Untitled Part 64

3.1K 223 12
                                    

Evə qayıdanda özümü otağıma rəsmən SÜRÜDÜM. Ayaqlarımı hiss etmirdim. Bu hündürdaban ayaqqabıları ilk dəfə qəssab kişilər üçün düzəldiblər ki,ayaqları qana bulaşmasın. Maraqlıdır ,görəsən sonra hansı ağılsız qadın bunu özəlləşdirib, özünə də bizə də əziyyət verməyə can atıb ?

Paltarlarımı çıxarıb gecə paltarlarımı geyindim. ilahi..onlar necə rahat və yumuşaq idi.. Vanna otağına keçib üzümü sabunlayıb yudum. Dərim dartışırdı deyə nəmləndirici krem vurdum və yorğanımın altına sivişib telefonu əlimə aldım. Bir dənə də mesaj yox idi..Heçnə yazmamışdı.. yadına belə düşməmişdim.. Belə hiss etmək çox pis idi..Ondan çox inciyirdim. Elə gözləyirdim ki,hər gün yazsın.. Hətda bir an gizli nömrə ilə zəng edib səsinə qulaq asmaq istədim amma bir saniyə sonra bu fikir özümə də gülməli gəldi. Gicləmə dedim . Sonra da restoranda çəkdirdiyimiz şəkillərə baxdım. Adətən Ayşənlə olan selfilər idi. Bəziləri də beş altı qızla.Ya da qız oğlan qarışıq. Şəkillərdən birində lap kənarda Toğrul da düşmüşdü. Amma çəkildiyindən xəbəri yox idi. Ciddi ciddi oturub harasa baxırdı. Qaş qabaqlı deyildi ,sadəcə gülümsəmirdi.

Nə qəribə gün idi..

Kaş onun yerinə Kənan olsaydı bu gün. Əlini uzatdıb tutsaydı əlimdən. Belimi qucaqlayıb mahnının səsinə atsaydıq özümüzü.. Kaş atamla o tanış olsaydı..Kaş üzümə baxıb o gülümsəsəydi..

Gözlərim göynəyirdi. Həm üzümü yuyarkən azca sabun dəydiyi üçün ,həm də yuxum gəldiyi üçün.. Necə yuxuya getdiyimi belə anlamadım.

Səhər yuxudan oyanmağıma Ləman səbəb oldu. Yeni yorğanımın altına girib qucağıma soxulmuşdu. Saçları burnuma girir, üz gözümü qaşındırırdı. Gözümü aça bilmirdim amma hərəkətləri üzümü güldürmüşdü.

- Sən nə vaxt gəldin ? Yanağı gətir öpüm..

Yanağını uzatmaq əvəzinə o əyilib məni öpdü. İçimə dalğa dalğa xoşbəxtlik yayılırdı. Yorğanın altından çıxmaq istəmirdim. Tətil zamanı bütün vaxtını gəzməyə xərcləyənləri anlaya bilmirdim. Məncə dünyada uzanıb heçnə etməməkdən gözəl istirahət yox idi.

- Ləman,qoy bacı yatsın. Hhh...niyə qoymusan içəri girə ? Qızı oyadacaq

İçəridən Lamiyənin səsini eşidirdim. Az sonra ayaq ucunda gəlib otağıma boylanaraq Ləmanı çağırmaq istədi amma oyandığımı görüb peşman olmuş halda gülümsədi

- Salam

- Sabahın xeyir. bağışla sən Allah. oyadıb səni

- Eybi yox. Onsuz da çox yatmışam.

Yenə nə deyəcəyini bilmədən gülümsədi. Onun qarşımda bu cür çətin vəziyyətə düşməsi məni güldürürdü. Lap uşaq kimi idi.

- Paltarlarımı geyinim gəlirəm. Eybi yox, qoy Ləman burda dursun

- Yaxşı..Mən çayını süzürəm

Başımı qaşıya qaşıya " yaxşı" dedim. Sonra paltarlarımı dəyişdim. Yerimi yığdım və qucağımda Ləmanla birlikdə içəri otağa keçdim. Atam divanda qəzet oxuyurdu

- Sabahın xeyir,ata

- Sabahın xeyir,qızım

İlk dəfə idi bu cür olurdu. Sanki normal ailə olmağı yeni yeni anlayırdıq.

Üz gözümü yuyub mətbəxə keçdim. Lamiyə paxlava ,şəkərbura, qoğal gətirmişdi.

- Vov.Bunlar özün hazırlamısan ?

ƏnWhere stories live. Discover now