərini, qırmızımtıl yanaqlarını və incə dodaqlarını çəkərkən dodaq kənarlarımda yaranan gülümsəməm keçmək bilmirdi..

Rəsmim tamamlananda telefonla şəklini çəkib Kənana göndərmək istəsəm də sonradan bu fikrimdən daşındım. Bezdirici olmaq istəmirdim.

Onu xatırladan digər şeylə məşğul olmaq üçün verdiyi kitabı tamamlamağa qərar verdim. Son əlli səhifə qalmışdı və kitab məni həqiqətən təsiri altına almışdı.. Bir şeyi görə bilmək uğrunda illərini sərf etmək və tam çatacaqkən.. 

Kitab bitərkən içimə qəribə bir kədər yayılmışdı..Amma eyni zamanda  bir çox dəyərli , insani hissləri daha dərk etmişdim.. Drogonun taheli məni həqiqətən sarsmışdı..

Və elə həmin an, bundan sonra daha çox kitab oxumalı olduğuma qərar vermişdim..






ƏnWhere stories live. Discover now