Səhər tamam açılanda günlərdən bəri ilk dəfə həqiqətən acdığımı hiss etdim. Soyuducunu açıb içəriyə bir nəzər saldım. Yarımçıq tamat pastası, bir az qatıq, ərik cemi, kərə yağı, kolbasa, yumurta..
"Mmm , görək nə edirik" deyib kolbasa və iki yumurta , biraz da kərə yağı çıxardım. Atamın sözdə iş üçün aldığı notebookundan ( halbuki bir dəfə də olsun istifadə etdiyini görməmişdim) youtuba girib önərilən kliplərdən birini seçdim. Və səsi sonuna qədər açdım. Yenidən mətbəxə qayıdıb qollarımı yuxarı doğru qatlayıb, anamın o gün sürtməkdən az qala dibini açdığı tavanı çıxararaq içinə kəsdiyim bir parça kərə yağını atdım..Kolbasadan bir neçə dilim kəsib qızartdım və üzərinə yumurta vuraraq bişirdim. Duz atmaq ən sonda, qazın altını bağladıqdan sonra yadıma düşsə də nəticə elə də pis alınmadı. Bişirdiyim ilk yemək. Anama uzaqdan baxa baxa öyrəndiyim tək yemək..
Qarnımı yaxşıca doyurub masanı yığışdırmadan qalxdım. Otağımdan hamam dəsmalı götürüb vanna otağına getdim. Ən azından yaxşıca dincələrək duş qəbul etmək üçün vannamız var idi.
Tanrıya şükür !
Aynada özümə baxıb "biraz gözəlləşmək vaxtıdır !" dedim anamı yamsılayaraq. Babamın evində qalan zaman bircə dəfə birlikdə çimmişdik. O vaxt üzümə baxıb gülümsəyərək burnuma toxunmuşdu. Saçlarımı açıb çiyinlərimdən arxaya doğru atmışdı və eynən bu cür demişdi.. "bir az gözəlləşmək vaxtıdır"
Əynimdəki koftanı tələsik çıxarıb qapının yanına atdım. Və gözucu dolmaqda olan vannaya baxdıqdan sonra əyilmədən şalvarımı aşağı doğru itələdim. Rahatlıqla ayaqlarımın yanına düşdü azca eşidilən səslə. Ayaqlarımla onu da özümdən uzaqlaşdırıb alt paltarlarımdan da xilas oldum. Aynada bütün vücudumu görə bilməsəm də əllərimi öncə üzümdə, sonra boynumda ehmalca gəzdirib yüngülcə sinəmə toxundum..
Özümü nə qədər məcbur etsəm də gözəl görə bilmirdim. Çirkin deyildim. Dİşlərim nizamlı idi, üzümdə hansısa sızanaq ordusu yox idi. Burnum normal ölçüdə, gözlərim ala. Amma bir şey çatışmırdı. Gözlə görünməyən bir şey. Bəlkə də dedikləri kimi, hələ üzüm qadınlaşmamışdı. Amma mən özümə baxan zaman uşaq siması görə bilmirdim. Ətim içəridəki sərin havadan ürpərməyə başlayanda fikrimdən ayıldım və vannanın artıq daşmaq üzərə olduğunun fərqinə vardım. Cəld suyu bağladım və bir az vannanın suyunu boşaltdım. Çünki içinə bu vəziyyətdə girsəm kənarlarından daşacaqdı və yüksək ehtimal alt qonşularımızın çığırtılarını eşidəcəkdim. Buna ehtiyac yox idi. Bu halda ikən heç ehtiyac yox idi !
Ayağımı vannanın içinə doğru uzatsam da cəld geri çəkdim. Su qaynar idi ya da ilk təmasda mənə belə gəlirdi. Nəhayət tempraturu tarazlayıb özümü suyun qollarına ata bildim. Mükəmməl hiss idi ! Orada nə qədər qaldım bilmirəm.
Bəlkə bir saat. İki ? Gözlərimi ancaq su təmiz soyuyanda açır yenidən isidir və yenidən bağlayırdım. Barmaqlarımın ucları buruş buruş idi amma bu mənə gülməli görünürdü. Nəhayət çıxmaq lazım olduğunu düşünüb yağlı saçlarımı yaxşıca yudum və bütün bədənimi incidəcək qədər sərt şəkildə sürtdüm. Sabah yeni həyata başlayırdım. Hər şey mükəmməl olmalı idi. Bütün bu kirlərə, iyrəncliklərə rəğmən gözəl olacaqdı. Tərtəmiz..!
Əynimə anamın aparmağı ağıl etmədiyi, hamamın qapısının iç tərəfindəki asılqana asdığı xalatını geyinib başımı dəsmalımla sarıdım. Və vanna otağından çıxarkən öyrəşdiyim istilik , soyuq hava axını ilə əvəzləndi.
Oturma otağına girdim və mənə təəccüblə zillənən iki cüt gözü görəndə qeyri ixtiyari şəkildə qışqırdım.
Atam qayıtmışdı.