Adsız Bölüm 19

5K 308 26
                                    

Aram aram nəfəs alırdı.. Başı sinəmdə o qədər dinc şəkildə yer almışdı ki tərpənməyə qıya bilmirdim. Onu ilk dəfə idi görürdüm, birdən birə bu cür əl qolumun bağlanması normal deyildi. Orada nə qədər qaldım bilmirəm amma atam çoxdan gəlmiş, hətta otağına keçmişdi. Saatlardır evdə bir səs yox idi.  Ehtiyyatla qızın başını sinəmdən götürüb yastığa qoyaraq yerin içindən sivişdim. Orada yatacaq deyildim! Ona yaxınlaşacaq deyildim ! Onu sevəcək deyildim !

Otaqdan bir adyal götürüb otaqdan çıxdım. Qapını bağlamazdan əvvəl ona bir daha baxdım.  Gecə oyanıb qorxmasın deyə işığı açıq qoyanda fərqinə vardım ki, yanında yatmaq istəməməyimin səbəbi bunu istəməməyimdən daha çox onun üçün narahat olmağım və bəlkə də içdən içə qorxmağım idi. Yuxuya getsəm başqa tərəfə çönərəm və ya üzünün üstünə yıxılaram, nəfəsi kəsilər deyə ağlımdan yüz fərqli düşüncə keçmişdi.

Divana qıvrılıb qaranlığa alışmağa çalışan gözlərimi rastgələ gəzindirdim. Yuxum gəlmirdi . Qulağım səsdə idi. İçimdə qəribə narahatlıq baş qaldırmışdı, amma səbəbini tam olaraq anlamırdım.. 

Mənə nə olurdu belə ?

Nəysə ki, sabah tezdən heç kim oyanmadan evdən çıxdım. Universitetə getmə fikri ən çox bu gün işə yaramışdı.  Biraz gecikmişdim, tam dərsə girəcəkkən dəhlizin ilərisindən bir səs eşitdim.  Səs tanış idi. İləriləyib bildirmədən baxmağa çalışdım. 

Fərid idi.

Divar küncündən baxdığım üçün ancaq onu görə bilirdim.  Sadəcə o danışırdı , qarşı tərəf isə dinləməklə kifayətlənmişdi. Dinləyən olduqca hündürboy və qədd qamətli idi. Birdən əynindəki tünd yaşıl rəngdəki poliverin rənginin tanış gəldiyini xatırladım. Bu,  universitetin ilk günü yeməkxanada gördüyüm oğlan idi. Əllərini cibinə qoyub başını yelləyir, eşitdikləri qarşısında təəssüf hissi keçirirdi sanki. Fərid danışdıqca qəzəbi daha da artır, yumruqlarını möhkəmcə sıxırdı. Sonra birdən bir şey oldu. Fərid oğlanın yaxasından tutub itələməyə başladı. Oğlan heç bir reaksiya göstərmədi və bu , Fəridi sakitləşdirmişə bənzəyirdi. Mənə tərəf gəlirdi . Qaçaraq dərsə girdim və məni görməmiş olmasını ümid etdim.

 Yerimə keçərkən Ayşənin sual dolu baxışlarını üzümdə hiss etsəm də ona baxmadım. Böyük ehtimal ifadəmdən narahat olmuşdu. İki dəqiqə sonra Fərid gəldi və bu dəfə Ayşənin üzünə bic bir gülüşün yerləşdiyini gördüm. Nə düşündüyünü təxmin edirdim amma bunun doğru olmadığını ona başa salmağa həvəsim yox idi.

Nə baş verirdi ? Orada nə danışırdılar ? İl hələ yeni başlayırdı , nə ara dalaşacaq səviyyəyə çatmışdılar ? Ya da Fərid bu həddə nə ara çatmışdı ? Cibimdən telefonu çıxarıb ona mesaj atmaq kimi axmaq bir fikrə qapıldım

"Ey"

Cavab gecikmədi

"Salam, gözəllik "

Niyəsə bu salamlaşma üzümü güldürdü.  Bir başa sualımı vermək , nə olduğunu öyrənmək istədim amma onları güddüyümü, onunla maraqlandığımı düşünməsini istəmirdim. Bir az yaxınlıq qursam bəlkə də özü hər şeyi danışar deyə düşündüm.

"Necəsən?"

Təəccüb etdiyini bildirən sarı rəngli bir işarə göndərdi. Adının nə olduğunu tam olaraq öyrənməmişdim amma yumru, gözləri bərəlmiş bir şey idi. Yenə gülümsədim. Ani yaxınlığım həqiqətən qəribə görsənmişdi.

"Nədi?"

" özəl hiss etməyimə səbəb oldun bir anlıq .. hə unutmadan deyim, gülümsəyəndə çox daha gözəl görünürsən. buna səbəb olduğumu düşünmək yaxşı hissdi ))) "

ƏnWo Geschichten leben. Entdecke jetzt