Bir müddət Ümidin arxasınca baxdıqdan sonra bir-birimizə baxdıq və yenə bir söz deməyə çəkinərək gülümsədik. Onun bu cür çəkinməsi, həyalı olması mənə tərifini tapa bilmədiyim hisslər bəxş edirdi.
- Hə, hara gedək? - deyib söhbətə başladı
- Biraz gəzərik deyə düşünmüşdüm - dedim ,burnumu çəkərək
Danışarkən ağızlarımızdan bəyaz buxarlar çıxır, havaya qarışaraq yox olurdu.
- Olar
Və beləcə gəzintimiz başladı. Soyuq vecimizə deyildi. İnadına addımlayırdıq. Söhbətlərimiz qısa qısa davam edir, gülümsəmələrlə sona çatırdı.Əslində ona sual vermək, bütün bu şeyləri, yaşadıqlarını öyrənmək istəyirdim.Amma onu incitməkdən çəkinir, günü bərbad etmək istəmirdim.
- Dostun çox yaxşı birinə bənzəyirdi
- Dostum?
- Ümid
- Həə..Elədir, çox yaxşı insandır
- Haradan tanışsız?
- Biz çox uzun zamandır tanıyırıq bir birimizi..üç ilə yaxındır hər halda..
- Nə gözəl
- Sənin dostların bəs ? Uşaqlıq dostun var ?
Hər nə qədər cavabı dəqiq bilsəm də yenədə bir ümidlə hafizəmi axtarışa verdim..Hər yer bomboş görünürdü..
- Yox..Mənim uşaqlığım biraz..qarışıq keçib
Başını sallayıb səssizcə irəliyə baxdı
- Bəs valideynlərin? Onlar da sənin kimi incəsənətə meyillidi?
Asta səslə gülüb başını buladı
- Yox..Anam uşaq həkimidir, atamın isə bəyaz əşya mağazası var. Hərəsi öz iş gücündədir amma incəsənət aləminə çox maraqlıdılar. Əllərindən bir şey gəlməsə də .
Cümləsini bitirib mənə baxdı və dərindən nəfəs aldı.
- Hə, acmamısan?
- Biraz
- Gəl buralarda oturaq, ya da əgər üşüyürsənsə maşına gedə bilərik.
- Maşın?
- Hə, mənim
- maşının olduğunu bilmirdim
- çox istifadə edən deyiləm
- yox , açıq hava daha yaxşıdır
- Mcdonalds'da otura bilərdik amma inanmıram ora Buludu buraxsınlar
- Önəmli deyil, yəni mənim üçün
- Mənim üçün də
Buludu qucağıma qoyub Kənanın aldığı toyuqburqerdən bir dişlək aldım. Hələ də isti idi .
- Sənin valideynlərin bəs ?
Kənan birdən birə sual verərək məni təəccübləndirdi. Üzünə baxıb bir müddət susqun qaldım.
- Şəkil çəkməyini deyirəm. Yəni onlardan keçib ?
- A..Yox, əslində dünən atamın kağızlar üçərində bir növ istedadı olduğunu öyrəndim amma rəsm çəkdiyini görməmişəm
- Anan ?
Ağzımdaki tikəni udub bir müddət yerə baxdım. Sonra gülümsəyərək ona doğru çönüb
- O evdən gedib. Aylar əvvəl evi tərk edib. o vaxtdan bəri də xəbərim yoxdu.
Əslində Kənanın sualı başqa idi. O,sadəcə anamın istedadı olub olmadığını soruşmuşdu amma səbəbini bilməsəm də bunu ona demə ehtiyacı hiss etdim.
Ağzı dayandı və təəccübünü gizləməyə çalışaraq gözlərimə baxdı.
- Bağışla..Mən..
- Önəmli deyil..
