Adsız Bölüm 45

3.2K 272 9
                                    


                                              ***

- Qəmər..Qəməəər!

Göz qapaqlarım bir-birindən aralandıqca səsin mənbəyi və kimə aid olduğu aydınlaşmağa başlayırdı. Atam məni çağırırdı. Qəfil ayağa qalxmağa çalışdım amma başım sərt bir şeyə dəydi. Çarpayının altında yuxuya getmişdim. Sürünərək oradan çıxdım və qonaq otağında dayanıb qulağına tutduğu telefonla nəyisə gözləyən atamı gördüm.

- Ata ?

Cəld arxaya çönüb mənə baxdı və dərindən nəfəs alaraq telefonun söndürdü.

- İlahi..Qəmər ? Harada idin ?

Çiyinlərimin üzərindən böyük ehtimal dəfələrlə yoxladığı otağıma şübhə ilə boylandı.

- Çarpayının altında yuxuya getmişəm

Atam qaşlarını çatıb üzümə baxdı.

- İlahi.. - qollarını mənə sarıyıb qucaqladı - məni çox qorxutdun ..

Yorucu günün ardından isti bir qucaqlama yaxşı hiss etdirirdi.

- Sən yaxşısan ? Qulaq as, Bulud üçün çox təəssüfləndim.. Amma inan ki, daha çox ağrı çəkməsi ..

- Bilirəm,bilirəm..

- İstəsən, yeni bir pişik sahiblənərik. Bəlkə bir bala ?Hə ? Nə deyirsən ?

- O nədir ?

Atam əlimi uzatdığım istiqamətə çevrilib masanın üzərindəki kağız parçasına baxdı. Nə olduğunu bilirdim..Zibilə qalsın !

- Ah..Şey,bu..Ananın tutduğu vəkil göndərib..

- Boşanırsız ?

Atam heçnə demədən üzümə baxdı sonra da gözlərini qaçırdı..

- Bilirsən,bu əvvəl axır olmalı idi..

- Hə..

Səssizlik..

Nifrət etdiyim, sözün bitdiyi, çarəsizliyin qalibiyyət zəngini havada sovurduğu lənətə gəlmiş səssizliklərdən biri daha..!

Atam əllərini çiynimə qoyub üzümə qayğıkeş gülümsəmə ilə baxdı..

- Gəl, sənə qəşəng bir çay hazırlayım. Yoldan kəklikotu almışam... Rahatladar..

Atam alnıma bir öpüş qondurub mətbəxə doğru addımladı..Üzümü ona doğru çöndərmədən

- Ata..-dedim.

- Hə,qızım

- Anam heç sənə zəng edib ? Yəni getdiyi gündən bu yana..Məni soruşmaq üçün..

Səssizlik..Səssizlik..Səssizlik..SƏSSİZLİK..

Dizlərim üzərinə çöküb bayaqdan bəri boğazımda tutduğum hıçqırığımı sərbəst buraxdım..

Niyə bu qədər gücsüz idim ? Niyə bu qədər axmaq idim ? Niyə onu bu qədər sevirdim ? Allah lənət eləsin !

Atam yanıma qaçıb dizləri üzərinə çökdü və məni ən içdən səmimiyyəti ilə qucaqladı..

- Niyə, ata ? Niyə..Niyə axı niyəə ?!! - dizlərimə var gücümlə vurur, özümü incitsəm içimdəki bu lənətə gəlmiş ağrının az da olsa azalacağını ümid edirdim - niyə, niyə məni sevmir ? Niyə bir damcı da olsun sevmir ? Hə ? Axı,mən ona nə etmişəm ? Niyə ? Niyə..NİYƏ ?!!!

Atamın çiyinlərinin sarsılmağa başladığını hiss edirdim..Nəfəsini tutmuşdu..Amma alnıma düşən bir damla yaşı hər şeyi açığa çıxarırdı..Oturma otağının ortasında diz dizə oturub,anamın arxasında qoyduğu dağınıq uçqunun təməlləri kimi, ayaqda qala bilmə ümidi ilə bir birimizə tutunmuşduq..

Nə deyə bilərdi ki ? Atam cavabı bilirdimi ki ? Nə deyəcəkdi ?

Əri ilə arasında hər nə olur olsun, bir ananın övladına olan bu qədər böyük nifrətini nə açıqlaya bilərdi..?

Xoş qoxulu kəklikotu çayından içib yanıma çağırdığım atamın yanındaca uzanıb, eynilə Ləmanın mənə etdiyi kimi, üsulca boynuna qısıldım.. Atam, sanki kiçik bir uşaqmışam kimi məni qolları arasında dəqiqələrlə heçnə danışmadan saxladı və irəli geri xəfifcə salladı..



ƏnDonde viven las historias. Descúbrelo ahora