Adsız Bölüm 51

4.3K 231 9
                                    

."..itirmə qorxusu daha çox şey itirməyinə səbəb olur.."

***

Sabah yerimdən qalxanda yuxusuz hiss edirdim. Bir saat da olsun yata bilməmişdim. Bütün gecə onunla qarşılaşanda ilk sözümün nə olacağı gəlmişdi ağlıma. Nə deyəcəkdim ? Onu elə bir başa günahlandıracaqdım ? Sakitliyimi qorumalı, danışmasına imkan verməli idim. Ona qarşı həqiqətən incik idim.Amma bir yanım onu anlayırdı da..Saat birdə görüşəcəkdik. Hazırlaşıb yola çıxmalı idim. Mətbəxə keçib isti bir çay hazırlayıb içdim. Pəncərədən baxıb havanı yoxladım. Həmişəki kimi tutqun idi və yağış çisgin halında yağırdı. Amma deyəsən güclənəcəkdi. Bir an əvvəl yola çıxmalı idim.

Otağıma keçib əlimə keçəni geyindim. Yaşadıqlarım içimi o qədər üşüdürdü ki, sevmirdim artıq qışı..Nə qədər qalın geyinirəmsə geyinim isinə bilmirdim.. Otağımdan çıxmazdan əvvəl niyəsə son anda dünən Lamiyənin hədiyyə etdiyi "Narciso Rodriguez" ətrindən üzərimə vurdum. Bu cür şeyləri sevməzdim amma həqiqətən çox gözəl qoxusu var idi.

Yol boyu heçnə düşünməmək üçün çabaladım. Yenə.. Və təbii ki, işə yaramadı. Yenə.yenə..

Universitetin yaxınlarında avtobusdan endim və açıq sahəyə doğru yeriməyə başladım. Beş dəqiqə gec qalmışdım. Addımlarım geri geri gedirdi ..Onu görən zaman hirsimə yenik düşüb işləri daha da bərbad edəcəyimdən qorxurdum. On addım..doqquz..səkkiz..

Allahım,sən kömək ol..Mənə səbr ver,yalvarıram..

Qaşlarım çatılır, vücudum cimildəşir,ayaqlarım gücsüzləşirdi. . İki..bir..

Döngəni döndüm ..Və orada idi..Orada, daşın üzərində..Arxası mənə dönük vəziyyətdə oturmuşdu..İlahi..

Yaxınlaşdım..Və aramızdan bir soyuq külək daha əsdi..Bu nəyə işarə idi ? Səsimi eşitmiş kimi mənə tərəf çöndü.Addımlarım dayandı.Nə o mənə sarı gəldi, nə mən ona getdim.. Rahatlamaq üçün dərindən nəfəs almaq istədim amma nəfəsimi verərkən alt dodağımın titrədiyini hiss etdim..Yox..ağlamayacaqdım..indi olmazdı !

Orada dayanıb mənə baxırdı..Əlləri cibində deyildi..İki yanında sallanmış, qoyuqdan qızarmışdı..Başında papaq yox idi və saçları xəfifcə islanmışdı. Üzümə baxırdı..Gözlərimə..İfadəsində bir şey var idi.. Sanki," gəldiyin üçün çox sağol" deyirmiş kimi..Ümid dolu..

Tərpənmədiyimi görüb mənə doğru yarım addım atdı.. "Dayan" deyib qışqırmaq istədim o an.."Gəlmə !" demək istədim.."Mənə bu cür baxmağı kəs.."

Amma sonra mənim də bir addımım irəli doğru tərpəndi..Sanki mənim deyilmiş kimi..Sanki onun yanına doğru can atırmış kimi..Yeriməyə başladım. Gözlərimi ondan çəkə bilmirdim. Yanına gedib üst başını yumruqlamaq, mənə hesab verməsini tələb etmək istəyirdim..

Məsafələrimiz gedərək yaxınlaşdı .. Və nəhayət düz önündə dayandım. Üzündəki yaralar sağalmağa başlamışdı amma hələ də varlıqlarını hiss etdirirdilər.. Dodağının altı hələ də şiş idi. Burnunun üzərində cızıq var idi. Sol qaşının orta qismində qızarıqlıq vardı.

Birdən birə nə oldu bilmirəm..Sanki yenə keçən dəfəki zaman dilimində idik..Və o yenə yanağımdan axan yaşı silirdi..Mən niyə ağlayırdım axı ? Zibil !

Solğun üzü mənə baxarkən gülümsədi və bu artıq son nöqtə idi.. Özümdən asılı olmadan boynunu qucaqlamışdım.. Kürəyimi hər zaman olduğu kimi dostanə toxunuşla sığallamış, mən sakitləşənə qədər olduğu kimi dayanmışdı.. Sonra onu özümdən araladım..Ya da özümü ondan..Hər nə qədər çətin gəlsə də.. Üzünə baxa bilmirdim..

Başqa cür olmalı idi ! Onunla başqa cür olmalı idim ! Sərt olmalı, acı danışmalı idim. ! İndi edə bildiyim isə, özümə yenik düşdüyüm üçün üzünə baxa bilməyəcək qədər utanmağım olmuşdu.. Əlini qolumun üzərinə qoyub sığalladı və heçnə demədən oturmağımız üçün irəlilədik..Sözü ilk başlayan da o oldu.

- Qəmər..

- Mənə necə deməzsən ? Belə bir şeyi məndən necə gizləyə bilmisən, Kənan ? İnana bilmirəm ! Məni nə vəziyyətə saldığının fərqindəsən ?

Ağzını açıb bir söz demək istədi amma bu cəsarəti tapmışkən itirmək istəmirdim.

- Hə, ola bilər, mən də o birilər kimi sənə arxa çevirərdim. Ola bilər səninlə danışmazdım amma nə olur olsun bunu bilmək haqqım idi ! Axmaq kimi hiss edirəm.Neçə gündür özümü bağışlaya bilmirəm ! Sənə qarşı hisslərim yarandı və sən buna icazə verdin. İndi də özümü nə qədər məcbur edirəmsə edim bunu dəyişə bilmirəm ! Başa düşürsən ?

ƏnWhere stories live. Discover now