Başımı sallayaraq burqerdən bir dişlək daha alıb yeməyimə davam etdim ,sonra yeməyimdən bir parça kəsib Buluda uzatdım. Bütün bu müddət ərzində Kənan bayaqdan bəri ağzında tutduğu tikəni udmağa çalışdı.
İçimdə tərifsiz danışma istəyi var idi. Ona hər şeyi danışsam rahatlayacağıma, görməzdən gəldiyim yüklərimin yüngülləşəcəyinə inanırdım
- Gedərkən üzümə belə baxmadı. Düzdü, mən də ona baxmadım.Amma demək istədiyi hər şeyi dedi. Bütün bu illər ərzində onun gəncliyini necə məhv etdiyimi, mən olmasam çoxdan öz yoluna gedəcəyini, bu qədər vaxtı sırf mənə görə atamla evli qalıb həyatını cəhənnəmə çevirdiyini filan..
Saniyədən də az çəkən gülüşüm anidən yox oldu.
- Çox da nümunəvi ana deyildi..Amma bilmirəm, deyəsən arada onun üçün darıxıram..cəsarətimi yığdığım zamanlarda gizli nömrə ilə zəng edirəm nömrəsini dəyişdiyini bildiyim halda. Operatr hər dəfə nömrəyə müvəqqəti olaraq zəng çatmadığını deyir deyə ümidim üzülmür.
Gözlərim dolmağa başlayırdı.Zibil !
Başımı yelləyib göz yaşlarımı geriyə, yerlərinə qovmağa çalışaraq yuxarı baxdım. Kənan əlini kürəyimə qoyub qayğı ilə sığalladı.
Üzünə, gözlərinə baxıb çiyinlərimi çəkərək gülümsədim. O da dodaqlarını bir birinə sıxıb gülümsəməyə çalışdı amma gözlərinə çökən kədəri görə bilirdim.
- Bağışla, yeməyini zəhər etdim - deyib üzümü buruşdurdum
- Önəmli deyil. Belə vəziyyətlərdə danışmaq hər zaman işə yarayır. Özümdən bilirəm. Nə vaxt istəsən mənimlə danışa bilərsən..
Anlamasını ümid edərək
- Sən də həmçinin
dedim.
Nəyi nəzərdə tutduğumu anladı amma dərhal gözlərini qaçırdı.
- Kənan
Əlində tutduğu burqeri paketə geri qoydu məni eşitməzdən gələrək
- Ey - deyib qolundan özümə doğru çəkdim - danış mənimlə..
- Qəmər..
- Kənan, məndən heçnə gizləməyinə gərək yoxdur, eşidirsən? Nə olur olsun səni qınamaram, inan mənə,xahiş edirəm. Mən başqaları kimi deyiləm..
- bunu bilirəm..
- O zaman danış ..!
- Qəmər, bu adi söhbət deyil.. Yəni aramızdaki münasibətin pozulmasını həqiqətən istəmirəm..
- Niyə hamı səndən qaçır ? niyə heç kimlə dostluq qura bilmirsən? Fəridlə aranızdaki məsələ..
- Fərid ?-sözümü kəsdi - bunu haradan bilirsən?
- Sizi gördüm. Mübahisə edirdiniz. Sonra o səni itələdi
Dirsəklərini dizinə söykəyib əllərini birləşdirdi. Başını sallayıb sanki bütün bu olanlara inana bilmirmiş kimi dərindən nəfəs aldı.
- bütün bu olanlar o qədər mənasızdır ki.. Adi bir məsələ o qədər böyüdü, cığırından çıxdı ki, hələ də inana bilmirəm..Niyə belə oldu..Niyə belə etdi?
- Kim ? Fərid ? Nə edib ? Bütün bunların səbəbi odu ?
- Biz Fəridlə çox yaxın dost idik. Yəni on iki - on üç yaşlarında olarkən. İndi də eyni məhəllədə qalırıq amma o üzümə belə baxmır, məni hər görəndə yolunu dəyişir.
- Niyə axı?