Adsız Bölüm 53

3.4K 215 15
                                    

.

Cümləsini bitirən zaman gözlərini yumub çənəsini sıxdığını gördüm və bu yenə nəfəsimin titrəməsinə və görüntünün bulanıqlaşmasına səbəb oldu. Gözlərim dolurdu.. Onu bu cür görmək istəmirdim.

- Məsələn mən onlar kimi hansısa qızı görəndə qəribə hisslər keçirmirdim..Onlara toxunmağı düşünmək məni həyəcanlandırmırdı..Sonra bu məsələni evdə anama açdım..Gözləri niyə dolmuşdu anlamırdım amma bilirdim ki, nələrsə qaydasında deyil.. Sonradan bu məsələni Fəridə açdım..Və qızlarla maraqlana bilmədiyimi filan demişdim..

- İlahi..

- Yox,yox.. Xəbəri eşidər eşitməz yaymamışdı.. Bunu sonra danışacam.. Amma onun bu barədə fərasəti daha yaxşı idi. Gedib ordan burdan məsələ barədə öyrənmişdi.Sonra da gəlib mənə bunun səbəblərini açıqlamışdı öz aləmində.. Yarım yamalaq da olsa anlamışdım..Təbii illər keçdikcə məsələ daha çox aydınlaşmağa başladı..

Onu bu cürə çarəsiz vəziyyətdə ilk dəfə idi görürdüm..Udqunmağa çalışırdım amma heç cürə bacarmırdım..

- Bəlkə bir çarəsi var ? Yəni burda olmasa da bəlkə baş..

- Yoxdu..Biz kasıb olmamışıq heç vaxt,Qəmər..İstənilən müalicəyə və ya yoxlanışa imkanımız olub. Almaniyada, İranda, Türkiyədə..Atam məni hər yerə, ən yaxşı həkimlərin yanına sürükləyirdi..Sonra mümkün olmadığının fərqinə vardı və əlini məndən üzdü..

- Necə yəni?

- İlk başlarda çox hirsli idi mənə qarşı..Bir özün düşün..Onu qınamırdım..Adının davamçısı ola bilməyəcəkdim..Övlad sahibi ola bilməyəcəkdim..Bir qadınım belə olmayacaqdı..Sonra yavaş yavaş vəziyyəti qəbul etdi və mənimlə danışmağa başladı..Amma nə qədər çalışırsa çalışsın hər zaman üzündəki xəyal qırıqlığını gizlətdiyini görə bilirəm..

- Niyə bu məsələ böyümədən qarşısını almadın ? Niyə hər kəsin bilməsinə icazə verdin ?

- Qəmər, insanların ağzı torba deyil ki..Bir nəfər bildisə hamı biləcək..Əvvəllər çox çalışdım amma birini döymək onun ağzını bir dəfəlik yummağa bəs etmirdi..Mən də başıma gələn hər hansısa bədbəxt hadisəyə görə birini öldürəcək insan deyiləm.. Həm də.. Sən elə bilirsən asandı ? Birinin qarşısına keçib "mən gey deyiləm, sadəcə qadınlara qarşı istəyim yoxdur" demək ? Bəzən o qədər nifrət edirsən ki,özünə, gey olma fikri daha çox xoşuna gəlir, nəyinki , belə, işəyaramaz olmaq..

- Kənan..

Başını bulayaraq məni susdurdu.

- Sən elə bilirsən mən səni bilərək incidirəm ? Səni ilk dəfə universitetin yeməkxanasında görərkən diqqətimi çəkmişdin..Çünki mənə baxışını tutmuşdum..Amma önəmsəməmişdim. Çünki zənn edirdim ki, haqqımda deyilənləri öyrənər öyrənməz sən də onlardan biri kimi davranacaqsan..Amma o cür olmadı..İllər sonra biri ilə normal ünsiyyət qura bilmək mənim üçün nə deməkdir başa düşürsən ? Məni sevdiyini dediyin an elə bilirsən mənim üçün asan idi ? Nəysə ki,artıq keçib getdi.. İndi mənimlə dost qala biləcəksən ?

- Nə ? Gözlə, keçib gedən nədir, başa düşmədim ?

- Yəni..

- Sən dedin ki ,sənin qadınlara qarşı istəyin yoxdur,düzdü ? Bu sadəcə fiziki təmas olaraq bu cürdü,yoxsa ?

Başını sallayaraq təsdiqlədi.

