Untitled Part 41

3.4K 279 3
                                    


- Təbii ki, xatırlayanda gülümsədən xatirələr də var

Danışmağa davam etdiyini eşidəndə kağıza baxıb gözlərimi sıxaraq gülümsədim və çəkməyə davam etdim.

- Mənim ailəm Bakılıdı. Ona görə Fəridgillə bəzi şeylərimiz fərqlənirdi. Məsələn onun ailəsi Qazaxlı olduğu üçün danışıqları məni hər zaman güldürürdü. Fərid gözünü açandan burada böyümüşdü deyə ləhçə ilə danışmırdı, amma nə vaxt ki, yay tətillərində ailəsi ilə rayona gedirdi, qayıdanda mütləq danışığı dəyişirdi. Həm də daha əsəbi olurdu. Uşaqlar futbol oynayan zaman və bu oyunlardan hər hansısa birində Fərid qapıçı olsa idi mütləq dava düşürdü. Məsafələrin az olduğundan şikayətlənir oyunçulara göstəriş verirdi. Sonra..Müxtəlif yemək zövqləri var idi. Alma ilə çörək yeyib günorta yeməyini yol verirdi. İlk vaxtlar bu , çox qəribə görünürdü gözümə amma bir gün mən də sınadım. Yadımdadır, yenə evdəkilər dava edən zaman bizə gəlmişdi. Mən də acdığımı deyib onun üsulunu sınayacağımı demişdim. İkimizə də alma və çörək gətirmişdim. Bir bəh - bəhlə yeyirdik ki..Sonra Fərid almasından bir dişlək də aldı amma sonra birdən içini çəkdi. Nə olduğunu anlamaq üçün əvvəl ona , sonra da baxdığı istiqamətə baxdım. Almanın özəyində qurd var idi. Sarı rəngli və çox da böyük olmayan qurd, yığılıb açılaraq almanın içində bir irəli bir geri gedirdi. Sonra Fərid üst dodağını göstərib qurdun onu dişlədiyini dedi. Əlbəttə buna inanmadım amma sonrada Fəridin dodağının üst tərəfində bir qızartı yarandı. başımızı döndərib bir bizə boylanan qurda bir də bir birimizə baxdıq və qəflətən gülməyə başladıq. Nəfəsimiz kəsilənə, qarnımız ağrıyana qədər gülmüşdük..

Rəsim bitmək üzərə idi amma susmasını istəmirdim. Təssüf ki, bu mövzunu ilk açan o oldu.

- Qəmər, ağzım qurudu danışmaqdan. Bitmədi işin ?

- Lap az qalıb. Bircə damcı. Sənin bacı qardaşın var ?

- Yox, nədiki ?

- Elə belə. Maraqlı gəldi.

- Əslində uşaqlığım Fəridlə keçdiyi üçün çox tək hiss etməmişdim amma sonradan yollarımız ayrıldı. Bəzən elə hadisələr yaşadım ki, fikirləşdim , bəlkə də bir bacım və ya qardaşım olsa vəziyyət daha dözüləsi olardı..

Kağızın kənarına ayın tarixini yazıb imzamı çəkdikdən sonra boğazımı təmizləyərək əlimdəki rəsmi böyük təmtəraqla Kənana uzatdım.

- Al, bu da rəsmin. Sözümü tutdum !

Kənan rəsmə baxdıqdan sonra yenə ən böyük təbiət hadisəsi təkrarlandı.

O gülümsədi və cənnət iç çəkdi..

Rəsmdə bütün ətraf bəmbəyaz qarla örtülmüşdü. Və kənan öz gitarasında bir şey ifa edir , gözüyumulu halda səmaya doğru baxırdı.. Dodaqları onunla ilk danışdığım zaman olduğu kimi bir birindən azca aralı vəziyyətdə dayanmış, saçlarından bəziləri papağının altından çölə boylanmışdı.. Ətrafda həmişəyaşıl ağaclar və sol tərəfdəki ağaclardan birinin üzərində də balaca bir dələ var idi..

- Niyə belə qəşəng çəkirsən?..

- Danışığınızda bir günahlandırma sezirəm, cənab

Rəsimdə olduğu kimi səmaya baxaraq güldü və rəsmi çantasından çıxardığı bir qovluğa səliqə ilə yerləşdirdi.

- Onları mənə nə vaxt göstərəcəksən ?

Qovluğun arasından azca aşağı sürüşən ağ kağızları işarə edərək soruşdum. Etiraz etmək istəsə də bir anlıq düşünüb məni yanına çağırdı. İnana bilmirdim. Həvəslə daha yaxınına oturdum və rəsmlərə baxmaq üçün gözlərimi yaxşıca açdım. Qovluğu mənə uzatdı və

- Xəbərdarlıq edirəm, elə də ürək açan rəsimlər deyil ! – dedi.

Ona baxıb gözümü süzdürərək qovluğu aralayıb içindəki kağızları əlimə aldım.

Səhifələri bir birinin arxasına ötürür, gördüklərimi yaddaşıma həkk etməyə çalışır, boğazımın düşünlənməyə başladığını hiss edirdim..

- Kənan bunlar..

- Mən demişdim !

Rəsimlərdə bir insanın içinə düşdüyü hansısa hadisədən çıxmaq üçün çırpınması müxtəlif yollarla təsvir olunmuşdu. Hamısını tanıyırdım. Bu Kənan idi. Rəsimlərdən birində o, divara sıxılıb gözləyir, qarşısındaki hər kəs də əllərindəki bıçaqları ona doğruldurdu. Bir digərində dörd bir yanı açıq sahə olsa da bütün bədəni barmaqlıqlar arasında sıxılıb qalmışdı. Bir digərində Kənan əlində tutduğu gülü birinə uzadırdı. Qarşı tərəfdəki varlığın üzü elə idi ki, onun qız və ya oğlan olduğunu anlamaq olmurdu amma əlindəki silahı Kənana doğrultmuşdu. bütün rəsimlər bu cür davam edirdi..Və hər birinin tək ortaq nöqtəsi, Kənanın qarşısında dayanan bütün insanların üzündə gördüyüm nifrət ifadəsi idi.. Gözlərim dolu - dolu yanımda oturmuş Kənanın üzünə baxdım.

- Sənə nə olub , Kənan ? məndən nə gizlədirsən ?

Özünü kirpiklərimdən aşağı atan göz yaşım yanağım boyu ağaşıya doğru süzülüb üzərində oturduğumuz daşın üzərinə düşmədən dayandı. Kənan üzümə baxıb sadəcə gülümsədi.Və barmağının tərsi ilə gözümdən axan yaşı sildi.

ƏnWhere stories live. Discover now