.
Cümlələrim başını yerdən qaldırmasına səbəb oldu.Qolunu iki yana açıb başını salladı , dediklərimə inana bilmirmiş kimi..
- bu qədər vaxt sonra hələ də bu cür düşündüyünə inana bilmirəm,Qəmər ! Məsələ sənin necə olduğun deyil.Məsələ heç mən də deyiləm..Məsələ rəsmin bütövüdü. Sənə hirsliyəm hə ! Çünki ürəyini bu qədər asan təslim etməyinə dayana bilmirəm..Sanki onu əllərinin arasına alıb mənə uzadırsan və mənə ixtiyar verirsən ki , onu istədiyim qədər tapdalayım..
- Sən onu tapdalamazsan axı..
Bir neçə saniyə susdu..Bu anı yaxşı tanıyırdım..Udqunmağa çalışırdı amma alınmırdı..
- Qəmər..
Yanıma doğru bir neçə addım atdı. Əllərini çiyinlərimin üzərinə qoyub mənimlə göz gözə gələcək qədər aşağı əyildi.
- Məsələ səni sevib sevməməyim deyil..Məsələ bunun bir yerə varıb varmayacağıdı..Ki, varmayacağını ikimiz də bilirik..Mənimlə ola bilməzsən..Mən bütünlükdə baxsaq fiziki baxımdan tam dürüst kişi belə sayılmıram. Bunları mənə təkrar təkrar dedirtmə, yalvarıram sənə..Mənimlə olsan heç zaman qadınlığını hiss etməyəcəksən, başa düşmürsən ? Hər zaman on səkkiz yaşında olmayacaqsan..Hisslərin dəyişəcək, istəklərin dəyişəcək..Bədənində arzular yaranacaq..
Ondan bu cür cümlələr eşitmək başımı döndürürdü..Üzü o qədər yaxınımda dayanmışdı ki, nəfəsi üzümə dəyirdi..Dediyi cümlələrin təsiri isə vücudumun ürpərtisini artırırdı.. O bu hissi nəzərdə tuturdu ?
- Mən sənin həyatını məhv edə bilmərəm..Səninlə evlənə bilmərəm..Ana ola bilməzsən..Evlilikdən heçnə anlamazsan..
- Mən bunların hər birini bilirəm- cümləmi qururkən nəfəsim titrəyirdi..Onun sehrinə düşmüşdüm sanki..Gözlərindən ayrıla bilmirdim. - evlilik..hər zaman uğurlu olmur..hər şeyi normal olub evlənən insanlar da ayrılır , inan mənə bunu başa düşə biləcək qədər yaşamışam..Həm də mən elə bu dəqiqə evlənək demirəm ki..Sadəcə ..Bəzi şeylər var ki, onu səndən başqası ilə yaşamaq istəmirəm..
Başını bulayaraq əllərini üzərimdən çəkdi..
- Anlamırsan..
- Əsas sən anlamırsan !
- Qəmər ! Bunu neçə dəfə danışacağıq ? Üstümə gəlmə !
Səsini yüksəltməsi cəsarətimi qırmışdı amma yanına doğru addımlamağa davam etdim. Və əlini tutdum. Yenə gözlərini qaçırırdı.
Bir müddət heçnə demədən səbrlə ona zillədim..Ən sonunda dayana bilməyib baxışlarını mənə çevirdi..Və üzümü bu qədər yaxınında görər görməz ifadəsindəki əsəb yumşaldı..
Dörd saniyə..beş..yeddi..on..on bir..on altı..iyirmi iki..otuz..
Əlim əvvəlcə boynuna, daha sonra üzünə doğru qalxdı.Barmaqlarımın uclarına iynə batırmış kimi hiss edirdim.. Dodağının kənarına, çənə sümüyünün üzərinə toxunarkən ruhumun bir qisminin barmaq uçlarımdan çıxıb onun dərisindən keçərək ruhuna birləşdiyini xəyal edirdim.
Gözlərim barmaqlarımın toxunduğu yerlərə baxır , yenidən gözlərinə birləşirdi..
Yanımızdan kimsə keçdi və addım səsləri aramızdaki sehri pozdu..