- Bəs onda problem nədir ki ? Mənim hisslərim niyə keçib getməlidir ? Əgər sən sevmək hissindən məhrum olunmamısansa aramızdaki əngəl nə olacaq ? Seks ?

Dediklərim Kənanı mat qoymuşdu.Eşitdiklərinə inana bilmir, üzümə baxıb " sən nə danışırsan" deyirmiş kimi gözlərini qırpırdı.

- Qəmər..Sən sadəcə hisslərinlə hərəkət edirsən..

- Hə, peşman da deyiləm. Əgər belə olmasaydı indi səninlə burada oturub danışmazdıq

- Mənim nə olduğumu bildiyin halda məni sevə bilməzsən ! Sən nə danışdığının fərqində deyilsən.. Əvvəl axır istəklərin olacaq..

O an Kənana keçən gün Game of Thronesda eşitdiyim cümləni demək istədim..Kim olduğunu,nə olduğunu əsla unutma..Və onu bir zireh kimi əyninə geyin..

- İstədiyim tək şey yanımda olmağındı..İstədiyim tək şey sənsən. Necə ki,bu günə qədər belə olub. Bu günə qədər məni heçmi tanımamısan ? Səni sırf mənə toxunmağın üçün istədiyimi düşünürsən?

- Qəmər,hər şey o qədər sadə deyil..

- Yaxşı...

Onun yaxınına doğru biraz daha soxulub əlini tutdum..

- Tək bir şey bilmək istəyirəm..

Kənanın baxışlarına bir əndişə çökdü.

- Məni həqiqətənmi hər zaman dost olaraq görmüsən? Bu doğrudu ? İndi burada, gözlərimin içinə baxa baxa mənə qarşı başqa heçnə hiss etmədiyini de...De !

Həyat yenə dayanmışdı..dünya,əqrəblər..şəlalələr..amma qəlbim içimdə yenicə cücərən ümidlərdən güc alaraq döyünməyə davam edirdi..

Kənan sualımı eşidib üzümə, gözlərimin ta içinə baxarkən..Və cavab vermək yerinə tutduğum əlləri ilə əllərimi sıxarkən.. dünyanın yenidən fırlanmağa başlayıb başlamayacağı, həyatın bundan sonra davam edib etməyəcəyi vecimə belə deyildi..

Bir müddət gözlərimə baxdı və sonra əllərimi buraxdı. Başını bulayaraq yerə zillədi.

- Kənan..

- Qəmər !

Səsindəki sərtlik ulğumumda düzülən sözləri sinəmə geri itələdi.

- Bacarmaram ! Səninlə birlikdə ola bilmərəm. Heç vaxt bu cür münasibət yaşamamışam. Bu şeyin sırf fiziki olub olmadığından əmin belə deyiləm..Yəni səni görəndə..

- Nə? De ..

- Səni görəndə içimdə sıradan olmayan bir sevinc yaranır..Xoşbəxt hiss edirəm.. Səni görməyəndə..

gözlərini sıxdı

- darıxıram..

İçimdə bir şey titrədi..ən dərinimdə..

- Amma bunun sən deyən o sevgidən olub olmadığını bilmirəm.. bəlkə də həqiqətən dostum olaraq görürəm.

gözümdəki parlaqlıq yenə soldu

- yalvarıram məndən incimə..bütün bunlar mənim üçün ilkdi..nəyin nə olduğunu ayırd etmək mənə çətindi..

başımı sallayaraq gözlərimi ondan qaçırdım.

- önəmli deyil..səni heçnəyə məcbur etmirəm..sadəcə məsələyə başqa tərəfdən də baxmağa çalış..ən azından sına, yaxşı ?

bir neçə saniyə gözlərimə baxıb təsdiqlədi..artıq gözlərini qaçırmırdı.. və bu mənə inanılmaz həzz yaşadırdı..

- yaxşı, indi de görüm bu xəbər necə yayıldı ?

Kənan əllərini daşa söykəyib arxaya doğru gərilərək səmaya baxdı.

- Uşaqca bir qısqanclıq idi..

- Sənin bu uşaqca dediyin şeylər heç böyüklərin ağlına gəlməz..

- Ona görə uşaqcadır da..

Gözlərimi qısıb " ağıllı " deyircəsinə üzünə baxdım və o da göz ucu baxaraq gülümsədi.

- Hə,danış görək necə oldu..

ƏnWhere stories live. Discover now